Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Mar

    Gənclər hər bir ölkənin istimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir. Gənclərə verilən dəs-tək həm də ölkənin firavan gələcəyinə yatırımdır. Bu gün həyata keçirilən dövlət siyasətinin önəmli tərkib hissəsini məhz gənclər siyasəti təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən «2015-2025-ci illərdə Azərbaycan gənc-lərinin İnkişaf Strategiyası»nın təsdiq edilməsi haqqında Sərəncamı dövlətin gənclərə xüsusi diqqətinin ifadəsidir.

    Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır. Strategiyada göstərilir ki, son 10 ildə Azərbaycan bütün sahələrdə mühüm uğurlar qazanıb, insan potensialının inkişafına görə «orta insan inkişafı ölkələri» qrupundan «yüksək insan inkişafı ölkələri» kateqoriyasına daxil olub. Bu, əhalinin müxtəlif təbəqələri, o cümlədən gənclər üçün iqtisadi imkanların yeni səviyyədə yaradılması, hüquqların genişləndirilməsi və maddi təminatın möhkəmləndirilməsi deməkdir. Ötən dövrdə sosial müdafiə sistemi təkmilləşdirilib, aktiv məşğulluq siyasətinə əsaslanan əmək bazarı formalaşdırılıb, yoxsulluğa qarşı mübarizə uğurla davam etdirilib. Bunlarla yanaşı, mədəni irsin qorunması, gənclərlə iş və idman siyasətinin çevikliyinin artırılması, demoqrafiya və miqrasiya məsələlərinin effektiv tənzimlənməsi kimi vacib tədbirlər yeni nəsil üçün yüksək sosial rifah və insan kapitalının inkişafını təmin edib.

    Sevindirici haldır ki, gənclərin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilir. Strategiyada da qeyd edilir ki, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə olub. Gənc nəsil istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edib. Eyni zamanda, minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edib, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəlib. Gənclər mədəniy-yətlərarası dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında fəal olublar. Bunun nəticəsində müxtəlif dövlətlərdə və beynəlxalq qurumlarda ölkəmiz daha yaxından tanınıb, onun tarixi, mədəniyyəti və bugünü haqqında geniş məlumatlar çatdırılıb.

    Diqqətəlayiq haldır ki, strategiyada gənc ailələrin sosial müdafiəsi, gənclərin intellektual, mənəvi və fiziki inkişafına dair mühüm müddəalar əksini tapıb. Hesab edirəm ki, «2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası» gənc nəslin gələcəyə hazırlanması baxımından müstəsna əhəmiyyət kəsb edir. Çünki gələcək gənclərindir və gənclərin yüksək səviyyədə formalaşdırılması cəmiyətimizin intellektual potensialının gücləndirilməsində xüsusi rol oynayır.

    Azərbaycanda gənclər sahəsində kifayət qədər uğurlu siyasət həyata keçirilir. Bununla belə bir sıra problemlər də mövcuddur. Odur ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilən və qarşıdakı 10 il üçün nəzərdə tutulmuş «2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası»nın tətbiqi gənclərin mövcud problemlərinin həlli istiqamətində mühüm rol oynayacaqdır.

    Azərbaycan Gənclərinin İnkişaf Strategiyası ötən illərdəki proqramlardan fərqli olaraq daha geniş şəkildə birbaşa gənclərin inkişafına yönəlib. Strategiyanın hədəf qruplarına baxdıqda aydın olur ki, burada bütün sahələr əhatə olunub. Nəinki ölkə daxilində, hətta ölkədən xaricdə oxuyan və ya işləyən gənclər də bu strategiyadan yararlana biləcəklər.

    Strategiyanın məqsədlərinə nəzər salsaq, görərik ki, burada da gənclərin maarifləndirilməsindən tutmuş onların fərdi inkişafını əhatə edən bütün məsələlər öz əksini tapıb.

    Düşünürəm ki, cənab Prezident tərəfindən təsdiq edilən bu mühüm sənəd gənclərin birbaşa qərarların qəbul edilməsi prosesində iştirakına, sağlam mühitdə sağlam gəncliyin yetişməsinə xidmət edəcəkdir.

     İntiqam Nuruyev222

    Tərtər rayon Təhsil Şöbəsi

    yanında metodkabinetin direktoru

     

    Müəllif: Redaktor, 16:42

    Teqlər:

İsmarıclar bağlıdır.