Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyl

    Изображение 388Azərbaycanda Sovet hökuməti qurulmamışdan öncə Zolgörən kəndi Abbas bəyin mülkü olmuşdur. Ərazisinin mərkəzində üçmərtəbəli otuz mənzilli bina, iki kərpic zavodu, ərzaq və sənaye dükanları, kəhriz quyusu və s. tikinti obyektləri olmuşdur. Zolgörən sözü düz görmə mənasını verir. Zolgörən kəndində olan bina diqqəti cəlb edərək, burada elmi işlər aparılmasına işarə verir. 1993-cü ildə Tərtər rayonunun Zolgörən kəndində Moskvanın göstərişi ilə Azərbaycan Dövlət Seleksiya Stansiyası deyilən bir idarə yaradılır və idarəetmə Moskva tərəfindən aparılır. El arasında bu söz “seleksonnı” kimi işlədilirdi. Burada elmi müəssisənin yaradılmasından öncə rus dilində yeddiillik məktəb, körpələr evi-uşaq bağçası, səhiyyə məntəqəsi, radioqovşağı, gecələr elektrik işığı verilməsi üçün xüsusi bina, yaşayış üçün ictimai binalar tikilir. Bu işlər başa gəldikdən sonra Rusiyadan ziyalı ailələr Zolgörən həndinə köçürülür. 1933-1957-ci ilədək idarəetmə Moskva tərəfindən həyata keçirilirdi. 1957-ci ildən Azqosselekstansiya sözü ləğv olundu və əvəzində Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun təcrübə bazası yaradıldı.
    Tərtər BTS-də aparılan elmi işlər nəticəsində alınan yeni dənli bitkilər, buğda və arpa növləri təkcə Azərbaycanda deyil, SSRİ məkanında da öz şöhrətini tapmışdır.
    Eləcə də bura alimlərin yetişməsinə də öz töhfəsini vermişdir. Belə ki, bir çox alimlərin–Abdullla Abdullayev, Yolçu Bayramov, Bəyiş Mirzəyev, Valeh Paşayev, Əmir Quliyev, Vəli İbadov, Abdin Abdullayev, Şirin Sarıyev, Tofiq Məmmədov, Mehman Babayev, Fərman Qurbanov kimi insanların elmə yolu buradan keçmişdir. 1983-cü ildə Tərtər Bölgə Təcrübə Stansiyasının 50 illik elmi yubleyi dövlət tərəfindən ən yüksək səviyyədə Zolgörən kəndində qeyd olundu.
    Həmin tədbirdə görkəmli akademik Cəlal Əliyevin rəhbərliyi altında SSRİ-nin müxtəlif respublikalarından alimlər, rayon rəhbərləri, AETƏİ-nin alimləri iştirak edirdilər. Qabaqcıl fəhlə və qulluqçular mükafatlandırıldı, idarəyə isə Fəxri fərman və diplomlar verildi.
    Tərtər BTS-i öz 82-ci elmi fəaliyyəti dövründə 60-dan çox bərk və yumşaq buğda, 6 arpa, 1 çovdar, 1 tritikanlı, 1 vələmir sortu yetişdirərək Azərbaycanda kənd təsərrüfatının yüksəlməsinə öz töhfəsini vermişdir.
    1932-1944-cü illərdə elmi idarədə alınan yeni buğda və arpa sortları 30-35 sentner məhsul verdikləri halda, 2013-2014-cü illərdə alınan yeni yüksək reproduksiyalı buğda sortları –Tale-38, Qırmızıgül-1, Fatimə 80-90 sentner, arpa sortlarından Qarabağ -21 55-60 sentner məhsul verirlər. Bu sortların alınmasında, artırılmasında və respublikada taxılçılıqla məşğul olan fermerlərin toxum tədarükü ilə təmin olunmasında fəhlə və qulluqçuların böyük əməyi olmuşdur. Toxumçuluq şöbəsində Ayaz Abdullayevin rəhbərliyi altında Ziyəddin Mehdiyev, Valeh Səfərov, Elnur İbrahimov, Elyar Şaşayev, seleksiya şöbəsində gənc alim Həqiqət xanım Həşimova, baş aqronom Firdovsi Hüseynov, baş me-xanik Azər Rəcəbov, aqronom Mayıl Məhərrəmov maraqlı elmi nailiyyətlərin müəllifidirlər.
    Tərtər BTS-də bütün elmi işlərin ərsəyə gəlməsində Ə.Musayevin böyük əməyi və fədakarlığı olmuşdur. Eləcə də bu işlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Azərbaycan ETƏ İnstitutunun rəhbərliyi tərəfindən göstərilən qayğı və diqqətin nəticəsində həyata keçirilmişdir.
    Onu da xüsusi qeyd etmək istəyirəm ki, Tərtər RİH-nın Başçısı Müstəqim Məmmədov daim Tərtər BTS-də aparılan elmi işlərlə yaxından maraqlanır, fəhlə və qulluqçulara qayğı göstərir və onları yeni sortların alınmasına ruhlandırır.

     

    Səttar Muradov,
    80 yaşlı əmək veteranı,
    Zolgörən kəndi

    Müəllif: Redaktor, 11:48

    Teqlər:

İsmarıclar bağlıdır.