Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Apr

    ÖMRÜN BAHAR FƏSLİNİN UĞURLARI

    новый-1Aprelin 7-də Sənan Əli-zadənin 20 yaşı tamam olur. Yazın ən gozəl çağında ömrünün bahar fəslini qeyd edən bu gənc rayonumuzun Qara-ğacı kəndində anadan olub. 2012-ci ildə şəhərimizdəki 1 saylı tam orta məktəbini əla qiymətlərlə bitirib. Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası-nın İnzibati idarəetmə fakültəsinin III kurs tələbəsidir.
    Fəal tələbə dərslərində olduğu kimi ictimai işlərdə də fərqlənir. O, Akademiyada Yeni Azərbaycan Partiyasının və tələbə-gənclər idarə heyətinin üzvü, fakültə həmkarlar təşkilatının və Akademiya id-man klubunun sədridir. Ida-rəetmənin sirlərini tələbəlik illərindən mükəmməl öyrənməyə səy göstərən bu gənc öz fəaliyyəti ilə müəllimlərinin və tələbə yoldaşlarının hörmətini qazanıb.
    O, özünün liderlik xüsusiyyətlərini iştirak etdiyi müxtəlif müsabiqələrdə qa-zandığı qələbələrlə də təsdiqləyir. Belə ki, bu yaxın- larda adı maktəb tələbələri arasında keçirilən “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” müsabiqəsinin qalibi olub, Fəxri Fərman və pul mükafatlarına layiq görülüb. Həmçinin Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin keçirdiyi müsabiqədə ali məktəb tələbələri arasında fəxri yerlərdən birini tutub.
    Valideynin ən böyük sevinci övladlarının həyatda qazandıqları uğurlar, onların vətə-nə xeyirli övlad, layiqli vətəndaş kimi formalaşmasıdır. Bu gun Sənanın valideynləri də haqlı olaraq onunla fəxr edirlər.
    Arzu edirik ki, onun həyatda atdığı bütün addımlar xeyirli olsun, ailəsinə, elinə-obasına hörmət gətirsin.

    Müəllif: Redaktor, 09:56

    Teqlər:

İsmarıclar bağlıdır.