Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Apr

    sariQuliyev Yelmar Süleyman oğlu 9 iyul 1973-cü ildə Tərtər rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 1980-ci ildə Qaradağlı kənd orta məktəbinin I sinfinə getsə də, orta təhsilini 1988-ci ildə həmin kənddə yerləşən 183 saylı Texniki Peşə məktəbində bitirmişdir.
    1992-ci ildə avqustun 22-də həqiqi hərbi xidmətə çağrılmışdır. 1993-cü ildən Tərtər rayonunda yerləşən hərbi hissədə qulluq etmiş, dəfələrlə döyüş əməliyyatlarında fəallıq göstərmişdir. 1994-cü ildə Ağdərə istiqamətində gedən döyüşdə yaralanmışdır. Gəncə hərbi hospitalında müalicə olunduqdan sonra təkrar ön cəbhəyə qayıtmışdır.
    1996-cı il noyabrın 20-nə qədər öz vətəndaşlıq borcunu yerinə yetirərək vətənin keşiyində dayanmışdır.
    Hal-hazırda Bərdə Regional Müha-fizə Bölməsinin polis baş serjantıdır.
    Ailəlidir, Tərtər şəhər N.Nərimanov küçəsində yaşayır.

    Tofiq Yusifin “Ölümlə üz-üzə”

    kitabından

    Müəllif: Redaktor, 10:14

İsmarıclar bağlıdır.