Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Apr

    SDC19445Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının nümayəndələri “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində “Müəllim bilik, bacarıq və peşəkarlığı ilə təlim-tərbiyə prosesində əsas simadır” mövzusunda Tərtər şəhər 1 saylı tam orta məktəbində seminar keçirmişlər. Seminarda rayonun bir sıra məktəblərindən 100-ə yaxın müəllim iştirak etmişdir.

    Tədbiri giriş sözü ilə Tərtər rayon Təhsil Şöbə-sində metodkabinetin direktoru İntiqam Nuruyev açdı.

    AMİ-nin Mingəçevir fili-alının “Əlavə təhsilə meto-diki xidmət” kabinetinin müdiri, baş müəllim Səhyəddin Məmmədov  “Müəllim bilik, bacarıq və peşəkarlığı ilə təlim-tərbiyə prosesində əsas simadır” mövzusunda geniş məruzə ilə çıxış etdi.

    Sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun  disertantı, AMİ-nin Mingəçevir filialının “Əlavə təhsilə metodiki xidmət kabinetinin” metodisti Lamiyə İbrahimovanın “Müəllimin fəal təlim hazırlığı” mövzusunda ətraflı məruzəsi dinlənildi: Sonra Tərtər şəhər 2 saylı məktəb-liseyinin müəllimi Naibə Təhməzova “Müəllim ziyalı-nurlu, işıqlı varlıqdır”, rayon təhsil şöbəsinin metodisti Gülxar Abbasova “Müəllim pedaqoji prosesdə əsas simadır” mövzularında məruzə ilə seminarda çıxış etdilər.

    Məruzələr ətrafında müzakirələrdə Seydimli kənd tam orta məktəbinin müəllimi Gülnar Həsənova, şəhər 5 saylı tam orta məktəbinin müəllimi Könül İbrahimova, təhsil şöbəsinin metodisti Rahil Şəldiyev fəal iştirak etdilər.

    Əvəz Nəsirov

     

    Müəllif: Redaktor, 11:10

    Teqlər:

İsmarıclar bağlıdır.