DEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma marafonu” çər- çivəsində Tərtər rayonunda ağacəkmə aksiyası davam etdirilir. Aksiyada başda ra-yon icra hakimiyyətinin kollektivi olmaqla bütün idarə, müəssisə və təşkilatların işçiləri fəal iştirak edirlər. Bu il rayonda 10 minə yaxın ağac əkilmişdir. Bu layihə insanlar arasında ekoloji mədəniyyətin artı-rılmasına və təbiətə qayğı hissinin güclənməsinə bir töhfədir.
Bu günlərdə keçirilən növbəti ağacəkmə aksi-yasında ümumilikdə 200 nəfər gənc iştirak etmiş-dir.“Tərtər-Gəncə” avtomobil yolu istiqamətində həyata keçirilən marafon çərçivəsində 700 ədəd şərq çinarı, şam, ərik ağacları əkilmişdir.
Rayonda ekoloji mü-hitin qorunması və yaşıllığın artırılması məqsədilə marafonun aprel ayının sonunadək davam etdirilməsi nəzərdə tutulur.
-
23Apr
Müəllif: Redaktor, 14:59
Teqlər: Xəbərlər