Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 23Apr

    DSC_1498Problemləri yerində öyrənmək, əhalini narahat edən məsələləri onların dilindən eşitmək olduqca səmərəli bir iş üsuludur. Bu, problemi dərindən və ətraflı öyrənməyə, həm də onun operativ, yerindəcə həll olunmasına kömək edir.
    Tərtər Rayon İcra Ha-kimiyyətinin Başçısı Müstə-qim Məmmədov vaxtaşırı ola raq şəhər və kəndlərdə əhali ilə səyyar görüş-qəbullar keçirir. Bu görüşlərdə əhalini narahat edən problem və qayğılar dərindən öyrənilir, onların həlli üçün konkret tədbirlər görülür.
    DSC_1475Belə tədbirlərdən biri də rayonun təmas xəttinə yaxın yerləşən Dəmirçilər kəndində baş tutmuşdur. Görüşdə Prezident Administrasiya-sının məsul işçisi Arif Novruzov, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, KİV nümayəndələri iştirak etmişlər.
    Görüş iştirakçıları torpaq-larımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə kənd məktəbinin həyətində ucaldılmış abidə-nin önünə gül-çiçək dəstələri qoymuşlar
    Əvvəlcə Dəmirçilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Zəqəm Ağayev məlu-mat verərək bildirmişdir ki, nümayəndəlik Dəmirçilər və Təzəkənd kəndlərini əhatə edir. 510 təsərrüfatı, 1365 hektar ərazisi olan nüma-yəndəlikdə 2141 nəfər əhali yaşayır. Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Son illər kənd sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün mühüm işlər görülmüşdür. Belə ki, 13 km uzunluğu olan 5 yaşayış məntəqəsini birləşdirən “Cəmilli-Dəmirçilər” avtomobil yoluna asfalt örtü-yünün salınması, 2,5 km məsafədə 41 ədəd dirək basdırılaraq müasir gecə işıqlandırma sistemlərinin quraş- dırılması, yeni EATS-in tiki-lərək kəndin telefonlaşdırılmasının başa çatdırılması, içməli və suvarma suyuna olan təlabatın ödənilməsi üçün yeni subartezian quyularının qazılıb istifadəyə ve-rilməsi, kəndlərin fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunması barədə danı-şaraq, əhalini narahat edən məsələlərdən və problemlərdən də ətraflı məlumat vermişdir.
    Sonra çıxışlar olmuşdur. Kənd sakinlərindən Fazil Rəhimov, Rəhman Tahirov, Sənəm Hüseynova, Əjdər Həsənov, Ramidə Bəylərova, Şəlalə Quliyeva, Oktay Məmmədov, Razim Əliyev və Mübariz Əhmədov kənddə əhalinin həyat şəraiti və mövcud olan bəzi çətinliklərdən söz açaraq, arzu və təkliflərini bildirmişlər. Qeyd olunmuşdur ki, kəndin qaz-laşdırılmasına, əkin sahələri-nin suvarılması üçün əlavə subartezian quyularının qazılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin yenisi ilə əvəz edilməsinə, Dəmir-çilər kənd tam orta məktəbinin və mədəniyyət evinin əsaslı təmirinə, körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsinə ehtiyac vardır.
    Səyyar görüş-qəbulu ye-kunlaşdıran Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müs-təqim Məmmədov əsası Ulu Öndər Heydər Əliyev tərə-findən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün onun siyasi kursunun la-yiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərə- findən uğurla davam etdiril-diyini bildirmiş və regionların sürətli sosial-iqtisadi inkişa-fından söz açmışdır. İcra başçısı daha sonra Tərtər ra-yonunun sosial-iqtisadi in-kişafı ilə bağlı dövlət səviy- yəsində həyata keçirilən proq-ramlardan, rayonun infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işlər-dən danışmışdır. Qeyd etmişdir ki, bundan sonra da rayonda tikinti-abadlıq və quruculuq işləri davam etdi-riləcəkdir.
    Görüşdə sakinlər tərəfin-dən qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapmış, digər məsələlərin isə həll edilməsi aidiyyəti qurumların rəhbərlərinə tapşırıl-mışdır.
    Tədbirdə iştirak edən Pre-zident Administrasiyası-nın məsul işçisi Arif Nov- ruzov sakinlərin müraciət- lərini diqqətlə dinləyərək, onların həlli istiqamətində təkliflər hazırlanacağını, aidiy- yəti qurumların qarşısında məsələ qaldırılacağını və la-zımı köməklik göstəriləcəyi-ni bildirmişdir.
    Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində hə-yata keçirilən tədbirlərdən, ra- yonda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirmişlər.

    Müəllif: Redaktor, 15:11

    Teqlər:

İsmarıclar bağlıdır.