Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Apr

    Bəxtiyar Vahabzadə – 90

    buBu günlərdə şəhər 6 saylı tam orta məktəbində xalq şairi Bəxtiyar Vahabzadənin 90-illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
    Tədbiri giriş sözü ilə məktəbin direktoru Azad Abbasov açmışdır. Sonra məktəbin təşkilatı işlər üzrə direktor müavini Zülfiyyə Abdullayeva xalq şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı barədə ətraflı məlumat vermişdir. Sonra şairin “Dünya fırlanır” şeri öz səsi ilə səslənmişdir.
    Məktəbin ədəbiyyat müəllimi Xalidə Quliyeva xalq şairi ilə görüşlərindən danışmışdır.
    Tədbirdə şagirdlərdən Arzu Xanlarzadə, Ömər Əlili, Nərmin Şirinova, Nərgiz Rzayeva, Xumar Rzalı, Samir Vəliyev, İlkin Babazadə, Elvin İsmayılzadə, Samir Vəliyev, Elcan Dadaşzadə, Orxan Quliyev, Məhərrəm Zeynalzadə, Əmrah Səfərzadə və Lamiyə Nəcəfli şairin şerlərini söyləmişlər.
    Ülkər Abdullayevanın oxuduğu “gecələr” mahnısı iştirakçılara xoş təsir bağışlamışdır.

    Müəllif: Redaktor, 15:18

    Teqlər:

İsmarıclar bağlıdır.