Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Apr

    buCəbhə xəttinin lap yaxınlığında yerləşən Qarağacı kəndində Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun səyyar görüş-qəbulu keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayən-dələri və bələdiyyə sədrləri iştirak etmişlər.
    Əvvəlcə Qarağacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Zakir Əliyev məlumat vermişdir.
    Sonra müraciətlər olmuşdur. Kənd sakinlərindən Məzahir Quluyev, Fitat Əliyeva, Fərman Qurbanov, Məhəmmədəli Həmidov, Cümşüd Vəliyev, Şahnaz Cabbarova və başqaları kənddə əha-linin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söz açaraq, arzu və təkliflərini bildirmişlər.
    Qeyd olunmuşdur ki, kənddə aparılan abadlıq-quruculuq işləri nəticəsində kəndin yoluna asfalt örtüyü salınmış, evlərə qaz, içməli su, telefon xətləri çəkilmiş, küçələrdə müasir gecə işıqlandırma sistemləri quraşdırılmış, suya olan tələbatın ödənilməsi üçün yeni subartezian quyuları qazılıb istifadəyə verilmişdir. Müraciət edənlər Qapanlı kəndində yeni körpələr-evi uşaq bağçasının tikilməsi, Qarağacı kənd tam orta məktəbinin əsaslı təmir olun-ması, 1978-ci ildən istismar olunan elektrik dirəklərinin və naqillərinin dəyişdiril-məsi, suvarma suyuna olan tələbatın ödənilməsi üçün iki ədəd yeni subartezian quyusunun qazılması kimi təkliflər də vermişlər.
    Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həllini tapmış, digər məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.

    Müəllif: Redaktor, 15:23

    Teqlər:

İsmarıclar bağlıdır.