Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28May

    новый-22014-cü ilin sonları idi. Şəhərimizə bir xəbər yayıldı: həmyerlimiz Umud Naxçıvanda qar uçqununa düşüb. Doğmaları ilə bərabər onu tanıyanlar da sarsıldılar. Az bir müddətdən sonra məlumat alındı ki, Umud xilas olunub, Bakı şəhərinə müalicəyə göndərilib. Bir neçə gündən sonra isə dedilər ki, artıq sağalıb evlərinə gəlib.
    Doğrudur, fikrimdən Umudla görüşüb, söhbət etmək keçsə də, bu alınmamışdı. Amma xatirimdə qalmışdı ki, onun haqqında nəsə deməliyəm. Bu günlərdə onun haqqında qısa məlumat toplaya bildim. Öyrəndim ki, Umud Kərimov1982-ci ildə Tərtər şəhərində anadan olub. Şəhər 1 saylı tam orta məktəbinin 9-cu sinfini bitirdikdən sonra işlərini C.Naxcıvanski adına hərbi liseyə verib və qəbul olub.
    Orada təhsil alarkən ürəyindəki hərbiçi olmaq arzusunun reallaşdığına, yolunu dəqiq seçdiyinə sevinmişdi. Gələcəkdə yaxşı hərbiçi olmaq üçün daim çalışmış və təhsilini artırmışdır. Gənc həmyerlimiz Hərbi Liseyi, Hərbi Akademiyanı müvəffəqiyyətlə başa vurmuşdu.
    Artıq o, mükəmməl bir hərbiçidir. Naxçıvan Respublikasında hərbi hissədə tabor komandirinin şəxsi heyətin işləri üzrə müavini vəzifəsində çalışır.
    Umudun ilk iş yeri Müdafiə Nazirliyinin Bakı şəhərindəki fəxri qaravul bölüyünün taqım komandiri vəzifəsi olub. Orada işləyərkən 2008-ci ildə keçirilən hərbi parad zamanı Dövlət Bayrağını Azadlıq meydanına aparmaq onun qismətinə düşüb. Həmin gün həmyerlimizin yaddaşında qürurverici gün kimi qalıb.
    Umud Kərimov xidməti vəzifəərini layiqincə yerinə yetirdiyinə görə 2008-ci ildə “yubiley” medalına və 2014-cü ildə mayor rütbəsinə layiq görülüb. Bu həmyerlimizin hərbi xidmətə olan marağını daha da artırıb. O, hazırda hərbinin qaydalarını gənc əsgərlərimizə böyük səbr və məsuliyyətlə təbliğ edir və öyrədir.
    Biz də belə həmyerlilərimizlə fəxr edir, onlara uğurlar arzulayırıq.

                                                                                                                                                      Elfuzə Camalqızı

     

    Müəllif: Redaktor, 11:17

    Teqlər:

İsmarıclar bağlıdır.