Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28May

    IMG-20150422-WA0007Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunda baş mühasib vəzifəsində çalışan Yeganə Süleymanova həmyerlimizdir. Yeganə xanım 1960-cı ildə Tərtərdə anadan olub. 1977-ci ildə rayonumuzdakı 2 saylı orta məktəbi bitirib. 1980-ci ildə Azərbaycan İqtisad Universitetinə daxil olub və 1985-ci ildə universiteti bitirib, həmin ildən Bakı şəhərində yaşayır. 16 ildən çoxdur ki, Mikrobiologiya İnstitutunda işləyir.
    Yeganə xanım tərtərlilərin çox yaxşı tanıdığı, yüzlərlə şagirdə fizika elminin sirrlərini öyrətmiş bacarıqlı pedaqoq Bəhlul Süleymanovun qızıdır.
    Onlar ailədə 6 övlad olublar–4 qız, 2 oğlan. Anası Məhbubə xanım uşaqlarına gözəl tərbiyə vermiş, böyük-kiçik yeri bilməyi öyrətmiş, Bəhlul müəllim isə elmə maraq oyatmış, həyatda əsl vətəndaş, ziyalı kimi yaşamağı təlqin etmişdir. Onlar övladlarının 6-sına da ali təhsil vermişlər.
    Hazırda həmyerlimiz Mikrobiologiya İnstitutunda kollektivin böyük hörmətini qazanmış əməkdaşlardan biridir. İşinə məsuliyyətli münasibəti ilə gənclərə nümunədir.
    Yeganə xanımı ətrafındakılara sevdirən cəhətləri həm də qarabağ-lılara xas olan qonaqpərvərliyi, sə- mimiliyi və qayğıkeşliyidir.
    Ailədəki ziyalılıq ənənəsini bu gün onun övladları davam etdirirlər. Fuad və Rəşad da ali təhsil alıblar, öz vətənpərvərlikləri, həyatda tutduqları mövqe ilə valideynlərini sevindirirlər.
    Yeganə xanım Tərtərə gəlməyi çox sevir, xüsusən də bahar fəslində. Bu fəsil ona uşaqlıq illərini, doğma insanları xatırladır. Hər bir tərtərli kimi, o, rayonumuzun bu günündən qürur duyur.

                                                                                                                                                       Svetlana Bağırova

    Müəllif: Redaktor, 11:22

    Teqlər:

İsmarıclar bağlıdır.