Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 03Mar

    TƏRTƏR RAYON İCRA HAKİMİYYƏTİNİN  BAŞÇISI HESABAT VERDİ

    Bütün sahələrdə inkişaf davam etdirilmişdir

    DSC_4273Rayon icra hakimiyyəti başçısı aparatının məsul işçilərinin, inzibati ərazi dairələri üzrə nümayəndələrin rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr müzakirə edilmişdir. Bu barədə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun hesabat məruzəsi dinlənilmişdir .

    Yığıncağa həmçinin şəhər və kənd bələdiyyə sədrləri, YAP rayon təşkilatının aparatı və fəalları, hüquq-mühafizə orqanlarının, ictimai təşkilatların rəhbərləri, qeyri-hökümət təşkilatlarının nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, ağsaqqallar, gənclər, rayonda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin nümayəndələri dəvət olunmuşdular.

    DSC_4349Hesabat yığıncağının iştirakçıları əvvəlcə Ümummilli  Lider Heydər Əliyevin şəhərimizin Mərkəzi Meydanında ucaldılmış abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoymuşlar.

    Gənclər Mərkəzinin qarşısında rayonun sosial-iqtisadi inkişafını əks etdirən stendlərlə tanışlıq hər kəsə rayonumuzun ötən ildə qazandığı uğurlar haqqında əyani məlumat vermişdir. Rayonda istehsal olunan məhsulların sərgisi də maraqla qarşılanmışdır. Bundan sonra yığıncaq iştirakçıları Tərtərin dünənini və bugününü əks etdirən stendlərə baxmış və 2014-cü ildə rayonun sosial-iqtisadi inkişafı sahəsində qazanılmış nailiyyətlər haqqında sənədli filmə tamaşa etmişlər.

    Hesabat məruzəsində cənab başçı cari ilin yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının  icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda söylədiyi nitqləri ətraflı şərh etmişdir. O demişdir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin ölkənin gələcək inkişafı ilə bağlı söylədiyi nikbin fikirlər tərtərlilərdə də ruh yüksəkliyi yaratmışdır.

    DSC_4350«Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə so-sial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrası istiqamətində ra-yonda görülmüş işlər barədə məlumat verən məruzəçi göstərmişdir ki, həyata keçirilmiş tədbirlər nəticəsində rayonda sosial infrastrukturun, əhalinin həyat şəraitinin, sosial müdafiəsinin yaxşılaşdırılması, yoxsulluğun səviyyəsinin azaldılması, tikinti-quruculuq işlərinin aparılması sahəsində nailiyyətlər əldə olunmuş, əhalinin rifah halı yüksəlmişdir.

    Sahibkarlığın inkişafına böyük dəstək göstərilmişdir. Sahibkarlara kömək Milli Fondu tərəfindən 2014-cü ildə rayonda 39 sahibkara 670 min manat güzəştli kredit verilmişdir.

    2014-cü ildə əhalinin sosial mü-dafiəsi məsələləri diqqətdə saxlanılmışdır. Təhsil, səhiyyə, mədəniyyət və turizm, idman və ekologiya sahələrinin inkişafında nəzərəçarpacaq uğurlar qazanılmışdır.

    İdeoloji işin təşkili, ictimai-siyasi vəziyyət barədə hesabat verən rayon rəhbəri bildirmişdir ki, rayonda aparılan ideoloji işin başlıca istiqamətini Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi təşkil etmişdir. Bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqlərindən, çıxışlarından irəli gələn vəzifələrin əhaliyə çatdirılması və onların yerinə yetirilməsi təmin olunmuşdur.

    Məruzə ətrafında çıxışlar olmuşdur. Rayon polis şöbəsinin rəisi Rauf Məcidov, maliyyə idarəsinin rəisi  Zahid Təhməzov, ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev, gənclər və idman idarəsinin rəisi İsmayıl İsmayılov,   Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev və başqaları 2014-cü ildə görülən işlərdən və həllini gözləyən məsələlərdən danışmışlar.

    Hesabat yığıncağının işində iştirak edən Milli Məclisin deputatı Sahib Alıyev və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov öz tövsiyələrini bildirmiş və gələcək işlərində tərtərlilərə  müvəffəqiyyətlər arzulamışlar.

    Məruzə və çıxışlar dinlənildikdən sonra yığıncaq müvafiq qərar qəbul etmişdir.

    Yığıncaq iştirakçıları adından Respublika Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

    «Yeni Tərtər»

    Müəllif: Redaktor, 16:19

    Teqlər:

İsmarıclar bağlıdır.