Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter

Möhtərəm oxucular!

Tərtər Azərbaycanın çox qədim tarixə malik yaşayış məskənlərindən biridir. Bu tarix VII əsrdən də əvvələ gedib çıxır. Tərtər çayının adı da məhz tərtərlər tayfasının bu ərazidə yaşadıqlarını isbatlayan faktordur.

Tərtər rayonu 1930-cu ildə yaradılmış və bundan 4 il sonra–1934-cü ilin

aprel ayında «Kolxozçuların varlanması yolunda» adlı rayon qəzeti nəşr olunmağa başlamışdır. 1937-ci ildə qəzetin adı dəyişdirilərək «Qızıl bayraq» olmuş, 1991-cı  ilin  yanvar ayından isə «Tərtər» adlandırılmışdır.

Erməni quldurları öz məkrli niyyətlərini yenidən həyata keçirmək xülyası ilə bizimlə müharibə aparanda redaksiyanın binasına da mərmi düşmüş və onu dağıtmışdır. Tərtər cəbhə bölgəsinə yerləşdiyinə görə ərazisində qanlı döyüşlər getmiş və bu vuruşmalarda savaşan oğullarımızla yanaşı qəzetin əməkdaşları da öz doğma yurdlarının müdafiəsinə qalxmışlar. Nəticədə erməni təcavüzkarları Tərtərin nəinki bir qarış torpağını işğal edə bilməmiş, hətta Ağdərə rayonunun ermənilər yaşayan xeyli kəndi onlardan azad edilmişdir.   Ermənilər redaksiyanın binasını mərmi ilə dağıtsalar da, qəzetin fəaliyyətini dayandıra bilmədilər.

2005-ci ildən qəzetin adı  «Yeni Tərtər» oldu.

 «Yeni Tərtər» hazırda 1200 nüsxə tirajla çıxır və bölgə qəzetləri içərisində öz dəsti-xəttiylə seçilir. Onun əməkdaşları dəfələrlə müsabiqə qalibi olmuş, diplomlar, fəxri fərmanlar, pul mükafatları və qiymətli hədiyyələr almışlar.

Qəzetimiz həftədə üç dəfə çıxır və  elektron saytı fəaliyyət göstərir.

Region mediasında göstərdiyi qayğı üçün mətbuatın yaxın dostu olan möhtərəm Prezidentimiz İlham Əliyevə sonsuz minnətdarlığımızı bildiririk.

Tərtər Rayon İcra Hakimiyyətinin rəhbərliyi və hörmətli abunəçilərimiz qəzetimizin yaşaması üçün əllərindən gələni əsirgəmirlər. Sağ olsunlar!

Sonda sizi əmin etmək istəyirəm ki, əziz oxucular, var gücümüzlə çalışacağıq ki, qəzetimizin bu elektron variantında axtardığınızı tapasınız.

Allahın amanında olun!

Svetlana Bağırova,

“Yeni Tərtər” qəzetinin baş  redaktoru,

 “Qızıl Qələm” mükafatı laureatı