Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 17May
    Səhiyyə İlk dəfə laparoskopik xolesistektomiya cərrahiyyə aparatı ilə əməliyyat aparılıb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə rayon Mərkəzi xəstəxanasına yeni gətirilmiş laparoskopik xolesistektomiya cərrahiyyə aparatı ilə aparılan ilk əməliyyatı izləyib.
    Yeni cərrahiyyə aparatı ilə xəstəxanada cərrahiyyə şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Asəf Fərzəliyev rayonun Ələsgərli kənd sakini Tünzalə Ka-zımovanı əməliyyat edib. Əməliyyat uğurlu keçib.
    Xəstənin ailə üzvləri Tərtər Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitə, müasir tələblərə cavab verən yeni tibbi avadanlıqlarla təmin edildiyinə görə respublika Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

  • 17May
    Milli-mənəvi dəyərlər MULTİKULTURAL DƏYƏRLƏRİMİZ üçün şərhlər bağlıdır

    BİR AİLƏ KİMİ YAŞAYIRIQ

    Azərbaycan çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan ölkədir. Burada əsrlər boyu ruslar, ukraynalılar, beloruslar, yəhudilər və digər millətlərin nümayəndələri azərbaycanlılarla birlikdə qardaşlıq mühitində yaşayırlar. Bunun bariz nümunəsi bizim Mozqovoylar ailəsidir.
    Babam Jakov Mozqovoy bir əsr əvvəl ailəsilə birlikdə Rusiyadan Tərtərin Zolgörən kəndinə köçüb, burada məskunlaşmışdı. Sonralar o, Tərtər şəhərinin özündə ev almış və uzun illər şəhərin yeganə fotoqrafı kimi işləmişdi. Babam öz peşəsini oğlu Viktora öyrətmişdi. Köhnə tərtərlilər atamı həm də o zamankı “Qızıl Bayraq” qəzetinin fotomüxbiri kimi xatırlayırlar. Həmin dövrdə rayonumuzun kəndlərində və şəhərin özündə onun tərəfindən çəkilmiş yüzlərlə əmək qabaçılının şəkilləri rayon qəzetinin səhifələrin-də dərc olunub.
    Ailəmiz həmişə ətrafdakılardan isti və mehriban münasibət görüb. Azərbaycan doğma vətənimizdir. Dünyanın müxtəlif nöqtələrində müharibə ocaqları, dini və milli ayrıseçkilik alovlandığı bir dövrdə, ölkəmizdəki tolerantlıq mühitinin, multikultural dəyərlərin qorunması təqdirəlayiqdir. Bu, Ulu Öndərin layiqli davamçısı, möhtərən Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Bu, hamımızın sevimlisi Mehriban xanım Əliyevanın ayrı-ayrı xalqların nümayəndələrinə göstərdiyi humanist münasibətdən irəli gəlir. Daha ətraflı »

  • 17May
    Digər NARKOMANİYAYA YOX DEYƏK! üçün şərhlər bağlıdır

    VAXTINDA ATILMIŞ ADDIM GƏLƏCƏK
    BƏDBƏXTLİYİN QARŞISINI ALA BİLƏR

    Bu günlərdə Tərtər Rayon Polis Şöbəsinin rəisi polis pol-kovniki Elçin Qasımovun imzası ilə ünvanımıza daxil olan məktubda Azadqaraqoyunlu kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda növbəti tədbirin keçiriləcəyi barədə məlumat verilirdi. Deyilən tarixdə və saatda rayon polis şöbəsinin İTB-nın Yetkinlik yaşına çatmayanlar üzrə profilaktik işin təşkili qrupunun inspektoru Sirac Əlizadə redaksiyamızda oldu. Rayon Mərkəzi Xəstəxa-nasının psixoloqu Hətəm Nuruzadəni də götürüb, Azadqaraqoyunluya yola düşdük.
    Heydər Əliyev Fondu tərəfindən tikilmiş və cari dərs ilində istifadəyə verilmiş möhtəşəm məktəb binasının qarşısında xeyli adam vardı – Azadqaraqoyunlu kənd İƏD üzrə nümayəndə Nazim Xəlilov, Tərtər Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, məktəbin direktoru Yeganə Mehdiyeva, müəllimlər və polis əməkdaşları. Şagirdlər isə yuxarıda, məktəbin geniş və yaraşıqlı iclas zalında gözləyirdilər. Polis şöbəsinin rəisi Elçin Qasımovun gəlişi ilə ilk olaraq məktəbdə yaradılan şəhidlər guşəsi ziyarət olundu, Vətən oğullarının əziz xatirəsinə ehtiram əlaməti olaraq onların fotoşəkillərinin önünə qərənfillər düzüldü.
    Tədbir Ümummilli Liderimiz Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin anılması ilə başladı, birlikdə Dövlət Himni oxundu.
    Məktəbin direktoru Yeganə Mehdiyeva tədbirin məqsədi haqqında məlumat verdikdən sonra, sözü polis şöbəsinin rəisinə verdi.
    Şagirdlərlə görüşün əlamətdar bir günə –Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə təsadüf etdiyini söyləyən polkovnik Elçin Qasımov bildirdi ki, Ümummilli Liderimiz demişdir ki, “Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Həmin dövr indi gəlib çatıb. Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin gərgin fəaliyyəti nəticəsində bu gün Azərbaycan dünyada tanınır. Belə bir ölkədə yaşamaq, onun vətəndaşı olmaq böyük şərəfdir. Daha ətraflı »

  • 17May
    Digər Hər bir cəmiyyətin çiçəklənməsinin qarantı üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə YAP Tərtər Rayon Təşkilatının inzibati binasında 15 may – “Beynəlxalq Ailə Günü” münasibəti ilə “Milli–mənəvi dəyərlərin, ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəslə aşılanması” mövzusunda maarifləndirici tədbir keçirilib.
    Tədbirdə Tərtər RİHB aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər Təhsil Sektorunun metodisti, psixoloq Gülxar Abbasova, məktəb psixoloqları və müəllimlər iştirak ediblər.
    Mövzu ilə bağlı çıxış edən Rəqsanə Məmmədli bildirib ki, xalqımız üçün uzaq keçmişdən gələn təmiz və nümunəvi ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, sağlam həyat tərzi bu gün prioritet məsələlərdən biridir. Unutmaq olmaz ki, insan alveri, erkən nikah, qan qohumları arasında ailə həyatı qurmaq kimi mənfi hallar bu dəyərlərə təsirsiz ötüşmür.
    Digər çıxış edənlər qeyd ediblər ki, Azərbaycanda ailə dəyərləri mühüm yer tutur. Sağlam, möhkəm ailə hər bir cəmiyyətin çiçəklənməsinin qarantıdır. Ailə münasibətləri insan həyatının mühüm aspektlərindən birini təşkil edir.
    Tədbir diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.

     

  • 17May
    Xəbərlər Oxucu məktubları üçün şərhlər bağlıdır

    Subartezian quyusu təmir olundu

    Təsərrüfat işlərinin qızğın çağında suyu ilə pay torpaqlarımızı suvardığımız subartezian quyusu sıradan çıxmışdı. Bu vəziyyət kənd sakinlərini çox narahat edirdi.
    Belə getsə, cari ildə torpaqlarımızdan məhsul götürə bilməyəcəydik.
    Rayon rəhbərinə müraciət olundu. Tezliklə subartezian quyusunun yanmış nasosu dəyişdirildi, 153 m yeni kabel verildi və 09-389 nömrəli subartezian quyusundan yenidən sahələrimizə dirilik suyu axdı.
    Bu gün Prezident İlham Əliyevin tapşırıqları əsasında ölkəmizdə vətəndaşların müraciətlərinə böyük həssaslıqla yanaşılır. Problemlərin vaxtında həlli isə ümumi işlərimizə kömək olur.

  • 17May
    Xəbərlər Yeni internet xətti çəkilir üçün şərhlər bağlıdır

    “Azəronlayn” şirkəti tərəfindən kəndimizə yeni internet xətti çəkilir. Bu məqsədlə lazım olan dirəklər və avadanlıqlar gətirilib. Buvaxtadək internetdən yalnız bəzi ailələr istifadə edə bilirdilər. İndi isə internet hər bir ailədə olacaq. Kənd sakinləri çox məmnundurlar.
    Prezident İlham Əliyevin qayğı və diqqəti sayəsində hazırda insanlarımızın güzəranı günü-gündən yaxşılaşır.
    Bizim övladlarımız bu torpaq uğrunda canlarını qurban verdilər ki, Azərbaycanda sülh və əmin-amanlıq olsun. Prezidentimizin yürütdüyü siyasət nəticəsində isə həyatımızda olan problemlər həll olunur.

    Rəqiyyə İSMAYILOVA,
    Mamırlı kəndi, şəhid anası

  • 17May
    Şəhidlər Vətəndaşlar müraciət etdilər, problem həllini tapdı üçün şərhlər bağlıdır

    Şəhid bulağının ətrafı abadlaşdırılıb

    Şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə rayonumuzda bir çox işlər görülür – küçələrə, məktəblərə, sinif otaqlarına onların adları verilir, şəhid bulaqları tikilir.
    Belə bir bulaq Kəngərlidə bu kəndin igid oğlu Emin Abbaszadənin xatirəsinə tikilib. Sakinlər və kəndə gələn qonaqlar tez-tez yollarını buradan salır, şəhidimizin ruhuna dualar oxuyurlar.
    Bu yaxınlaradək bulağın ətrafı abadlaşdırılmamışdı. Şəhid atası Faiq Abbasovun rayon rəhbərinə müraciətindən sonra 42 nömrəli Yol İstismarı MMC tərəfindən şəhid bulağının ətrafına asfalt örtüyü salınaraq, abadlaşdırılıb.
    Şəhidin valideynləri görülən işlərdən razı qalıblar.

     

  • 17May
    Xəbərlər YOL ASFALTLANIB üçün şərhlər bağlıdır

    Bu gün rayonumuzda nəinki şəhərdə, kəndlərdə də yollar abad və rahatdır. Buna baxmayaraq, diqqətdən kənarda qalan yerlər də var.
    Rayon rəhbərinin Kəngərli kəndində keçirilən səyyar qəbul-görüşündə kənd sakini Məcid Tağıyev əsas asfalt yoldan məktəbə dönən döngəyə asfalt örtüyünün salınması ilə bağlı müraciət etmişdir. Bu günlərdə 42 nömrəli Yol İstismarı MMC tərəfindən həmin əraziyə asfalt örtüyü salınıb. Bu işdən hamı razı qalıb, xüsusən də məktəblilər və müəllimlər.

  • 17May
    Xəbərlər Betonlanma işləri aparılıb üçün şərhlər bağlıdır

    Su həyatdır, ancaq Nizami Gəncəvi demiş, artıq olanda o da dərd verir. Şəhər sakinləri Təley arxına suyun gəlməsini nə qədər səbirsizliklə gözləsələr də, yağışlı günlərdə arxda su çoxalanda, yaxınlıqdakı evlərə təhlükə yaranır.
    Bu günlərdə şəhərin M.F.Axundov küçəsinin sakini İsmayıl Məmmədovun müraciəti əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Tərtərçay Hidroqovşağı İstismarı İdarəsi tərəfindən vətəndaşın evinin yaxınlığından keçən Təley arxının qəzalı hissəsində betonlanma işləri aparılıb.

    “YENİ TƏRTƏR”

  • 17May
    Digər ÖMRÜN AHIL ÇAĞINDA üçün şərhlər bağlıdır

    MƏNİM HƏYAT MƏKTƏBİM

    Uşaqlığımdan ədəbiyyat vurğunu olmuşam. Əlimə keçən şeirləri, hekayələri sevə-sevə oxuyar, onların oxunmasını başqalarına da məsləhət görərdim. O vaxtlar indiki kimi “ kitabların kitabı bağlanmamışdı.” Yaxşı kitablar, yaxşı əsərlər sevilə-sevilə oxunar, oxunması başqalarına da məsləhət görülərdi. Kitabxanlarda oxucular növbəyə dayanırdılar. Oxunan kitablar vaxtında geri qaytarılar, yeniləri ilə əvəz olunardı.
    Onda mən ya qəzet, ya da jurnal redaksiyalarında işləmək arzusunda idim. Heç olmasa öz yazdıqlarımı onlarda çap elətdirmək arzusunda idim. Bu arzu məni Azərbaycan Dövlət Universitetinə apardı. Universitetin jurnalistika şöbəsinə qəbul olundum. Onda Bakıda ancaq bir universitet vardı – Azərbaycan Dövlət Universiteti. Heç də indiki kimi, hər instituta universitet adı qoyulmamışdı.
    Azərbaycan Dövlət Universitetində görkəmli adlı-sanlı elm korifeyləri dərs deyirdi. Akademiklərdən Yusif Məmmədəliyev, Məmmədcəfər Cəfərov, professorlardan Cəfər Xəndan, Mircəlal Paşayev, Nurəddin Babayev, Şirməmməd Hüseynov, Seyfulla Əliyev belələrindən idilər.
    Universitetdə “Lenin tərbiyəsi uğrunda” adlı qəzet nəşr olunurdu. Bədii yazılarımı həmin qəzetdə nəşr etdirirdim. Ara-sıra “Azərbaycan gəncləri” qəzeti də yazılarımı çap edirdi.
    1958-ci ildə universiteti bitirib rayona qayıtdım. Rayonda “Qızıl Bayraq” adlı qəzet nəşr olunurdu. Qəzet rayon partiya komutəsinin və rayon icariyyə komutəsinin orqanı idi. O vaxtlar raykomun birinci katibi vəzifəsində Nadir Rüstəmov adlı bir nəfər işləyirdi. Sonralar öyrənmişdim ki, Nadir Rüstəmov da şeirlər yazır, “Kirpi” jurnalında ara-sıra dərc olunan satirik şeirlər onunku imiş.
    Redaksiyada təzəcə işlədiyim günlərin birində Nadir Rüstəmovun məni öz yanına çağırdığını dedilər. Təəccübləndim. Bizim katib məni nə üçün çağırır görəsən? Daha ətraflı »