Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 17May
    Mədəniyyət, Təhsil Toğrul bu rəsmi sevgi ilə çəkib üçün şərhlər bağlıdır

    Toğrul Hüseynli şəhər 1 saylı tam orta məktəbin VI sinif şagirdidir. Dərs əlaçısı olmaqla bərabər, gözəl əl qabiliyyəti var. Çəkdiyi rəsmlər rayon səviyyəsində təşkil olunan sərgilərdə nümayiş etdirilir və bəyənilir.
    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Mərkəzi Meydanda təşkil edilmiş sərgidə Toğrul da iştirak edib. Burada onun böyük sevgi ilə çəkdiyi rəsmi nümayiş olunurdu.
    Toğrul özü bu barədə deyir:
    –Ulu Öndərin portretini boya ilə çəkmək böyük məsuliyyətdir. Bu işin öhdəsindən gələndə çox sevindim.
    Həmin rəsmə görə Toğrul Tərtər rayon İcra Hakimiyyəti, YAP Tərtər rayon təşkilatı və oxuduğu məktəbin rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olunub.

    “YENİ TƏRTƏR”

  • 17May
    Xəbərlər Rayonda 7803.4 hektar yazlıq bitkilər səpilmişdir üçün şərhlər bağlıdır

    Cari ilin may ayının əvvəlinə rayonda 7803.4 hektar sahədə yazlıq bitkilər səpilmişdir. Onun 850 hektarı yazlıq arpa, 79 hektarı dən üçün qarğıdalı, 2 hektarı noxud, 8 hektarı lobya, 17 hektarı dən üçün sorqo, 1998.2 hektarı pambıq, 231 hektarı şəkər çuğunduru, 1978.5 hektarı günəbaxan, 392.5 hektarı kartof, 917 hektarı müxtəlif növ tərəvəz bitki-ləri, 80 hektarı yem üçün qarğıdalı, 1250.2 hektarı yem bitkiləri – çoxillik otlar olmuşdur.
    Yazlıq bitkilərin əkini davam edir.

  • 17May
    Kənd təsərrüfatı Tərtərdə kənd təsərrüfatı məhsullarının istehsalı 8 faiz artıb üçün şərhlər bağlıdır

    2024-cü ililin yanvar-mart aylarında Tərtər rayonunda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 12052.5 min manat təşkil etmişdir ki, onun 83.5 min manatı bitkiçilik məhsullarının, 11969 min manatı heyvandarlıq məhsullarının hesabına formalaşmışdır. 2023-ci ilin yanvar-mart aylarına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalı 6.2 faiz artmışdır.

    TƏRTƏR RAYON STATİSTİKA İDARƏSİ

  • 17May
    Digər 32 ildən sonra Şuşanın yeni tarixi başlayır üçün şərhlər bağlıdır

    Ulu Öndərin anadan olmasının101-ci ildönümü günündə möhtərəm Prezidentimiz İlham Əliyev cənabları və Birinci xanım Mehriban xanım Əliyeva Şuşada 1-ci yaşayış kompleksinin açılışında iştirak ediblər . Eyni zamanda onlar şəhərə ilk köçmüş sakinlərlə  görüşmüşlər.  Dövlət başçımız sakinlərlə görüşü zamanı bildirib ki, əziz şuşalılar doğma torpağınıza xoş gəlmisiniz. Uzun illərdir ki,  erməni vandalları sizi Şuşaya həsrət qoymuşdur. Mən Prezident seçildiyim ilk gündən sizlərə və ümumiyyətlə dədə-baba torpağından  köçkün düşmüş soydaşlarımıza söz vermişdim ki, sizləri doğma torpaqlarınıza qaytaracağıq. Biz verdiyimiz sözə əməl edərək 44 gün ərzində  şəhidlərimizin, qazilərimizin , Azərbaycan oğullarının canı –qanı bahasına torpaqlarımızı əsarətdən azad etdik.  Bu gün isə siz şuşalılar ilə bərabər digər işğaldan azad olunmuş rayonlarımıza məcburi köçkün soydaşlarımız doğma torpaqlarına qayıdır. Məhz buna görə biz şanlı ordumuza borcluyuq.

    32 ildən sonra  Azərbaycanın füsunkar təbiətinə malik olan Qarabağa həyat qayıdır. Bu tarix Qarabağın  yeni tarixinin başlanğıcı hesab edilməlidir. Bu gün Qarabağın tacı sayılan Şuşa şəhəri ilə bərabər Qarabağın bütün bölgəsində yenidənqurma, abadlıq-quruculuq işləri yüksək səviyyədə aparılır. 10 may tarixi Şuşalılar  üçün xüsusi və əlamətdar gündür. Uzun illər ata-baba yurdlarından didərgin düşmüş sakinlər artıq Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində öz torpaqlarına qayıdırlar. Daha ətraflı »

  • 13May
    Digər Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    10 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Dövlətimizin başçısı görüşdə çıxış edərək bildirib: “Otuz iki ildən sonra şuşalılar doğma Şuşaya qayıtdılar. Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi. Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi. Antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik. Dövlətimizin gücünü və siyasi iradəsini göstərdik. Heç kimlə hesablaşmadan, heç nəyə baxmadan, heç kimdən qorxmadan lazım olan əməliyyatı böyük peşəkarlıqla, məharətlə və fədakarlıqla keçirdik”. Daha ətraflı »

  • 10May
    Digər Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ola bilsin ki, 9-cu ölkə Slovakiya olacaq üçün şərhlər bağlıdır

    Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycana səfəri çərçivəsində Mətbuata bəyanatında Azərbaycanın enerji diplomatiyasının uğurlarından geniş bəhs edən Prezident cənab İlham Əliyev çoxtərəfli əməkdaşlıq sahəsində atılan addımları və uğurlu nəticələri diqqətə çatdırdı. Daha ətraflı »

  • 10May
    Digər Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətdə çox fəal iş aparır üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin cari ilin 8 may tarixində Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanat vermişdi. Ölkə rəhbəri bəyanatında bildirmişdir ki, Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. Ölkələrimiz arasında fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələrimiz genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin. Daha ətraflı »

  • 10May
    Digər Ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü münasibəti ilə Köçərli kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Minayə Həsənlinin rəsm sərgisi keçirilib üçün şərhlər bağlıdır

    Ümummilli lider Heydər Əliyevin 101-ci ildönümü münasibəti ilə Tərtər şəhərində Ulu Öndərin adını daşıyan meydanda rayonun Köçərli kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Həsənli Minayə Adil qızının rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

    Baxışda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Rəsm sərgisinin sonunda Minayə Həsənliyə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən təşəkkürnamə təqdim edilib.

     

  • 10May
    Digər Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə Tərtər rayonunda anım mərasimi keçirilib üçün şərhlər bağlıdır

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin 101-ci ildönümünə həsr edilmiş kitab sərgisinə, məktəblilərin əl işlərindən və rəsmlərindən ibarət sərgiyə baxıblar.

    Sonra Ümummilli liderin abidəsi ziyarət olunaraq, gül dəstələri düzülüb.

    Gülqoyma mərasimindən sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxıb və Ulu Öndərin 101-ci ildönümü münasibəti ilə keçirilən rəsm müsabiqəsində yer tutan məktəblilər rayon rəhbəri tərəfindən fəxri fərnanla təltif ediliblər.

     

  • 08May
    Digər ŞƏRƏFLİ YOLUN İŞIĞINDA üçün şərhlər bağlıdır

    “Yeni Tərtər”in 90 illik yubileyi təntənəli şəkildə qeyd olunub

    May ayının 3-də – Dünya Mətbuat Azadlığı Günündə “Yeni Tərtər” qəzetinin 90 illik yubileyi təntənəli şəkildə qeyd olunub.
    Yubiley tədbirində qəzetin kollektivi ilə yanaşı rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, unversitetin Redakisiya – nəşriyyat işi kafedrasının dosenti, həmyerlimiz Rasim Süleymanov, Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova, Ahıl Jurnalistlər Birliyinin sədr müavini Əminə Yusifqızı, “Vətən Müharibəsi Qəhrəmanı”, şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev, yolu “Yeni Tərtər” qəzetindən keçən, imzası hər yerdə tanınan, hər birinin öz söz tribunası olan Qarabağ və Şərqi Zəngəzur üzrə “Azərbaycan” qəzetinin bölgə müxbiri Lazım Quliyev, İlham İsmayıl, Səbuhi Rəhimli, Təbriz Vəfalı, Bərdə, Zaqatala, Goranboy, Ağdam, Ağcabədi rayonlarının bolgə qəzetlərinin redaktorları, respublikanın tanınmış həkimi, həmyerlimiz, şəhid bacısı Məhəbbət Paşayeva, qəzetin keçmiş işçiləri, ştatdankənar müxbirləri, rayon ziyalıları iştirak ediblər.
    Tədbir iştirakçıları öncə Ulu Öndərin Abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra redaksiyanın tarixini əks etdirən foto stendlərə, redaksiya əməkdaşlarının kitablarından ibarət sərgilərə baxıb, qəzetin müxtəlif illərdə nəşr olunmuş nömrələri ilə tanış olublar.
    Yubiley tədbiri rayon icra hakimiyyətinin akt zalında davam etdirilib.
    Əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra öz hakimiyyəti dövründə həmişə jurnalistlərin dostu olmuş Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərin və vaxtı ilə “Yeni Tərtər”də işləyib, dünyasını dəyişmiş əməkdaşların ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirin aparıcısı – 25 il rayon qəzetində çalışmış ”Qızıl Qələm” Mükafatı Laureatı Svetlana Əzizova qəzet, onun kollektivi haq-qında məlumat verərək, məruzə etmək üçün sözü “Yeni Tərtər”in redaktoru, Tərtərin ilk ali təhsilli qadın jurnalisti, fəaliyyəti ilə hər kəsə nümunə olan, 2 kitab müəllifi, ”Qızıl Qələm” Mükafatı Laureatı Svetlana Bağırovaya verib.
    Qəzetin redaktoru rayon qəzetinin keçdiyi mənalı və qürurverici tarixindən danışıb. Qeyd olunub ki, 1934-cü ildə Tərtərdə nəşr olunmağa başlayan qəzet “Kol-xozçuların varlanması yolunda” adlanıb. Tərtər rayon MTS-in siyasi şöbəsinin orqanı idi. Həftədə bir dəfə kiçik tirajla çıxıb.
    Qəzetin “Qızıl Bayraq” adı 1991-ci ildə dəyişdirilərək “Tərtər” qoyulub. Qəzet həftədə üç dəfə 5500 nüsxə tirajla nəşr edilib.
    1998-ci ildən 2005-ci ilədək qəzetin fəaliyyəti müvəqqəti ola-raq dayandırılıb.
    2005-ci ildən isə qəzet “Yeni Tərtər” adı ilə nəşr olunub.
    Svetlana Bağırova qəzetin I Qarabağ və 44 günlük Vətən müharibəsi dövründəki fəaliyyətindən də söhbət açıb. Bunun nəticəsi olaraq rayon rəhbərinin redaktorluğu və maddi dəstəyi ilə “Tərtərin tarix yazan oğulları” kitabının ərsəyə gəldiyini bildirib. Daha ətraflı »