Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Mar
    Kənd Təsərufatı KƏND TƏSƏRRÜFATI üçün şərhlər bağlıdır

    Kümçülükdə məsuliyyətli dövr başlayır

    Son illər rayonumuzda kümçülüyün inkişaf etdirilməsi məqsədilə ardıcıl tədbirlər keçirilir. İlk növbədə bu xeyli sahənin yem bazası möhkəmləndirilir, yol kənarlarında və digər sahələrdə xaricdən gətirilən tez inkişaf edən çəkil tingləri əkilib becərilir. Nəticədə əhali arasında baramaçılığa maraq artır.
    Məlum olduğu kimi, bu sahədə uğur qazanmağın digər bir şərti kümxanaların mövsümə hazırlanmasıdır. Bu sahədə əhaliyə köməklik göstərmək məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Qax DİS-nin direktoru Əkrəm Fətəliyev tərəfindən “Kümxanaların hazırlanması və tut ipəkqurdunun yemləndirilməsi” mövzusunda təlim keçirilib.
    Təlimdə Tərtər Rayon İcra Hakimiyyətinin, Tərtər DAİM-in əməkdaşları, İƏD üzrə nümayəndələr və kümçü fermerlər işritak ediblər.
    Əkrəm Fətəliyev kümxanaların hazırlanması və tut ipəkqurdunun yemləndirilməsilə bağlı tövsiyələrini bildirib və fermerlərin suallarını cavablandırıb.

    “YENİ TƏRTƏR”

  • 28Mar
    Şəhidlər Onlar atəşkəs dövründə şəhid olublar üçün şərhlər bağlıdır

                                                                                Quliyev Elməddin Cəfər oğlu
    1987-ci il may ayının 7-də Tərtər rayonunun Qapanlı kəndində anadan olub. Orta təhsilini Qapanlı kənd orta məktəbində alıb. Səhhətində olan problemlə əlaqədar hərbi xidmətə getməsinə müddət verilib. Bu müddətdə kənddə təsərrüfat işləri ilə məşğul olub. 2012-ci il oktyabrın 26-da Qapanlı kəndinin erməni kəndinə yaxın hissəsindən qayıdarkən erməni təcavüzü nəticəsində minaya düşərək şəhid olmuşdur. Qapanlı kənd qəbiristanlığında dəfn olunub.
    Evli idi. Sadiq və Əli adlı iki oğlu var. Övladları və həyat yoldaşı Nuranə Elməddinin valideynləri ilə birgə Tərtər rayonunun Qapanlı kəndində yaşayırlar.

                                                                               Şəmilov Orxan Fərhad oğlu
    1988-ci il noyabrın 22-də Tərtər rayonunun Buruc kəndində anadan olub. Orta təhsilini Buruc kənd tam orta məktəbində alıb, həmin məktəbin 9-cu sinfini bitirib. Ata-anasına təsərrüfat işlərində kömək edib. 2007-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Füzuli rayonunda çəkib. 2008-ci il noyabr ayının 17-də postda dayanarkən –vəzifə borcunu yerinə yetirərkən ermənilərin qəfləti hücumuna məruz qalıb. Döyüşərək 2 erməni quldurunu məhv edib, özü isə neytral ərazidə şəhid olub. Meyiti 2 gündən sonra götürülüb. Buruc kənd qəbiristanlığında dəfn olunub.
    Subay idi. Atası rəhmətə gedib, anası Tərtər rayonunun Buruc kəndində yaşayır. Daha ətraflı »

  • 28Mar
    Digər Mətbuata maraq üçün şərhlər bağlıdır

    Bu günlərdə özünün 90 yaşını qeyd edəcək Tərtər rayon qəzeti bütün çoxillik tarixi dövründə həmişə məktəblilər tərəfindən çox sevilib. Onlardan hansısa qəzetdə özü haqqında dərc olunan ilk məqaləni oxuyub, kimisi ilk imzasını görüb və bu ilklər həyatlarında böyük rol oynayıb, seçimlərinə uğurlu təsir edib.
    Şəhər 1 saylı tam orta məktəbin şagirdləri Malik və Mələk Şirinzadələr qəzetimizi çox sevir və mətbuata maraq göstərirlər. Onu da qeyd edək ki, onların ulu nənəsi Fatma xanım Şirinova vaxtilə uzun illər Tərtərdə Mətbuat Yayımı İdarəsinin rəisi olub, yəni bu ailədə böyüyən övladlar həmişə evlərində qəzet və jurnal görüb və bunları seviblər.
    Üç ildir ki, bizimlə qonşu olan bu uşaqlar ilaxır çərşənbədə uğurlu qədəmlərilə kollektivimizi təbrik edirlər. Milli geyimdə əllərində bayram xonçası tutmuş uşaqların gəlişi hər birimizdə xoş ovqat yaradır. Bir də ona görə sevinirik ki, milli ənənələrimiz yaşayır və böyüyən nəsil də gələcəkdə bu ənənələri davam etdirəcək. Malik və Mələk həm də dərs əlaçısı və fəal ictimaiyyətçidirlər. Yolunuz uğurlu olsun, əziz uşaqlar!

    “YENİ TƏRTƏR”

  • 28Mar
    Təhsil Mütəxəssis məsləhəti üçün şərhlər bağlıdır

    Sağlam nəsil yetişdirmək dövlətimizin qarşısında duran önəmli vəzifələrdəndir

    Müstəqillik qazandığımız hazırkı şəraitdə yetişən nəslin fiziki tərbiyəsini günün tələbləri səviyyəsində inkişaf etdirərək formalaşdırılması bu gün mühüm aktuallıq kəsb edir. Əlbəttə ki, bu aktual problemin daha da inkişaf etdirilərək formalaşdırılması və modernləşdirilməsi bu sahədə çalışan mütəxəssislərin qarşısında təxirəsalınmaz vəzifələr qoyur. Bu vəzifələrin məktəblərimizdə də beynəlxalq normalara uyğun olaraq təkmilləşdirilməsi zəruri sayılır. Bu gün bütün təhsil müəssisələrində, məktəbdənkənar təhsil müəssisələrində gələcək nəslin fiziki cəhətdən sağlam olmaları və potensial qabiliyyətlərinin inkişaf etdirilməsi üçün hər cür şərait yaradılmışdır.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uşaq-gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyası və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası”nı təsdiq etmişdir. Strategiyada göstərilir ki, gənclərin sağlamlığı, təhsili, məşğulluğu, sosial müdafiəsi və digər məsələlərlə bağlı dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir. Hətta xüsusi qayğıya ehtiyacı olan gənclərin idmanla məşğul olması üçün güzəştli şərait yaratmaq tələbi inkişaf strategiyasında xüsusi yer tutur. Bu tələblər əsasında yanaşsaq görərik ki, uşaq-gənclərin fiziki tərbiyəsi dövlət üçün önəmli məsələlərdəndir. Məktəb, ailə və ictimaiyyətin də məqsədi sağlam nəsil yetişdirməkdir. Bu sahədə hər kəsin öz funksiyası var. Həmin məqsədin reallaşdırılmasına xidmət göstərən sahələrdən biri də uşaqların psixoloji problemlərinin aradan qaldırılmasında müstəsna rolu olan fiziki tərbiyədir. Daha ətraflı »

  • 28Mar
    Digər HEKAYƏ üçün şərhlər bağlıdır

    Yaxşı ki, qar yağdı

    Yağdı və pislikləri örtdü. Sadəcə örtmədi, həm də əritdi, yox etdi. Yox, yanılıram. Yox etməsi mümkün deyil, əridib torpağa qarışdırdı. Göylərə yüksələn hisi-tozu, ah-nalələri, yalvarışları , alqışları soyuq və saf dənələri ilə təmizlədi. Saf olanları uca Tanrıya göndərdi, pislikləri torpağa qaytardı. Qaytardı ki, onları torpaqdan başqa heç nə gizlədə bilməz. Eybləri örtən torpaq! Müqəddəs torpaq, canlılara can verən, cansızları ağuşuna alıb yenidən yaşadan torpaq! Əzizlərimizi səndən, məndən daha yaxşı əzizləyən torpaq. Ayaqlarımla sənə toxunanda milyon dəfə üzr istəyirəm. Axı, sən sadəcə qara torpaq deyilsən. Sən körpədən qocayadək bizlərin sığınacaq yerisən. Yaxşı ki, qar yağdı. Yağdı və yağmaqda davam etdi. Hava saflaşdı, təmizləndi. Torpağın istisi azaldıqca qar örtüyü qalınlaşdı. Bakı küləyi həmişə yağan qara qənim kəsilir, onu qovur, ora-bura çırpır, əridir. Ancaq bu gün hava sakit, küləksizdir. Pəncərələr qarın, buzun yaratdığı əsərlərlə bəzənir, təbiət, o möcüzəli rəssam bənzərsiz gözəlliklər yaradır. Şəhər başdan – başa qar örtüyünə bürünür. Qar örtüyü üzərində möhtəşəm qürurlu bir heykəl görürəm. O sənsən, Ana! Onu yalnız mən görürəm, o yalnız mənə aiddir. Ana! Sən dünyanı dəyişdiyin gündən ikinci dəfədir ki, şəhər beləcə ağ yaylığa bürünür və saf örtük üzərində sənin heykəlin ucalır. Sənə yaxınlaşmaq, qarşında diz çöküb danışmaq istəyirəm. Danışmaq istəyirəm sən gedəli olan günlərimdən, günahlarımdan, dərdlərimdən danışmaq istəyirəm. Danışa bilmirəm, susuram. Sənin saf dünyan məni ovsunlayır. Ana! Daha ətraflı »

  • 27Mar
    Digər Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq üçün şərhlər bağlıdır

    18 mart 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Dövlətimizin başçısı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. Prezident cənab İlham Əliyev təbrikində bildirib: “Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik. Bu gün Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin edilmişdir. Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərib. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Bərpa-quruculuq işləri davamlı olaraq aparılır. Geniş quruculuq işləri aparılır, biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək. İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Ermənistan İkinci Qarabağ müharibəsindən sonra keçən üç il ərzində düzgün nəticə çıxarmamışdır, öz qanunsuz silahlı birləşmələrini bizim torpağımızda əbədi saxlamaq istəyirdi, burada vaxtilə qanunsuz yaradılmış qondarma dırnaqarası Dağlıq Qarabağ respublikasını yaşatmaq istəyirdi”. Daha ətraflı »

  • 18Mar
    Digər Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur üçün şərhlər bağlıdır
    Prezident İlham Əliyevin cari ilin 17 mart tarixində NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri ilə əlaqədar mətbuata bəyanat verib.
    Ölkə başçısı bəyanatında bildirib ki, NATO ilə aparılan dialoq uğurla davam edir. Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var.
    Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, ölkəmiz üçün böyük təcrübə olub.

    Daha ətraflı »

  • 18Mar
    Açılışlar, Digər Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir üçün şərhlər bağlıdır
    Prezident İlham Əliyev cari ilin 16 mart tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanat verib.
    Ölkə başçısı bəyanatında bildirmişdir ki, Azərbaycan Gürcüstan əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Ölkələrimiz arasındakı dostluq əlaqələrinin qədim tarixi kökləri var. Müstəqillik dövrü də bu əlaqələr günbə gün dərinləşir, inkişaf edir.

    Daha ətraflı »

  • 18Mar
    Digər Yüksək mənəviyyat bayramı üçün şərhlər bağlıdır
    Ulu Öndər Heydər Əliyev Novruz bayramını çox sevir və xalqımızın bu gözəl milli adət-ənənələrinin yaşadılmasına böyük əhəmiyyət verirdi. O deyirdi: “Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir.”

    Daha ətraflı »

  • 16Mar
    Digər COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin cari ilin 14 mart tarixində “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxış edib. Ölkə başçısı çıxışında bildirib ki, Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir.

    Cənab Prezident İlham Əliyev vurğulayıb ki, yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Geosiyasi dəyişikliklər baş verir. Ona görə də qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var.

    Artıq Forum iştirakçılarının sayı rekord həddədir. XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Qonaqların arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları var. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir.

    Cənab prezident bildirib ki, regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər, əslində isə, onların daha geniş fəsadları var. Bir il bundan əvvəl burada ötən görüşümüzdən bu yana baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır. Daha ətraflı »