Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,423
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 02May
    Digər Mən həmişə sizinləyəm üçün şərhlər bağlıdır

    90 il… Bir əsrdən 10 il az, bir igidin ömründən nə qədər çox… İllər keçdikcə qədrin, qiymətin azalmadı, mənim doğma qəzetim. Oxucu kütlən, dəyərini bilən dəyərli insanların köməti yaşatdı səni.

    Şükürlər olsun ki, bu gün də bu qayğı, bu diqqət azalmır və bu qədər informasiya bolluğunda sənin öz yerin, öz dəyərin var. Bu, ömrünün 25 ilini sənə həsr edən, “qəzet mənim həyatımdır”, – deyən, səni bütün varlığı ilə sevən bir doğmanın fikridir. İndi qəzetdə işləməsəm də səni yenə eyni məhəbbət, eyni sevgi ilə sevirəm.  Bu sevgi sönməz, bu sevgi dönməzdir. Daha ətraflı »

  • 02May
    Digər 44 İLİN AYRILIĞI üçün şərhlər bağlıdır

    Qaynar gəncliyimin, xoşbəxt günlərimin beş ilini Tərtərdə, səmimiyyəti, mehribanlığı, qayğıkeşliyi ilə  mənim üçün doğmalaşan, bacıya, qardaşa, əmiyə, dayıya çevrilən, unudulması mümkünsüz olan  tərtərlilərin əhatəsində  yaşamışam. 1975-1980-ci illərdə Tərtərdə çıxan “Qızıl bayraq” (İndiki “Yeni Tərtər”) qəzetində müxbir və şöbə müdiri vəzifəsində çalışmışam. Torpağı münbit, suyu saf, insanları qürurlu bu diyarda yaşadığım, işlədiyim beş ilin hər günü mənim üçün son dərəcə unudulmaz və əzizdir… Daha ətraflı »

  • 02May
    Digər Qəzet ayaqda durmağı bacarır üçün şərhlər bağlıdır

     Sovet dövründə Azərbaycanın hər rayonunda bir qəzeti vardı. Qəzetlər bəzi rayonlarda daha aktiv, maraqla oxunurdu. Hətta regional qəzetlər mərkəzi qəzetlərdən daha fəal idi. Füzuli rayonunda “Araz”, Zərdabda “Əkinçi”, Qazaxda “Göyəzən”, Zəngilanda “Zəngilanın səsi” kimi qəzetlərin adını çəkərdim. Sovetlər İttifaqının dağılması mətbu sistemin də dağılmasına gətirib çıxardı. Mətbuatda bir düzən, sistem vardı. O mətbuat da çökdü. Ancaq yerli mətbuat yerli camaat arasında ünsiyyət vasitəsi idi. Kolxozlar, sovxozlar,  təsərrüfatlar dağıldı. Gəlir gətirəcək sahələr dağıldı, qəzetlərin abunə sistemi pozuldu. Bu da sirayət elədi rayon qəzetlərinin çöküşünə. Bu qəzetlərdən biri də “Tərtər” qəzeti idi. 1934-cü ildə “Kolxozçuların varlanması yolunda” adı ilə fəaliyyətə başlayan qəzet 1937-ci ildən “Qızıl Bayraq” adı ilə nəşr olunmuşdur. 1963–1965-ci illərdə Tərtər rayonu Bərdə rayonu ilə birləşdiyinə görə, “Qızıl Bayraq” qəzeti Bərdə rayonunun “Kommunizm yolu” qəzeti ilə birləşdirilmiş, 1966-cı ildən yenidən “Qızıl Bayraq” adı ilə nəşr edilmişdir. 1998-ci ildən fəaliyyəti dayanan qəzet 2005-ci ildən etibarən “Yeni Tərtər” adı ilə nəşr edilməyə başlamışdır. Daha ətraflı »

  • 02May
    Digər Dövrün ağrılı-acılı günlərinə, qələbə müjdəli anlarına şahidlik edən mətbu orqan üçün şərhlər bağlıdır

    Doğma, Qəhrəman Tərtərimizin yeganə mətbuat qəzeti olan “Yeni Tərtər”in 90 illik yubileyi münasibəti ilə qəzetinizin bütün heyətini ailəmiz adından təbrik edirəm. Keçən 90 il müddətində qəzetiniz dövrün müxtəlif hadisələrinə, ağrılı-acılı günlərinə, qələbə müjdəli anlarına şahidlik etmişdir. Qələm sahibləri hər zaman “Yeni Tərtər” qəzetində Qarabağ döyüşlərində qanları ilə tarix yazan şəhidlərimizin, qazilərimizin, veteranlarımızın döyüş yolundan bəhs edən saysız məqalələrin müəllifi olmuşlar. Bu gün də “Yeni Tərtər” qəzeti  Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon rəhbəri Müstəqim Məmmədovun qayğısı ilə, dəyərli qələm sahibi Svetlana xanım Bağırovanın redaktorluğu altında müasir dövrümüzdə fəaliyyətini davam etdirməkdədir.

    Bir daha qəzetinizin bütün heyətini təbrik edib, fəaliyyətinizdə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

    Hörmətlə,

    Azərbaycanın Milli Qəhrəmanı, şəhid mayor Elman Hüseynovun ailəsi adından,

    Emin Elman oğlu Hüseynli.

     

     

  • 02May
    Digər O qəzet məni yetişdirdi üçün şərhlər bağlıdır

    Mən 1981- ci ildə Tərtərdə rayon qəzetində işləyirdim. O zaman adı “Qızıl Bayraq” olan qəzetdə güclü jurnalistlər işləyirdilər. O qəzet məni yetişdirdi. Redaktor Təvəkkül Nəcəfov, onun müavini Əmiraslan Qurbanzadə, məsul katib Svetlana Bağırova, şöbə müdiri Elbrus Məmmədov, müxbir Eldar Fərəcov, şöbə müdiri Yəhya İbrahimov sözün əsl mənasında mənə müəllim oldular. Onların verdikləri zəngin bilgilərlə sonralar “Xocalının səsi”, “Azərbaycan”, “Respublika” və digər qəzetlərdə çalışdım. Ümummilli Lider Heydər Əliyev siyasətdən yazdığım iki məqaləmi bəyənmiş və millət vəkillərinin iştirakı ilə müzakirə etdirmişdi. Daha ətraflı »

  • 02May
    Xəbərlər  “Yeni Tərtər” qəzeti haqqında xatirələrim üçün şərhlər bağlıdır

    1934-cü ildən fəaliyyətə başlayan, qayğısız, xoşbəxt uşaqlıq illərimdən xatirimdə “Qızıl Bayraq” adı ilə qalan doğma qəzetimiz!

    Düz 90 ildir ki, bu çətin, çətin olduğu qədər də məsuliyyətli və şərəfli bir missiyanı yerinə yetirən doğma qəzetimizin işıq üzü görməsində, ərsəyə gəlməsində və bugünkü inkişafı səviyyəsində əziyyəti olan hər kəsə dərin hörmət və ehtiramımı bildirirəm.

    Bu gün aramızda olmayan və qəzetin inkişafında xüsusi zəhməti olan mətbuat işçilərimizi də hörmətlə anır və Ulu Tanrıdan onların hər birinə rəhmət diləyirəm!

    Uşaq yaşlarımdan “Qızıl Bayraq”  qəzetini atam sevdirmişdi mənə. Atamın şeirləri, təhsillə bağlı yazıları ”Qızıl Bayraq”,  sonralar isə “Tərtər” qəzetində tez-tez dərc olunardı və qəzetin bütün nüsxələri bizim evə göndərilirdi. Daha ətraflı »

  • 02May
    Digər Övladlarımızın qəhrəmanlığını qələmə alan, əbədiləşdirən insanların qəlbimizdə yeri var üçün şərhlər bağlıdır

    Xalqımızın milli maraqlarını yaşadan,  inkişaf etdirən, maarifləndirən,  istedadlı insanlarımızın, əmək və müharibə qəhrəmanlarımızın illərlə həyat yolunu işıqlandıran mətbuat, qəzetlər, jurnallar,  kitablar olmuşdur.

    Keçən əsrin 34-cü  illərindən fəaliyyətə başlayan, ən qədim Türk tayfalarının birinin adı ilə adlanan Tərtər  rayon qəzeti  “Kolxozçuların varlanması”, “Qızıl Bayraq”, “Tərtər”, “Yeni Tərtər” adları altında  fəaliyyət göstərmiş və  zəhmətkeşlərin hörmət və rəğbətini qazanmışdır.

    Əvvəlki illərində Tərtər Rayon İcra Hakimiyyətinin orqanı olan bu qəzetin xalqımızın, Tərtər camaatının maariflənməsində, məlumatlandırılmasında böyük xidmətləri olmuşdur.  Respublika xəbərləri,  rayon xəbərləri, zəhmətkeş xalqın əmək fəaliyyətlərini əks etdirən məqalələr, Tərtərin keçmişi və bu günü haqqında məlumatlar qəzetin özəyini  təşkil etmişdir. Daha ətraflı »

  • 02May
    Digər Jurnalistin müqəddəs vəzifəsi cəmiyyəti dürüst  informasiya ilə təmin etməkdir üçün şərhlər bağlıdır

            Dəyərli “Yeni Tərtər”in kollektivi!

    Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbәşәri dəyərlərin təbliğində müstəsna rol oynamış mətbuat xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini verib. Bu yeni inkişaf dövrünün təməlini qoyan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Ümummilli Lider Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanına əsasən senzuranın ləğv edilməsi ilə milli mətbuatımızın inkişafında yeni mərhələnin əsası qoyuldu. Hazırda ölkədə azad medianın fəaliyyətinə və inkişafına yönələn bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Kütləvi informasiya vasitələrinə birdəfəlik yardımların edilməsi, mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlar üçün yaşayış evlərinin tikilib istifadəyə verilməsi bu sahəyə göstərilən xüsusi qayğının bariz nümunəsidir. Bu gün ölkəmizdə yüzlərlə müxtəlif kütləvi informasiya vasitəsi – qəzet, jurnal, informasiya agentliyi və teleradio şirkətləri fəaliyyət göstərir. Bu gün Azərbaycanda böyük bir jurnalist ordusu yetişib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə azad medianın inkişafı üçün hər cür şərait yaradılmaqla mətbu orqanların maddi-texniki bazası möhkəmləndirilmiş, jurnalistlərin sosial-iqtisadi vəziyyəti yaxşılaşdırılmışdır.” Daha ətraflı »

  • 02May
    Xəbərlər Jurnalist yolunda inamla addımlayın üçün şərhlər bağlıdır

    “Yeni Tərtər” qəzetinin bütün kollektivini qəzetin nəşrə başlamasının 90  illiyi münasibətilə ürəkdən təbrik edirəm. Qoy Sizin qələminiz həmişə qələbə ruhlu xəbərləri işıqlandırsın! Gözəl tarixdir. Bu tarix bütün nəsillərdən olan jurnalistlərin vətənpərvərliyindən xəbər verir. Fəxr edirəm ki, mənim taleyim də Tərtər rayonunun taleyi ilə bağlıdır. Yazın,  ürəyinizin işığını insanlara  çatdırın.  Öz çörəyinizi bölüşün. İşinizi sevin, axı, o, hamı üçündür. Həmişə qorxmaz və  sizə ən çox ehtiyac olan yerdə olun! Bütün kollektivə və baş redaktora müvəffəqiyyətlər və çətin yolunuzda inamla addımlamağı arzulayıram. Jurnalist yolunda!

    Böyük hörmətlə:

    Hərbi jurnalist,

    Riçardas Lapaytis

    Vilnüs-Litva

  • 02May
    Digər Xeyirxah əqidən dəyişmədi üçün şərhlər bağlıdır

    Öz ünvanımı – doğma Tərtərimi tarixə çevirən “Yeni Tərtər”im! 90 yaşın mübarək!

    Sənin hər səhifəni müqəddəs yazı kimi qoruyub saxlayanlar elinə, obasına bağlı olan qəhrəman tərtərlilərdir. Daha ətraflı »