Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Mar
    Digər COP29 bizə onu nümayiş etdirməyə imkan verəcəkdir ki, müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkə uğurla inkişaf edə bilər üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin cari ilin 14 mart tarixində “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxış edib. Ölkə başçısı çıxışında bildirib ki, Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir.

    Cənab Prezident İlham Əliyev vurğulayıb ki, yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Geosiyasi dəyişikliklər baş verir. Ona görə də qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var.

    Artıq Forum iştirakçılarının sayı rekord həddədir. XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Qonaqların arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları var. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir.

    Cənab prezident bildirib ki, regionumuzdakı dəyişikliklər lokal xarakterli kimi görünə bilər, əslində isə, onların daha geniş fəsadları var. Bir il bundan əvvəl burada ötən görüşümüzdən bu yana baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır. Daha ətraflı »

  • 14Mar
    Digər Qazaxıstanla Azərbaycanın qarşılıqlı dostluq münasibətləri üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 11 mart tarixində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanat verib. Dövlət başçısı bildirib ki, Azərbaycan üçün Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır. Münasibətlərin dinamikası qarşılıqlı səfərlərin xronologiyasından aydın görünür. Son ilyarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər etmiş, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üç dəfə ölkəmizdə olmuşdur. Daha ətraflı »

  • 14Mar
    Digər Bizi yolumuzdan döndərmək istəyənlərin planları baş tutmayacaq üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin cari ilin 28 fevral tarixində Almanİqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə qeyd olunub ki, Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin iqtisadi sahəsi həmişə mühüm rol oynayıb.

    Almaniya Fransadan fərqli olaraq alovun üstünə benzin tökmür və Ermənistanı öldürücü silahlarla təchiz etmir.

    Bildirilib ki, beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Daha ətraflı »

  • 12Mar
    Digər Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləmiş, ana haqqını uca tutmuşdur. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti üçün şərhlər bağlıdır

    Ömrünüz bahar kimi gözəl olsun!

    8 Mart Qadınlar Günü münasibəti ilə bizə doğma, əziz olan qadınları bir daha yada salır, qəlbimizdəki ən xoş arzuları, diləkləri onlara çatdırmaq istəyirik.
    İlk növbədə baharın bu gözəl çağında tərtərli qadınlar adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, qadınlarımızın, eləcə də qayğı və diqqətə ehtiyacı olan hər bir vətəndaşımızın ümid, pənah yeri olan, yalnız Azərbaycanda deyil, dünyada humanizm və mərhəmət simvolu kimi tanınan Mehriban xanım Əliyevanı ürəkdən təbrik edir, bir-birindən mənalı və xoş günlər, cansağlığı arzulayırıq!
    Biz tərtərli qadınlar çətin günlərimizdə də, xoş günlərimizdə də Mehriban xanımı daim yanımızda görmüşük. 2016-cı ilin Aprel hadisələri bizi qələbəyə aparan böyük yola çıxardı. Amma bu yola çıxmaq üçün şəhid verdik, evlərimiz darmadağın oldu. Hadisədən dərhal sonra Prezident İlham Əliyev Mehriban xanımla birlikdə yanımızda oldular, evləri dağılmış insanlarla görüşdülər və hər şeyin tezlikə düzələcəyinə söz verdilər. Ermənilərin dağıtdıqları evlərin yerində qısa müddətdə yeni tikilən yaraşıqlı evlərin ilk qonaqları da elə cənab Prezident və Mehriban xanım oldular. Belə səmimi, mehriban görüşlər Tərtər qadınlarının qələbəmizə, ölkəmizin xoşbəxt gələcəyinə inamını artırır, bizə güc verirdi.
    Aprel hadisələrindən sonra ölkənin birinci xanımının Heydər Məscidində şəhidlərimizə ehsan verdiyinin, şəhid analarına, xanımlarına, övladlarına necə ürək yanğısı ilə yanaşdığının şahidi olduq. Şəhid Nicat İsgəndərovun anası Maya xanım deyir ki, çətin günlərində Mehriban xanımın onlarla bərabər olması Vətən yolunda oğul itirən analar üçün bir təsəlli idi. Daha ətraflı »

  • 12Mar
    Xəbərlər 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib üçün şərhlər bağlıdır

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
    Tədbirdən öncə Fəxri xiyaban ziyarət edilərək, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq, alim Zərifə Əliyevanın xatirəsinə dərin ehtiram ifadə olunub, məzarı önünə gül dəstələri düzülüb.
    Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyevanın Prezident cənab İlham Əliyevin qadınlara təbrik məktubunu səsləndirməsi ilə davam edib.
    Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, ölkə Prezidenti cənab İlham Əliyevə tədbir iştirakçılarına və onların timsalında bütün Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubuna görə təşəkkürünü bildirib, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edib.
    Azərbaycanda keçirilən sonuncu prezident seçkilərində əldə edilən inamlı qələbədən bəhs edən Komitə sədri, ölkəmizin dünyada gedən ictimai-siyasi, iqtisadi sosial, humanitar, mədəni, daha çox isə hərbi siyasi proseslərin ən fəal aktoruna çevrildiyini bildirib. Daha ətraflı »

  • 12Mar
    Xəbərlər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tərtərli qadınlara təbriki üçün şərhlər bağlıdır

    Hörmətli şəhid anaları!
    Əziz qadınlar, ana və bacılar!
    Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.
    Qadınlar tariximizin bütün mərhələlərində milli-mənəvi dəyərlərimizin nəsildən-nəsilə ötürülməsində əhəmiyyətli rol oynamış, onların arasından müdrik hökmdarlar, istedadlı şair və yazıçılar, dövlət xadimləri çıxmışdır.
    Xalqımızın hər şeydən çox sevdiyi torpaq, vətən, dil anlayışına ana torpaq, ana vətən, ana dili deyilməsi anaya olan məhəbbətimizin ən böyük təcəssümüdür.
    44 günlük Vətən müharibəsində Şanlı Zəfər gününü–Qələbəni bizə analarımızın tərbiyə edib böyütdüyü, gücünə-qüvvəsinə inandığı Milli Ordumuzda xidmət edən oğullar yaşatdı. Vətən müharibəsində, işğaldan azad olunmuş ərazilərdə aparılan lokal xarakterli antiterror əməliyyatlarında şəhidlər versək də, qazilərimiz olsa da onların qisasını düşməndən aldıq. Allah bütün şəhid oğullarımıza rəhmət eləsin! Şəhid analarına, həyat yoldaşlarına Ulu Tan-rıdan səbr diləyirəm. Qarşılarında baş əyirik. Onlar bizim qürur yerimiz, başımızın tacıdırlar! Daha ətraflı »

  • 12Mar
    Digər ADIN ŞƏRƏFLİDİR SƏNİN, EY QADIN! üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyası veteranı

    Yenə də ön cərgələrdəyik

    2024-cü il həyatımıza mühüm hadisələrlə daxil oldu. Bunlardan ən önəmlisi 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi idi. Bu seçkilərdə ölkəmizin bütün vətəndaşları, o çümlədən yaşlı nəslin nümayəndələri böyük fəallıqla iştirak etdilər və gənclərə nümunə oldular.
    Prezident seçkilərində cənab İlham Əliyevə ürəkdən gələn inam və sevgi ilə səs verən xanımlardan biri də Xatirə Məmmədovadır.
    Xatirə xanım 1998-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Uzun illər komsomol, partiya işində çalışıb. YAP Tərtər rayon Təşkilatının Qadınlar Şurasının sədri olub. Həmişə fəallığı, işgüzarlığı ilə seçilən Xatirə xanımın pozitiv enerjisi ətrafdakılara da təsir edib. Onun rəhbərliyi altında həmişə ən çətin işlər uğurla yerinə yetirilib, nəticə ürəkaçan olub.
    Xatirə xanım rayonumuzun fəal qadınları ilə birlikdə Azərbaycan Qadınlarının bir neçə qurultayında qəhrəman Tərtərimizi təmsil edib. Bu barədə o, belə deyir:
    –Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan Şanlı qələbə və bundan sonrakı antiterror əməliyyatı nəticəsində doğma Vətənimizin torpaqları azaddır və çox şükürlər ki, indi suveren, qüdrətli bir ölkənin vətəndaşlarıyıq. Ancaq mənim mənsub olduğum nəslin qadınları heç də həmişə belə rahat yaşamayıblar. Müstəqilliyimizin ilk illərində Tərtərdə də vəziyyət çox çətin idi. Mən deyərdim ki, bu çətinliklərin çox böyük hissəsini qadınlar öz çiyinlərində daşıyırdılar. Bir tərəfdən müharibə, atəşkəs illərində ermənilərin törətdikləri vəhşiliklər, digər tərəfdən məişət problemləri, işsizlik… Daha ətraflı »

  • 12Mar
    Digər Ağbirçəklərimiz üçün şərhlər bağlıdır

    Hamının sevimlisi Sofiya xanım

    1948-ci ildə 2 yaşında Qərbi Azərbaycann Vedi rayonundan zorla böyük bir ailə ilə Yevlax rayonuna köçürülən Sofiya hələ baş verənləri anlamırdı. Yalnız zaman-zaman anasının və özündən böyük bacı və qardaşlarının söhbətlərindən o, məsələnin mahiyyətini, doğma yerlərin necə gözəl olduğunu öyrənmişdi.
    Yaşadığı çətinliklərə baxmayaraq, həmişə pozitiv olan, ətrafdakılara xoş münasibəti ilə seçilən Sofiya xanım ömrün ahıl çağına da elə bu cür çatıb – hamının hörmətini qazanan, ictimaiyyətçi, başqalarının problemlərinə biganə olmayan, çalışdığı sahədə biliyi və bacarığı ilə seçilən əsl Azərbaycan qadını!
    Sofiya xanım deyir:
    – Orta məktəbi Yevlax rayonunda bitirmişəm. Sonra Bakıda maliyyə-kredit texnikumunda təhsilimi davam etdirdim. Texnikumu bitirdikdən sonra Tərtər dövlət bankına təyinayla işə göndərildim 30 il ərzində bankda baş mütəxəssis, sonra isə vergi müfəttişi kimi fəaliyyət göstərdim. Daim insanlarla işlədiyimə görə, hər kəslə dil tapmağı öyrəndim. Ən böyük mükafatım isə onların hörməti oldu. Daha ətraflı »

  • 12Mar
    Təhsil 17 il əvvəl yazmışdıq üçün şərhlər bağlıdır

    “Xoşbəxtəm ki, müəlliməm”

    Şad xəbər “quş qanadlı” olar, – deyiblər. Azərbaycan təhsilnin inkişafındakı xidmətlərinə görə şəhər 1 saylı orta məktəbin ədəbiyyat müəllimi Fazilə Kərimovanın Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülməsi xəbəri də çox tez yayılaraq, təhsil işçilərilə yanaşı, rayonumuzun bütün ictimaiyyətini ürəkdən sevindirdi.
    Biz də Fazilə müəllimin se-vincinə şərik lduq. Onu redaksiyamıza dəvət edib, ürək sözlərini dinlədik:
    – Çox böyük qürur və fərəh hissi keçirirəm. Mükafat alanların arasında möhtərəm Prezidentimizə dərs demiş iki müəllim də vardı. İnanıram ki, mənim şagirdlərim də gələcəkdə həyatda ən yüksək mövqe qazanacaqlar. Bunun üçün əlimdən gələni edəcəyəm.
    – Nəyə görə müəllim peşəsini seçmisiniz? – sualına o, belə cavab verdi:
    – Mənim anam savadsız idi. Amma sinəsi el deyimləri, bayatılarla doluydu. Hərdən öz-özümə məəttəl qalırdım ki, hardan bilir bunları mənim anam? Atam isə həmişə axşamlar bizə kitab oxutdururdu. Biz növbə ilə xalq dastanlarını oxuyar, bütün ailə üzvləri böyük maraqla dinləyərdilər. Bunları deməkdə məqsədim odur ki, ailəmizdə milli-mənəvi dəyərlərimizə, xalqımızın keçmişinə, adət-ənənələrinə dərin hörmət olub. Məhz bunun nəticəsində böyük bacım Roza, sonra isə mən ədəbiyyat müəllimi ixtisasını seçdik. Daha ətraflı »

  • 12Mar
    Təhsil Ziyalılarımız üçün şərhlər bağlıdır

    “Yetirmələrim həm təhsildə, həm də iş fəaliyyətlərində mənim xəyallarımı gerçəkləşdirirlər”

    Şəhər 6 saylı tam orta məktəbin ingilis dili müəllimi Zümrüd Zamanova bu sözləri elə qürurla söylədi ki, elə təkcə bu kəlmələrdən onun necə müəllim olduğunu bilmək mümkündür.
    Hər kəsin həyatda məqsədi olur. Müəllimin də məqsədi cəmiyyətimizin gələcəyini qura biləcək vətənpərvər, savadlı, dünyagörüşlü gənclərin yetişdirilməsidir. Bunun arxasında necə böyük zəhmət dayandığını hamımız bilirik. Çünki elə bir ailə yoxdur ki, məktəblə əlaqəsi olmasın.
    Müxtəlif illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Tərtər rayon İcra Hakimiyyətinin, təhsil sektorunun Fəxri Fərmanları və mükafatları ilə təltif olunmuş, 1989-cu ildə “Baş müəllim”, növbəti il isə “Metodist müəllim”, 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüş Zümrüd müəllimi uğurlara çatdıran yol haradan və necə başlayıb? Bu sualla özünə müraciət etdik. O dedi:
    – Tərtər şəhər 1 saylı tam orta məktəbin məzunuyam. Həyatda əldə etdiyim nailiyyətlərdə məktəbin, burada vaxtilə çalışan qabaqcıl müəllimlərin xüsusi rolu olub. Məktəb illərində qoyulan bünövrə möhkəmdirsə, insanın gələcəyi də ona uyğun qurulur. Əlbəttə, bura hər kəsin özünün şəxsi bacarıqlarını, zəhmətsevərliyini də əlavə etmək lazımdır.
    1982-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu İngilis və alman dilləri ixtisası üzrə bitirən Zümrüd Zamanova həmin ildən bugünədək Rafiq Nuriyev adına şəhər 6 saylı tam orta məktəbdə çalışır. İstər təhsil aldığı illərdə, istərsə də iş fəaliyyətində o, həmişə fəal olmağa çalışıb, yeniliklərə can atıb. Məktəbdə linqafon kabineti yaradılanda, ingilis dilində ilk linqafon dərslərini Zümrüd müəllim tədris etməyə başlayıb. Şagirdlərin dil öyrənmək həvəsi artıb və onun iş təcrübəsi rayon səviyyəsində yayılıb. Daha ətraflı »