Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Mar
    Digər Neft inkişafa çevrildi, sərvətin ədalətli paylanması təmin edildi üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

     

    Prezident İlham Əliyev cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı deyib ki, Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik.

    Layihəni reallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığa ehtiyac var idi. Ona görə də bizə öz maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladıq.

    Uzunluğu 3500 kilometr olan kəmər artıq arzu deyil, reallıqdır. Layihə getdikcə daha çox ölkələri əhatə edir. Çünki bizim təbii qazı yeni təyinat nöqtələrinə nəql etməyə imkan verən yeni interkonnektorlarımız var.

    Layihə həqiqətən də enerji təchizatının, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin coğrafiyasını tamamilə dəyişir. On il bundan əvvəl başladılan təşəbbüsün yaxşı nəticələrini görəndə, əlbəttə ki, insan özünü hər zaman xoşbəxt hiss edir.

    Prezident İlham Əliyev bildirib ki, COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik.

    Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik. Daha ətraflı »

  • 04Mar
    Digər Yeni Azərbaycan Partiyası günü-gündən güclənir və xalqın rəğbətini qazanır üçün şərhlər bağlıdır

    YAP-ın VII qurultayında partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilmiş, Gənclər Birliyinin say tərkibi müəyyən edilmiş, üzvləri, sədri və sədr müavinləri seçilmişdir. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiq edilmişdir. 2022-ci ilin yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmiş, iclasda YAP-ın 64 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilmişdir. Bununla da 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olunmuşdur. 5 mart 2021-ci il tarixində keçirilmiş VII qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibi müəyyən edilmiş, İdarə Heyəti və Təftiş Komissiyasının üzvləri, Veteranlar Şurasının üzvləri, sədri və sədr müavini seçilmişdir. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanmışdır.

    Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, digər müavin və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavin təyin edilmişdir.

    Qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın (Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Kəndli Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Milli Qurtuluş Partiyası) Yeni Azərbaycan Partiyasına qoşulması barədə müraciətləri öz müsbət həllini tapmışdır.

    Yeni siyasi konfiqurasiyanın formalaşdırılmasını hədəfləyən islahatlar ölkədə həmrəylik mühitinin bərqərar olunması və siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasına xidmət edir. Daha ətraflı »

  • 29Fev
    Xəbərlər XOCALI SOYQIRIMI VƏHŞİLİYİN GÖRÜNMƏMİŞ TƏZAHÜRÜDÜR üçün şərhlər bağlıdır

    Xocalı soyqırımının 32-ci ildönümü qeyd olunub

     

     

     

     

     

    Tərtər rayonunda 26 fevral–Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat kollektivləri, şəhid ailələri, qazilər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
    Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbirində öncə Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi – Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov Xocalı şəhidlərinin ruhuna dualar oxuyub. Sonra tədbir iştirakçıları Şəhidlər Abidə Kompleksinin önünə gül dəstələri qoyublar.
    Tədbiri Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov acıb, Xocalıda şəhid olmuş insanların, habelə bütün şəhidlərimizin xatirəsi bir dəqiqəik sükutla yad edilib.
    Anım iştirakçıları Xocalı soyqırımına həsr olunmuş ümumtəhsil məktəblilərinin rəsm əsərlərindən ibarət sərgiyə də baxıblar.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Xocalı soyqırımından danışaraq o illərdə baş vermiş hadisələri bir daha xatırladıb.
    Qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalını yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı və yandırıldı, insanlar isə xüsusi qəddarlıqla qətlə yetirildi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılanlar çoxluq təşkil edirdi. Daha ətraflı »

  • 29Fev
    Xəbərlər Xocalıdan olan ailələrlə görüş üçün şərhlər bağlıdır

    YAP rayon təşkilatının inzibati binasında Tərtər rayonunda məskunlaşan 17 Xocalı ailəsinin 58 nəfər üzvü ilə görüşən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Xocalı faciəsinin təkcə xocalılara deyil, bütün Azərbaycan xalqına qarşı yönələn soyqırımı olduğunu diqqətə çatdırıb, bu qətliamın dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisi olduğunu qeyd edib.
    Rayon rəhbəri qeyd edib ki, cəmi 44 gün davam edən Vətən müharibsi Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı. 30 il davam edən işğala son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Bu qələbə ilə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın yeni tarixinə öz adını əbədi yazdı.
    “Qisas qiyamətə qalmadı”–Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bütün şəhidlərin, eləcə də xocalıların qisası alındı.
    Rayon rəhbəri Xocalıdan olan ailələri dinləyərək, onların problem və qayğıları ilə maraqlanıb.
    Görüşdə Xocalıdan olan ailələrə rayon icra hakimiyyəti tərəfindən ərzaq yardımı edilib.
    Xocalılar göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirib, yenidən Xocalıya dönəcəkləri günü səbirsizliklə gözlədiklərini bildiriblər.

     

  • 29Fev
    Xəbərlər Qanlı terror aktı nəticəsində həyatını itirmiş insanların xatirəsi yad edilib üçün şərhlər bağlıdır

    YAP Tərtər rayon təşkilatında Xocalı soyqırımının 32- ci ildönümündə “Xocalıya ədalət!” adlı tədbir keçirilib.
    Əvvəlcə tədbir iştirakçıları tərəfindən Xocalı soyqırımının qurbanları və Azərbaycanımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev Xocalı soyqırımında ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikdən danışıb. Qeyd edilib ki, erməni terrorçularının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırım siyasəti nəticəsində törətdikləri qanlı cinayətlər, qətliamlar arasında Xocalı faciəsi xüsusi amansızlığına görıə seçilir.
    Digər çıxış edənlər Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri, erməni millət-çilərinin xalqımıza qarşı iki yüz il ərzində apardığı etnik düşmənçiliyin növbəti mərhələsi olduğunu diqqətə çatdırıblar. Çıxışlarda vurğulanıb ki, soyqırımı qurbanlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulacaqdır.

     

  • 29Fev
    Hərbi vətənpərvərlik AZAD XOCALIYA YENİ BAHAR GƏLİR üçün şərhlər bağlıdır

    Litvalı hərbi jurnalist Riçard Lapaitis Azərbaycan xalqının yaxın dostudur. Xocalı faciəsi ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında onun böyük xidmətləri var. Bu xidmətlərinə görə jurnalist Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olunub. 44 günlük Vətən müharibəsindən sonra Qalib ölkənin başçısı və xarici jurnalist azad Qarabağda – Şuşada görüşüblər. Xocalı faciəsinin ildönümü ərəfəsində biz Riçard Lapaitislə əlaqə saxlayıb, qəzetimiz üçün müsahibə verməsini xahiş etdik. O, Azərbaycanın Avstriyadakı səfirliyinin xahişi ilə Vyanaya uçmağa hazırlaşırdı. Buna baxmayaraq, jurnalist suallarımızı elə təyyarə limanından cavablandırdı. Hər kəlməsi Azərbaycana və azərbaycanlılara sevgi ilə dolu bu müsahibəni oxucularımzın diqqətinə çatdırırıq.

    –Salam əziz Riçard! Sizdən müsahibə götürməzdən əvvəl mən bir daha “Sonsuz dəhliz” filminə baxdım: yenə də həmin dəhşətli ağrı və bu filmin ərsəyə gəlməsində zəhməti olan hər kəsə sonsuz təşəkkür hissi.
    Bu filmdə yer üzündə həyat yaranandan bəri mövcud olan xeyir və şərdən danışılır. Bununla belə, dünyada müxtəlif millətlər və dinlərlə yanaşı, həm də insanlıq və qeyriinsanlıq kimi ümumi anlayışlar da var.
    “Sonsuz dəhliz “ filminin həsr olunduğu Xocalı faciəsi qeyriinsani bir cinayətdir.
    Sizin və bu filmin çəkilişində zəhməti olan digər insanların sayəsində dünya erməni cəlladları tərəfindən 32 il əvvəl Xocalı şəhərinin dinc əhalisinin başına gətirilən dəhşətli hadisələrlə tanış oldu.
    Bir çox illər keçdi və bizim Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal olunmuş əraziləri azad etdi və hər bir şəhidimizin, hər bir günahsız körpənin, hər bir qadının, qocanın qisası alındı. O cümlədən bütün dünya Azərbaycan əsgərinin, xalqımızın dinc erməni əhalisinə münasibətini gördü. Onlara Azərbaycan vətəndaşlığını qəbul edərək öz evlərində qalmaq, Azərbaycanın bərabərhüquqlu vətəndaşı kimi yaşamaq təklif olunmuşdu. Ancaq ermənilər könüllü surətdə getməyi üstün tutdular. Təkcə biz yox, bütün dünya onların necə getdiyini izlədi: heç bir düşmənçilik göstərilmədən, uşaqları və qocaları yedizdirir, nəyə ehtiyacları olduğunu soruşurdular. Bir sözlə, onların bizə göstərdikləri bütün insanlığa sığmayan hərəkətlərinin qarşılığında biz insanlıq, humanizm göstərdik və bunu əksər ermənilərin özləri də etiraf edirlər. Ancaq təəccüb doğuran cəhət budur: Ötən əsrin 90-cı illərindən, hətta ondan da əvvəldən kar və kor olan dünya, 30 ildən çox işğal al-tında olan torpaqlarımızda vəhşiliklər törədən ermənilərin hərəkətlərinə göz yuman Qərb indi nədənsə göz yaşları axıdaraq, mövcud olmayan “erməni faciəsi” haqqında danışır. Bu cür paradoksal münasibəti gördükdə təbii ki, sual yaranır. Niyə? Bu, kimə lazımdır? Daha ətraflı »

  • 29Fev
    Şəhidlər “Bizim Ordumuz təlimlərdə yox, paradlarda yox, döyüş meydanında öz gücünü göstərmişdir” İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti üçün şərhlər bağlıdır

    3-cü dərəcəli “Rəşadət” ordenli Ruslan Lalayevin doğum günü məzarı önündə qeyd olunub

    Tərtər rayonunda Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş ordumuzun hərbi qulluqçusu, 1994-cü il təvəllüdlü, Səhlabad kənd sakini, kiçik çavuş Lalayev Ruslan Akif oğlunun doğum günü məzarı önündə qeyd olunub.
    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhidin yaxınları, döyüş yoldaşları, kənd sakinləri, məktəblilər şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
    Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, kiçik çavuş Lalayev Ruslan Akif oğlu 1994-cü il fevral ayının 17-də Tərtər rayonunun Səhlabad kəndində anadan olub. Ruslan Lalayev 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Səhlabad kənd qəbiristanlığında torpağa tapşırılıb. Daha ətraflı »

  • 29Fev
    Tərtər RİH-də Keçmiş döyüşçü dövlətin qayğısından danışdı üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Yuxarı Sarıcalı kəndində Birinci Qarabağ müharibəsi əlili Firdovsi Əliyevi evində ziyarət edib, onun və ailəsinin qayğı və problemləri ilə maraqlanıb.
    Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
    Qeyd edək ki, Firdovsi Əliyev 1992-ci ildə hərbi xidmətə yollanmış və Birinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü il yanvar ayının 14-də Suqovuşan ərazisində düşmənin atdığı artilleriya mərmisi nəticəsində yaralanmış və ehtiyata buraxılmışdır.
    Firdovsi Əliyevə söylədi ki, müharibə zamanı aldığı xəsarətlərə görə ona ikinci dərəcəli əlillik təyin edilmiş, dövlət tərəfindən mənzillə və avtomobillə təmin olunmuşdur.
    Görüş zamanı keçmiş döyüşçü onu da bildirib ki, uzun illər torpaqlarımızın işğal altında qalması qazilərimizi çox narahat edirdi. Ona görə də daimi olaraq bu barədə gənclərlə söhbətlər aparır, gənclərin vətənpərvərlik tərbiyəsində böyümələrinə çalışırdılar. İndi çox şükür, gənc nəsil Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Qələbə qazandı, xalqımızın başını uca etdi.
    Qazimiz və ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 29Fev
    Hərbi vətənpərvərlik “Şəhidliyin bir zirvə olduğunu həmin gün gördük” üçün şərhlər bağlıdır

    Bu sözləri Bəxtiyar Allahverdizadə Laçının Səfiyan kəndindəki döyüşdən danışarkən dedi. Həmin döyüşdə düşmənin hava hücumu nəticəsində briqadanın şəxsi heyətlə iş üzrə müavini, polkovnik-leytenant Rəşad Sadıqov və əsgər Əyyub Süleymanov şəhid olmuşdular.
    Bəxtiyar deyir:
    – Əyyub yaralanmışdı. Onu xilas edə bilmədik. Gülə-gülə şəhid oldu. Şəhidliyin bir zirvə olduğunu həmin gün gördük.
    Bu hadisə Laçında baş vermişdi. Laçına çatanadək Bəxtiyar və onun yoldaşları Gəncədən başlayaraq piyada 110 km-lik yol qət etmişdilər. Özü də düz yol yox, dağlarla, meşələrlə, üzərlərində 50 kq yük və əlbəttə, ən başlıcası, düşmənlə döyüşə-döyüşə, şəhid verərək, yaralanaraq və qələbədən-qələbəyə möhkəmlənərək.
    Bəxtiyar Allahverdizadə 1999-cu ildə Tərtərdə anadan olub. Şəhər 1 saylı tam orta məktəbini bitirib. 2016-cı ildə Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinə daxil olub və 2020-ci ildə təhsilini uğurla başa vurub. Magistraturaya daxil olmaq istəsə də, həmin il baş verən Tovuz hadisələri, ölkədəki abu-hava onu fikrindən d-şındırıb. Təhsil ardınca deyil, Orduya gedib. Müharibə başlayanda o, Gəncədəydi.
    Bəxtiyar bu barədə belə danışır: Daha ətraflı »

  • 29Fev
    Təhsil Şagirdlər qəhrəmanlıq tariximizin əsasında tərbiyə almalıdırlar üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki çıxışında qar-şıya qoyduğu mühüm vəzifələrdən biri gənclərin tərbiyəsidir. “Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir” – deyən dövlət başçısı birinci yerdə ailə, ikinci yerdə isə məktəb tərbiyəsinin dayandığını söyləyib. O bildirib ki, belə müzəffər gənclərimizin yetişdirilməsində Azərbaycan məktəbinin çox böyük rolu vardır.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bu günlərdə ra-yonun Arzuman Ağayev adına 155 şagirdin təhsil aldığı Yuxarı Sarıcalı kənd tam orta məktəbində olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
    Rayon rəhbəri məktəbdə tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, bildirib ki, bizim qəhrəmanlıq tariximizlə bağlı uşaqlara lazımi məlumatlar verilməlidir. Bu tarix və onun əsasında verilən tərbiyə və bilik böyük önəm daşıyır.
    Rayon rəhbəri qeyd edib ki, milli-mənəvi dəyərlərimizi daimi diqqətdə saxlamalıyıq. Uşaqları yad dəyərlərdən qorumaq pedaqoji kollektivin qarşısında duran mühüm vəzifələrdən biridir.