Xoşbəxtəm ki, o dahi insanla bir neçə dəfə görüşmüşəm
1923-cü il 10 may tarixində dünyaya bir uşaq gəldi. Amma heç kim bilməzdi ki, bu uşaq Azərbaycanın dahi şəxsiyyəti Heydər Əlirza oğlu Əliyevdir.
Heydər Əliyev gəncliyindən liderlik xüsusiyyətləri ilə yoldaşlarından fərqlənib, hər yerdə rəhbərliyi öz üzərinə götürüb. Daim öz üzərində çalışıb.
Cəsarəti və qorxmazlığı iş sahəsində də özünü göstərib. Qısa müddətdə dövlət orqanlarında məsul vəzifələrə irəli çəkilib.
SSRİ imperiyası dövründə azərbaycanlı gənclərin dövlət orqanlarında çalışmaları müşkül idi. Heydər Əliyev cəsarəti, intellektual səviyyəsi, iş bacarığı sayəsində qarşıya çıxan bütün maneələri aşaraq yüksəlişə doğru irəliləyirdi. Yüksək biliyə sahib olması onu Dövlət Təhlükəsizlik orqanında ən yüksək vəzifəyə – Azərbaycan SSR-də Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə gətirdi. Qısa müddətdə peşəkarlığı, işgörmə bacarığı qiymətləndirilərək 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komutəsinin birinci katibi vəzifəsinə seçiməsinə səbəb oldu. Bundan sonra Azərbaycan SSR aqrar respublikadan tədricən sənaye respublikasına çevrilməyə başladı. Heydər Əliyev milli kadrların yetişdirilməsinə xüsusi önəm verirdi. Onun respublikada gördüyü işlər Azərbaycan ictimaiyyətinə məlumdur. Bir faktı bildirmək istəyirəm ki, onun 1969-1982-ci illərdə 220-dən artıq zavod və fabrik tikdirməsi bugünkü Azərbaycanın təməlinin möhkəm olmasına zəmin yaratmışdır. Elm, təhsil, səhiyyə, mədəniyyət sahələrində götdüyü işlər danılmazdır. Dahi şəxsiyyət Heydər Əliyev SSRİ imperiyasında yeganə azərbaycanlıdır ki, SSRİ rəhbərlərindən biri olmuşdur. O, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, siyasi büronun üzvü olmuşdur. Bu, Azərbaycan xalqının qələbəsi idi. Artıq xalqın içərisindən öz lideri yetişmişdir. Ümummilli Liderimizin dünyanın siyasi xadimləri tərəfindən tanınması Azərbaycanın tanınması demək idi. Daha ətraflı »
Yeni ismarıclar