Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Avq
    Kənd Təsərufatı Tərtər rayonunda heyvandarlıq inkişaf edir üçün şərhlər bağlıdır

    Tərtər rayonunun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.
    2024-cü il iyul ayının 1-nə Tərtər rayonunda 33283 baş qaramal, 42079 baş qoyun və keçi mövcud olub. 2023-cü ilin müvafiq dövrünə nisbətən qaramalın sayı 4.1 faiz artmış, qoyun və keçilərin sayı 4.7 faiz azalmışdır.
    2024-cü ilin yanvar-iyun ayları ərzində rayonda bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə 2139 ton ət, 15273 ton süd, 6825 min ədəd yumurta, 88 ton yun istehsal olunmuşdur. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə diri çəkidə ət istehsalı 4.1 faiz, süd istehsalı 1.5 faiz, yumurta istehsalı 2.6 faiz artmışdır.
    Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla davam etdirilir. 2024-cü ilin yanvar-iyun aylarında rayonda 955 baş inək və düyə süni yolla mayalandırılıb, 634 baş cinsi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmen-tal” cinslərdən olan buğaların toxumlarından istifadə edilir.

  • 06Avq
    Kənd Təsərufatı 2024-cü ilin yanvar-iyun aylarında Tərtər rayonunda əsas kapitala 45.6 milyon manat investisiya yönlədilmişdir üçün şərhlər bağlıdır

    2024-cü ilin yanvar-iyun aylarında rayonun sosial-iqtisadi inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 45607,9 min manat həcmində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 26,2 faiz çox vəsait yönəldilmişdir.
    İnvestisiyaların 42631,2 min manatı və ya 93,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir.
    Əsas kapitala yönəldilmiş investisiyaların 43383,9 min manatı və ya 95,1 faizi dövlət mülkiyyətinə, 2224,0 min manatı və ya 4,9 faizi qeyri-dövlər mülkiyyətinə məxsus olmuşdur.

    TƏRTƏR RAYON STATİSTİKA İDARƏSİ

  • 06Avq
    Səhiyyə QƏHRƏMAN TƏRTƏRLİLƏRƏ QAYĞI DİQQƏT MƏRKƏZİNDƏDİR üçün şərhlər bağlıdır

    Ağdərə və Tərtər rayonlarında əhalinin ikigünlük kardioloji müayinələri keçirilib

    İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin ElmiTədqiqat Kardiologiya İnstitutunun (ETKİ) tibb he-yəti tərəfindən Ağdərə və Tərtər rayonlarında əhali üçün ikigünlük kardioloji müayinələr aparılıb.
    Tədbirin əsas məqsədi vətəndaşları ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müvafiq müalicələrin təyin edilmişdir .
    Tədbirin ilk günündə Ağdərə rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndində tibbi müayinələr təşkil olunub. İkinci gün aksiya öz işinə Tərtər rayonunda şəhid və qazi ailələri üçün müayinələr ilə davam edib.
    Aksiya çərçivəsində ETKİ-nin kardioloqları, tibb bacısı və laboratoriya üzrə mütəxəssislərindən ibarət briqadası tərəfindən əhaliyə tibbi baxış aparılıb, ExoKQ, EKQ müayinələri keçirilib. Eyni zamanda, qanda şəkər, ekspres üsul ilə xolesterinin səviyyəsi müəyyən edilib. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Tədbir Tərtər rayonu İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.
    Ümumilikdə, 2 günlük tibbi aksiya zamanı 200-ə yaxın vətəndaş müayinələrdən keçirilib.
    Hər iki gün əhali üçün maarifləndirmə işləri aparılıb. Ətraflı təqdimatla çıxış edən Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova ürək-damar xəstəliklərinin müasir tibbin ən aktual məsələlərindən biri olduğunu diqqətə çatdırıb. ETKİ-nin direktorunun sözlərinə görə, ürək xəstəliyi və insult üçün ən əhəmiyyətli davranış risk faktorlarına qeyri-sağlam qidalanma, fiziki aktivlik səviyyəsinin aşağı olması, siqaret və alkoqol kimi zərərli vərdişlər aiddir.
    Eyni zamanda, tədbirdə yerli əhaliyə ürək-damar xəstəlikləri və onların profilaktikası haqqında faydalı məlumatlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Daha ətraflı »

  • 06Avq
    Səhiyyə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Tərtər rayonunda vətəndaşları qəbul edib üçün şərhlər bağlıdır

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov Tərtər rayonunda vətəndaşları qəbul edib.
    Qəbul zamanı vətəndaşların əlilliyinin qiymətləndirilməsi, reabilitasiya xidməti, reabilitasiya vasitələri, ünvanlı sosial yardım və işlə təmin edilmə ilə bağlı müraciətləri dinlənilib.
    Müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq cavablandırılıb. Bir sıra məsələlər yerindəcə həll olunub.
    Vətəndaşların bir qisminin müraciəti ilə əlaqədar əlilliyin qiymətləndirilməsinə dair qanunvericilik barədə ətraflı məlumat verilib.

     

  • 06Avq
    Digər Müraciət öz həllini tapıb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşündə Köçərli kənd sakini Mətanət Əmrahova müraciət edərək evinin tikilməsinə tikinti materialları ilə köməklik olunmasını xahiş edib.
    Müraciət əsasında rayon icra hakimiyyəti başçısı tərəfindən vətəndaşa evinin tikintisi üçün 4 kub qum, 4 kub şebel və 10 kisə sement köməklik olunub.
    Mətanət Əmrahova deyir:
    –Evimin tikilməsində çətinlik çəkirdim. Eşidəndə ki, rayon rəhbəri kəndimizdə qəbul keçirəcək, çox sevindim. Görüşə gəlib, xahişimi ona söylədim. Müraciətimlə bağlı mənə köməklik göstərildi.
    Bu işdə əziyyət olan hər kəsə təşəkkürümü bildirirəm.

    “Yeni Tərtər”

  • 06Avq
    Xəbərlər “Yaşıl dünya naminə həmrəylik ili” üçün şərhlər bağlıdır

    Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonu ərazisindən keçən hissəsində növbəti iməcilik keçirilib

    Tərtər Rayon İcra Hakimiyyətində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində hazırlanmış tədbirlər planının icrası ilə əlaqədar Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonu ərazisindən keçən hissəsində növbəti iməcilik keçirilib.
    Ekoloji davamlılıq, ətraf mühitin yaşıllaşdırılması və qorunması məqsədilə təşkil edilən iməcilikdə Tərtər Rayon İcra Hakimiyyətinin, İƏD üzrə nümayəndəliklərin, bələdiyyələrin əməkdaşları, Kommunal Təsərrüfat İdarəsinin və “DOST” MMC-nin işçiləri fəal iştirak ediblər.
    İməcilik çərçivəsində Bərdə-Ağdam avtomobil yolunun kənarlarında alaq otları biçilib, təmizlik işləri aparılıb, ərazidə olan məişət tullantıları Kommunal Təsərrüfatı İdarəsinin xüsusi texnikaları vasitəsi ilə ərazidən daşınıb. Payız aylarında əkiləcək ağacların yerləri müəyyənləşdirilərək ətrafında təmizlik işləri görülüb, səliqə-səhman yaradılıb.
    Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar ekoloji maarifləndirmə və dayanıqlı inkişaf fəaliyyətini gücləndirmək üçün təşkil edilmiş iməcilik rayon sakinləri tərəfindən məmnunluqla qarşılanıb.

     

  • 06Avq
    Digər “Yalnız bir DÜNYA” üçün şərhlər bağlıdır

    Uşaq Səfirlər Məclisinin Tərtər üzrə regional nümayəndəsi Nərmin Şamilzadənin təşəbbüsü ilə “Yalnız bir DÜNYA” layihəsi çərçivəsində iməcilik keçirilib.
    Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda keçirilən iməcilikdə ağacların və gül kollarının dibləri bellənərək suvarılıb, qurumuş ağac yarpaqları və tullantılar ərazidən təmizlənib.
    Qeyd edək ki, rayonumuzdakı mədəniyyət və istirahət parkı digər bölgələrdəki istirahət məkanlarından öz təbii relyefi ilə seçilir. Parkın ərazisindən keçən iki təbii arx bu məkana xüsusi yaraşıq verir və isti yay günlərində insanları bura cəlb edir. Vaxtilə tərtərlilər tərəfindən əkilmiş şam, zeytun ağaclarının kölgəliyi möhtəşəm mənzərə yaradır.

    “Yeni Tərtər”

  • 06Avq
    Xəbərlər Kənd sakinləri fəal iştirak edirlər üçün şərhlər bağlıdır

    “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Hüsənli kəndində mütəmadi olaraq tədbirlər davam etdirilir. Əhalinin diqqətini bu mühüm işə cəlb etmək məqsədilə kəndin ərazisində maarifləndirici lövhələr yerləşdirilib.
    Kənd sakinləri iməcilik yolu ilə ərazidə olan ağaclara qulluq edir, bunları budayır və suvarırlar. Payız mövsümündə yeni ağacların əkilməsi planlaşdırılıb. Həmçinin ekologiyamızı yaxşılaşdırmaq məqsədilə pay torpaqlarının kənarında da ağac əkilməsi nəzərdə tutulub.
    Ərazdə olan məişət tullantılarının daşınması da diqqət mərkəzində saxlanılır. İməciliklərdə kənd sakinlərindən Cəfər Cəfərov, Vasif Əhmədov, Hikmət Əhmədov və başqaları fəal iştirak edirlər.

    “Yeni Tərtər”

  • 06Avq
    Kəndlərimiz İmarət- Qərvənd – düşmən tərəfindən yandırılan və yenidən doğulan kənd üçün şərhlər bağlıdır

    (Əvvəli ötən sayımızda)
    Əgər 1991-ci il sentyabrın 17-dən 24-ə qədər ov tüfəngi ilə döyüşülərək hər gün, hər saat, hər an dağlardan kömək gələcəyi gözlənilirdisə, 29 il sonra, 2020-ci ildə bu kömək gəldi və 32 il sonra, 2023-cü ilin sentyabrında isə erməni quldurları “Dəmir Yumruğ”un yeni zərbəsinə tab gətirə bilmədilər. Hər tərəfdən, o cümlədən dağlardan gələn kömək kəndlərimizi azad etdi.
    Kəndin yaylaqları: Yelliyal yurdu, Zərnişan bulağı yurdu, Seyidlər yurdu, Çöplügöl yurdu, Babakişilərin yurdu, Dükanlar yurdu, Qaraqaya yurdu, Göyxır yurd, Daşağıl yurdu, Seyidölən yurd, Yəhər yurd, Suçıxan yurd.
    Kəndin bulaqları: Məmmədxan bulağı, Qoşabulaq, Hovuz bulaq, Babalı bulağı, Rza bulağı, Baldırğanlı bulaq, Züleyxa bulağı, Mehdinin bulağı və Çömçə bulaq.
    Kəndin məhşur yerləri: Ərikli, Ərikliocagi-Pir, Pirpəyə, Uzundərə, Çayyeri, Soltanbəyin yurdu, Ədilbəyin yurdu, Mehtibəyin yurdu, Əliuçan, Qoşdaş, Soltanbəyin Çinarlari (1200 yaş), Nəbidərəsi, Temirin yurdu, Qaradaş, Qumqazılan, Alıyevli qışlağı, Burunctapı, Qaraağac, Xanların gölü, Calaqlıq, Məmmədxanın düzü, Quyulugüney, Gillər, Şişqaya, Kolavatın döşü, Almədətli, Ciqrayeri (Ciqrayeri – Tütün əkilən yer), Sılıflı, Gərəkçay, Ağdaban çayı, Torağaçay, Dəyirmanın yanı, Gölpəyə, Güllübağ, Təkarmud, Sarıuçuq, Yalyeri, Toxmaçar, Humayın düzü, Bağ, Şirəligöl, Qozlupəyə, Ocağınyanı, Gərayın çəpəri, Yanıq, Gölləklər, Ağbulaq, Zərifli, Qarabulaq, Siçanli yurdu, Kurqan, Qaraqaya dağı, Atyolu, Zəlligöl, Zəligöl.[Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr.] Daha ətraflı »

  • 06Avq
    Milli-mənəvi dəyərlər Qadın müqəddəs varlıqdır üçün şərhlər bağlıdır

    Ülvilik, zəriflik və gözəllik rəmzi olan, ana adını daşıyan qadınlar ölkəmizdə hər dövrdə uca tutulmuşdur. Azərbaycan qadını istedadı, əxlaqi dəyərləri ilə digərlərindən hər zaman seçilib.
    Qadın dedikdə ilk öncə ağıla zəriflik gəlir. Ancaq qadın həm də möhkəm iradəyə, güclü xarakterə malikdir. O, övlad ya-nında ana olur, bacı-qardaş yanında bacı olur, həyat yoldaşı olur. Ümumilikdə həyatı qadınsız təsəvvür etmək mümkün deyil. O sözü işlətdikə ana, vətən, torpaq ağıla gəlir. Bu gün qadınların gənc nəslin düzgün, sa-vadlı, vətənə bağlı böyüməsində rolu böyükdür.
    Vaxt keçdikcə, bütün dünyada olduğu kimi, Azərbaycanda da qadınların cəmiyyətdə rolu artır. İctimai-siyasi, iqtisadi, mə-dəni həyatımızın iştirakçısıdır qadın. Çox vaxt ailədə də bütün qərarlar, ailənin idarə olunması qadınların çiynində olur. Ata ailənin maddi tələbatını ödədiyi halda, qalan mənəvi yüklər ananın üzərinə düşür. Övladların məktəb həyatı, böyüməsi onun nəzarəti altında olur, ailənin digər çətinliklərini də qadınlar çəkir. Məhz ona görə ana adı müqəddəsdir. Lap qədim zamanlardan ölkəmizdə qadına– anaya daim böyük ehtiram və hörmət edilmiş, namus, qeyrət rəmzi sayılmışdır. Daha ətraflı »