20Fev
Onun arzusunu Azərbaycan Ordusu reallaşdırdı
İstər I Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində, istərsə də Azərbaycan Ordusunun Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda apardığı digər hərbi əməliyyatlarda xalqın xoşbəxtliyi yolunda şirin canlarını fəda edən qəhrəmanlar illər keçsə də, unudulmur. Şanlı Qələbəmiz sanki onların ailələrinin dərd-qəminin üzərinə bir sərinlik suyu çiləmiş, şəhidlərimizin ruhu şad olmuş, ailə üzvlərinin isə üzlərinə illərdir görünməyən təbəssüm qonmuşdur.
Belələrindən biri də I Qarabağ müharibəsi şəhidi Qüdrət Ağamalıyevin ailəsidir.
Qüdrət Qərib oğlu Ağamalıyev 1959-cu il oktyabr ayının 2-də rayonumuzun Qapanlı kəndində anadan olub. Qapanlı kənd orta məktəbinin 8-ci sinfini bitirdikdən sonra orta təhsilini Şuşa 1 nömrəli internat məktəbində alıb. 1978-1980-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub.
Məktəbi bitirdikdən sonra, o, kolxozda sürücü işləyirmiş. 1993-cü ilin noyabr ayında rayon hərbi komissarlığı tərəfindən Milli Ordu Sıralarına səfərbər edilib. 1994-cü il yanvar ayının 20-də Ağdərə bölgəsində Lüləsaz kəndi ətrafında gedən döyüşdə şəhid olub.
O, şəhid olarkən övladları çox kiçik idilər. İndi, şükür, böyüyüblər və atalarının müqəddəs xatirəsini qəlblərində yaşadırlar. Daha ətraflı »
20Fev
Bu günlərdə rayon rəhbəri həmçinin Vətən müharibəsai şəhidi Əjdər Sabirlinin ailəsini ziyarət edib. Ailə rayonumuzun Hacallı kəndində yaşayır. Gülnar ananı 55 illik yubileyi münasibəti ilə təbrik edən Müstəqim Məmmədov bildirib ki, xalqımıza Şanlı Zəfəri bəxş edən qəhrəman oğulları Gülnar xanım kimi Azərbaycan anaları böyüdüb tərbiyə ediblər. Vətən sevgisi onların ürəyinə ana laylası ilə hopub. Buna görə də həmin oğullar döyüş meydanında mərdliklə vuruşdular.
Vətən, xalq şəhid olan övladlarını da, onların ailələrini də həmişə əziz tutub və tutacaq.
Sonra şəhidin həyat yoluna nəzər salınıb. Qeyd olunub ki, şəhid kiçik çavuş Sabirli Əjdər Xanlar oğlu 1966-cı ilin dekabr ayının 22-də Tərtər rayonunun Hacallı kəndində anadan olub. O, Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu idi.
Vətən müharibəsi başlayanda 4 il idi ki, hərbidə qulluq edirdi. O, tankçı idi. Sabirli Əjdər 11 oktyabr 2020-ci il tarixdə 44 günlük Vətən müharibəsində Suqovuşan, Talış kəndləri istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə dəfn olunub. Daha ətraflı »
20Fev
YARPIZ ƏTRİ
Hələ XVIII əsrin əvvəllərindən Rusiya imperiyasının Qafqaz siyasətinin tərkib hissəsini “erməni məsələsi” təşkil edir. Yəni ruslar daim öz cənub sərhədlərini onlara daha yaxın olan və eyni dinə qulluq edən ermənilərlə möhkəmləndirir, bu məqsədlə onları müxtəlif əyalətlərdən bu yerlərə köçürürdülər. XX əsrin sonlarında Azərbaycan xalqının başına gətirilən faciələr də məhz bu siyasətdən qaynaqlanmışdır. Belə faciələrdən biri tarixə qanla yazılmış Xocalıdır.
* * *
Novruz Fatmanı tuneldən içəri salıb, özü geri qayıtdı. Qadın yan-yörəsinə baxıb, beş-altı nəfər qonşusunu tanıdı. Qalanları isə mexseti türkləri idi. Dəfələrlə belə ol-muşdu. Atışma güclənəndə onlar burada daldalanır, sonradan yenə də evlərinə qayıdırdılar. Amma, deyəsən, bu atışma əvvəlkilərə bənzəmirdi. Hətta yaxında tankların səsi aydınca eşidilirdi. Burada daldalanan 90-a yaxın insanın həyəcanlı səsi yerin altında qəribə əks-səda verir, vahiməni daha da artırırdı.
Qəflətən partlayış səsi eşidildi. Mərminin qəlpələri daldalanacağın içərisinə səpələnib, insanları yaralamışdı. Daha bu vəziyyətdə burada qalmağın mənası yox idi. Qapını açıb onların bayıra çıxmasına imkan verdilər. Fatma keyimiş əllərilə hissiyatsız bədənini yoxladı. Deyəsən yaralanmamışdı. Hamı harasa qaçırdı. Amma onun beynində bircə fikir dolaşırdı: özünü evlərinə çatdırıb, ömür-gün yoldaşı Novruzu tapsın. Budur, nəhayət, bu da onların həyət darvazası. O, bir az toxtayıb nəfəsini dərdi, “Novruz burada olacaq”– deyə, düşündü. “O, məni qoyub heç yerə getməz”. Daha ətraflı »
20Fev
“Yarpız ətri” yazısı qəzetimizdə 10 fevral 2012-ci ildə dərc olunub. Azərbaycan Mətbuat Şurasının xüsusi diplomuna və pul mükafatına layiq görülüb. Nəyə görə faciə ilə bağlı məqaləyə məhz “Yarpız ətri” sərlövhəsi seçilib? Məqsəd bizim yarpız ətirli, sülh qoxulu dinc həyatımızla ermənilərin insanlarımıza yaşatdıqları ağlasığmaz faciələr arasındakı təzadı daha qabarıq şəkildə göstərməkdir. Qeyd edim ki, həmin yazının rus dilinə tərcümə olunmuş variantı xalqımızın yaxın dostu, Xocalı faciəsinin canlı şahidi və bu barədə həqiqətlərin dünyaya çatdırılmasında misilsiz xidmətləri olan Ri-cardas Lapaitisə də göndərilmiş və onun tərəfindən də bəyənilmişdi.
Aradan 12 il ötüb, ancaq Fatma ananın sonsuz kədər hissi ilə “ermənilər və onlara havadarlıq edənlər başımıza gətirdikləri bu müsibətlərə görə nə zamansa cavab verəcəklər?” sualı hələ də qulaqlarımda səslənir. Xocalının azad edilməsi xəbərini eşidəndə də elə ilk yadıma düşən Fatma ana və onun ailəsi oldu. Ona görə də bu il – Şanlı Zəfərimizdən sonra artıq azad Xocalının sakini olan Fatma Zamanova ilə yenidən görüşmək qərarına gəldim.
Maraqlandım, öyrəndim ki, çoxdandır ki, onlar o uçuq ferma binasında yaşamırlar. Oğlanlarından biri – Qabil Zamanov isə elə əvvəl yaşadıqları kəndin ərazisində – rayonumuzun Qaynaq kəndində məskunlaşıb. Onunla görüşdüm. Qabil dedi: Daha ətraflı »
20Fev
Bu günlərdə Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi Tərtər Elektrik Şəbəkəsi tərəfindən Soyulan, Ağkənd və Köçərli kəndlərini işıqla təmin edən 160 kv-luq transformatorun 10 kv-luq və 0.4 kv-luq tərəfində olan qəzalı vəziyyətdə 2 ağac dayaq metal dayaqla əvəz olunub, xətlər yeni dayağa köçürülüb.
Bununla bağlı Soyulan kəndinin sakini Mayıl Ələkbərov deyib:
– Bu gün kəndimizə işıq normal qaydada, demək olar ki, bütün sutka ərzində verilir. Yəni bizim həyat tərzimiz şəhər sakinlərindən heç də fərqlənmir.
Problemlər olanda isə, vaxtaşırı keçirilən səyyar-qəbul görüşlərdə rayon rəhbərinə məlumat veririk. Elə bu yaxınlarda kənddə keçirilən belə görüşdə işıq xətlərinin təmiri və yararsız elektrik dirəklərinin dəyişdirilməsi ilə bağlı müraciət etdik.
Qeyd edək ki, müraciətdən dərhal sonra problem öz həllini tapıb. İndi havanın necə keçməsindən asılı olmayaraq, həmin kəndlərdə işıqlar daim yanır. Ən başlıcası isə, təhlükəsizlik təmin olunub.
“YENİ TƏRTƏR”
20Fev
2023-ci ildə Tərtər rayonunda 284 milyon 635.0 min manat həcmində və ya 2022-ci ilə nisbətən 8.4 faiz çox ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Ümumi məhsul buraxılışının həcmində istehsal sahələrinin xüsusi çəkisi 74.5 faiz, xidmət sahələrinin xüsusi çəkisi 25.5 faiz təşkil edir.
İstehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənayedə 28 milyon 680.7 min manat (10.1 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 114 milyon 33.5 min manat (40.1 faiz), tikintidə 69 milyon 442.4 min manat (24.4 faiz), nəqliyyat və anbar təsərrüfatında 2 milyon 131.6 min manat (0.7 faiz), informasiya və rabitədə 879.8 min manat (0.3 faiz), ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 69 milyon 467.0 min manat (24.4 faiz) təşkil etmişdir.
Ümumi məhsul buraxılışı kənd təsərrüfatında 8.0 faiz, tikintidə 29.1 faiz artmışdır.
20Fev
2023-ci ildə Tərtər rayonunda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 114 milyon 33.5 min manat təşkil etmişdir ki, onun 67 milyon 419.6 min manatı və ya 59.1 faizi bitkiçilik məhsullarının, 46 milyon 613.9 min manatı və ya 40.9 faizi heyvandarlıq məhsullarının payına düşür. 2022-ci ilə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalı 8.0 faiz artmışdır.
20Fev
2024-cü ilin məhsulu üçün Tərtər rayonunda payızlıq bitkilərin səpini başa çatmışdır. 2024-cü ilin yanvar ayının 1-i vəziyyətinə təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 18578.7 hektar sahədə şum qaldırılmışdır. Gələn ilin məhsulu üçün 14030.0 hektar sahədə payızlıqlar səpilmişdir. Onun 8797 hektarı dən üçün buğda, 5132 hektarı dən üçün arpa və 101 hektarı yaşıl yem üçün (xəsil) arpadır.
Bundan başqa, cari ilin məhsulu üçün 23 hektar sahədə baş soğan, 1 hektar sahədə sarımsaq, 989.2 hektar sahədə təzə yonca əkilib.
Tərtər Rayon Statistika İdarəsi
20Fev
Aşıq yaradıcılığında təcnisə (qoşmanın cinas növü) xüsusi yer və diqqət ayrılır. Təcnis ta qədimdən bu günümüzə qədər mövcudluğunu saxlamaqdadır. Tufarqanlı Abbasdan, Qurbanidən bəri yaradıcı aşıqlar və bir çox şairlər təcnis növünə müraciət etmişlər. Aşıq Alıda, Dədə Ələsgərdə, Dədə Şəmşirdə olduqca dərin mənalı təcnislər oxuyuruq. Öz dövründə Aşıq Alıya “Təcnis Alı” ləqəbi də verilmişdir. Həmyerlimiz, istedadlı qələm sahibi Talıb Məmmədlinin yaradıcılığında da təcnis janrına rast gəlinir. Aşağıda bunlardan bir neçəsini oxucularımıza təqdim edirik.
DAŞ QALA
Xoş niyyətlə çapa bənna çapanda,
Saray qura, ya möhtəşəm daş qala.
Qərəz ilə qoyulmaya sapanda,
Tərəfləri sövq etməyə daş qala. |
Qaladırmı, bir həmləyə yad aşa?
Basqı edib, zəhər qata yad aşa.
Cirə, tuta ya atəşə, ya daşa,
Deyə: haydı, güllə yağdır, daş qala. |
Minnət yurdun qayasına, salına,
Məsləhətli, uyğun yerdə salına.
Hifz oluna, yağılardan salına,
Abad ola, daş üstündə daş qala. |
Talıb, ha yaz, misra-misra əri də,
Duyan gərək qalanı da, əri də.
Bəlkə Tanrı mərhəməti əridə,
Fəlakətdi, daş ürəklər daş qala. |
Yeni ismarıclar