Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyn
    Təhsil Cari tədris ilində rayonumuzda XI sinfi bitirən gənclərdən 3-ü şəhid övladlarıdır. Həmin gənclərlə görüşüb söhbət etdik. üçün şərhlər bağlıdır

    MƏZUN OLAN ŞƏHİD ÖVLADLARI DEYİRLƏR:

    Pərizad Məmmədova– Qazyan kənd tam orta məktəbinin məzunu:
    –44 günlük Vətən müharibəsində erməni cəlladları atamı vəhşicəsinə qətlə yetirdilər. Onun ən böyük arzusu öz övladlarını tərbiyəli və təhsilli görmək idi. Biz – onun hər üç övladı qoymarıq ki, atamızın arzuları yarımçıq qalsın. O zaman körpə olsaq da, bizə necə qayğı ilə yanaşdığı, dərslərimizə necə diqqət göstərdiyi hər birimizin yadındadır. Atam özü təhsil ala bilməmişdi. Işi həmişə ağır idi. Buna baxma-yaraq, evə nə qədər yorğun gəlsə də, dərslərimizi soruşur, hətta ingilis dilini necə öyrənməyimizlə maraqlanır, kiçik qardaşımıza kömək etməyi bacıma və mənə tapşırırdı.
    Bəlkə də onun bu tövsiyələri, tapşırıqları olmasaydı, başımıza gələn faciədən sonra biz çətinlik çəkərdik. Ancaq, şükür Allahın böyüklüyünə, özümüzdə güc tapdıq. Atamızın arzularına doğru addım-addım irəlilədik. Hal-hazırda böyük bacım Arzu “Xəzər” Universitetinin tələbəsidir. I kursu bitirib. Mən isə buraxılış imtahanlarından 256 bal, ümumilikdə isə 473 bal toplamışam. IV ixtisas qrupunu seçmişəm. Arzum həkim olmaqdır. Yenə də imtahan verəcəyəm. Əgər bu il Tibb Universitetinə daxil ola bilməsəm, gələcəkdə ikinci təhsil almaq fikrindəyəm. Çünki atam məni məhz həkim kimi görmək istəyirdi.
    Qardaşım Zamiq isə doqquzuncu sinfə keçib. O, gələcəkdə kənd təsərrüfatı üzrə ixtisas seçmək istəyir ki, kənddə yaşasın. O, indinin özündə də məktəbli olsa da, anamızın ən yaxın köməkçisidir.
    Şəhidlik uca zirvədir. Şəhidlər unudulmur. Biz də atamızı daim yanımızda hiss edir, hər addımımızda ona layiq olmağa çalışırıq. Daha ətraflı »

  • 28İyn
    Qazilərimiz Qalib Ordunun qalib əsgəri üçün şərhlər bağlıdır

    İKİ DƏFƏ YARALANDI, AYAQ ÜSTÜNDƏ DURMAĞI BACARDI

    Süleymanlı Hüseyn Nadir oğlu 22 iyun 2004-cü ildə rayonumuzun Qaynaq kəndində doğulub. Peşəyə böyük marağı olduğu üçün orta təhsilini başa vuran kimi məktəbdən ayrılıb. Avtodiaqnostikanı öyrənib. Bir müddət Tərtərdə, sonra Bərdədə işləyib.
    Vətən borcunu yerinə yetirmək vaxtı çatanda sevinə-sevinə hərbi xidmətə yollanıb. Olduqca çevik, fiziki cəhətdən hazırlıqlı olan gənci xüsusi təyinatlı komando briqadasına qəbul ediblər. Hərbi xidmət müddətinin hər günü Hüseyn üçün səmərəli keçib. Snayperçi, pulemyotçu, sanitar, hava hücumundan müdafiə kurslarını bitirib. Çoxlu sertifikat, təşəkkürnamə alıb.
    Hərbi xidmət müddətini başa vurmaq vaxtı yaxınlaşırdı. Evlərinə dönməyə 3 ay qalırdı. O, Gəncədə, Qusarda, Qubadlıda, Laçında, Xocavənddə xidmət etmişdi. Hər yerdə də komandirlər ondan razılıq edir, bu qoçaq oğlanın gösəl gələcəyi olacağını söyləyirdilər.
    Həmin günlər haqqında Hüseyn belə danışır:
    –Senytabrın 19-da antiterror əməliyyatının başlanması bizim üçün gözlənilməz olmadı. Biz bu məqamın yaxınlaşdığını hiss edirdik. Hər birimizin arzusu düşməndən şəhidlərimizin intiqamını alıb, işğal altında qalan torpaqlarımızı geri qaytarmaq idi. Daha ətraflı »

  • 28İyn
    Təhsil Umudlu məktəbinin uğurları üçün şərhlər bağlıdır

    Nilufəri uşaq vaxtından tanıyıram. Hələ 5-ci sinifdə oxuyarkən məktəblərində keçirilən tədbirlərdən birində doğma Umudlu kəndindən necə həyəcanla danışdığının və kövrəldiyinin şahidi olmuşam. O zaman Nilufər göz yaşları içində: “Mən valideynlərimin doğulduğu o torpağa mütləq ayaq basacağam,” – demişdir. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Nilufər kimi didərginlik həyatı yaşayan minlərlə uşağın, böyüyün arzularını gerçəkləşdirdi. 11-ci sinifdə oxuyarkən Nilufərə valideynlərilə birlikdə heç zaman görmədiyi, ancaq böyüklərin söhbətlərindən çox yaxşı tanıdığı Umudluya səfər etmək nəsib oldu. O, bir zamanlar haqqında ağlaya-ağlaya danışdığı Umudlunu indi sevinc göz yaşları, qürur və iftixar hissi ilə seyr edirdi. Bu barədə özü belə deyir:
    – Dünyanı dərk etməyə başlayandan ilk eşitdiyim və hafizəmə əbədi yazılan sözlərdən biri doğma kəndimizin adı olub. Onun tarixini, kənddəki adət-ənənələri öyrənmişdim. Böyüklərin necə həsrət çəkdiyini gördükcə, mən də onlarla bərabər bu hissləri yaşayırdım. Həyatımın ən böyük xoşbəxtliyi Umudluya ayaq basdığımız gündür. İşğal altında olan torpaqlarımızı bizə qaytaran Prezidentimizə həmyaşıdlarım adından ürəkdən təşəkkür edirəm. Bu yolda həlak olan qəhrəmanlarımızın əziz xatirəsini daim yaşadacaq, onların yarımçıq qalmış arzularını həyata keçirəcəyik. Bu yolda sağlamlıqlarını itirən qazilərimizə şəfa diləyirik. Daha ətraflı »

  • 28İyn
    Kəndlərimiz BAŞ GÜNEY (BAŞ GÜNEYPƏYƏ) KƏNDİ üçün şərhlər bağlıdır

    (Əvvəli keçən sayımızda)
    Pəyə sözü isə hər zaman mal-qaranın saxlanc yeri olaraq qəbul edilib. Belə olan halda da pəyə sözünün yaşayış yeri kimi təqdim olunmasının doğru olmadığı qənaətinə gəlirik.
    Baş Güneydə olan yer adları. Yaşlı nəslin nümayəndələri Baş Güney kəndi ərazisində olan yer adları barədə danışarkən iki yerin adı xüsusilə çəkilirdi. Bunlardan biri el arasında “PƏLƏNGƏ” adlanan yerdir. Kəndin əsas giriş yolu bu cür adlansa da, bu barədə başqa bir fərziyyə irəli sürülür. Deyilənə görə, vaxtı ilə həmin ərazi sıx meşəlik və qalın qızılcıq kolluqdan ibarət olub. Bitki örtüyünün qalın olmasına görə burada bir çox vəhşi heyvanlar məskən salır. Deyilənə görə, bu yerin adı bir çobanın göstərdiyi şücaətlə bağlıdır. Belə nəql edilir ki, yaylağa köç edən zaman sürünün qarşısına çıxan vəhşi pələng çox olur. Əli adlı çoban pələngi yalın əllə öldürməyə nail olur. Əlinin həddindən artıq cəldliyi və vəhşi heyvanı zərərsizləşdirməsi ona el arasında “PƏLƏNG ƏLİ” təxəllüsünü qazandırır. Bundan sonra həmin yerin adı eynilə səsləndirilsə də, sonralar el arasında “PƏLƏNGƏ” kimi tanınır.
    İkinci yer isə kəndin ərazisindən axan “QABARTI” çayının adıyla bağlıdır. Bu çayın adı bir neçə versiyada “QABARDI”, “QABARTÜ”, “QAB ARTIQ” kimi səsləndirilib. Birinci versiya barədə səsləndirilən fərziyyədə deyilir ki, vaxtı ilə bu çayın məcrası çox geniş olub. Bol suyu olan çayın hündürlüyü 10 metrdən çox olub. Bütün il boyu həddindən artıq sürətlə axan çayın suyu qabararaq gəldiyi üçün adına “QABARDI” deyilib. Digər versiyada isə deyilir ki, tarixi şəxsiyyətlərdən biri bu yerdən keçərkən çayın sahilində yemək süfrəsi açdırır. Daha ətraflı »

  • 28İyn

    Ədəbiyyat üçün şərhlər bağlıdır

    Asif Talıboğlu Kəlbəcər rayonunun Bağlıpəyə kəndində doğulub. Hazırda rayonumuzda Yeni Qəsəbədə yaşayır. Onun şeirləri “Yeni Tərtər” qəzeti ilə yanaşı, müxtəlif ədəbi almanaxlarda və digər bölgə qəzetlərində çap olunub. Aşağıda Asif Talıboğlunun bir neçə şeirini oxucularımıza təqdim edirik.

    Gəl qəbrimin üstünə

    Sağlığımda görüşümə gəlmədin,
    Barı hərdən gəl qəbrimin üstünə,
    Bir vaxt mənə oğrun baxan gözlərin,
    Qoy axıtsın sel qəbrimin üstünə.
    Demirəm ki, fəryad qopar, ya nələr…
    Asif deyər bir pıçıltın bəs edər,
    Bəlkə ruhum rahatlanar, dincələr,
    Gəzdirərsən əl qəbrimin üstünə.
     

    Sənə olan saf eşqimin xətrinə,
    Səni yazdım hər şerimin sətrinə,
    Yaraşdırıb saçlarının ətrinə,
    Qoy bir dəstə gül qəbrimin üstünə.

     

  • 28İyn
    Ədəbiyyat SƏNSİZ üçün şərhlər bağlıdır
    Yenə sənsiz, yenə tənha qalmışam,
    Yenə darıxmışam bu gecə sənsiz.
    Yenə də ürəyim köksümə sığmır,
    Elə bil çıxacaq indicə sənsiz,
    Yaman darıxmışam bu gecə sənsiz.
    Həsrətin boyayıb saçlarımı ağ,
    Gəl məni saldığın bu hallara bax.
    Çəkilib xəlvətə gözlərdən uzaq,
    Ağlaram gizlicə-gizlicə sənsiz.
    Yaman darıxmışam bu gecə sənsiz.
    Çox olub yandığım anıb eşqimi,
    Hələ olmamışdım bu axşam kimi.
    Həsrətlin Asifəm, yanıb şam kimi
    Əriyib, axmışam bu gecə sənsiz,
    Gülüm, darıxmışam bu gecə sənsiz.
  • 28İyn
    Ədəbiyyat Təbrizli aşıq Bulud Dehgana üçün şərhlər bağlıdır
    Bulud Dehgan, səsin Vətən səsidir,
    O səsin dəminə, zilinə qurban.
    Qorqud yadigarı sədəfli sazın,
    Mizrabına qurban, telinə qurban.
    Oyat qəflətləri, yatmağa qoyma.
    Dilinə özgə dil qatmağa qoyma.
    Sən Allah, itməyə, batmağa qoyma,
    O şirin ləhçəli dilinə qurban.

     

    Görəydik sonunu kaş bu hicranın,
    Asif nəzir deyib bu yolda canın.
    O taylı, bu taylı Azərbaycanın,
    Hər bir obasına, elinə qurban.
    Güneyli, Quzeyli Azərbaycanın
    Hər bir obasına, elinə qurban.
  • 28İyn
    Ədəbiyyat TƏRTƏRİM üçün şərhlər bağlıdır
    Murov dağın ətəyindən boylanan,
    Sən bir cənnət bucağısan, Tərtərim.
    Vətənimiz qədim odlar yurdunun,
    Sönməz odu, ocağısan, Tərtərim.
    Bürünmüsən yaşıla sən, ala sən,
    Görüm səni daim abad olasan.
    Sən yenilməz, bir alınmaz qalasan,
    Düşmənlərə göz dağısan, Tərtərim.
    Asif deyər sən dahilər yurdusan,
    Qəhrəmanlar, fədailər yurdusan,
    Cavanşirlər, Xətailər yurdusan,
    Azərbaycan torpağısan, Tərtərim.
     

    Əsrlərin yaşıdısan, ulusan,
    Hər tarixi şanlı hünər dolusan,
    Qarabağa gedən Zəfər yolusan,
    Xoş günlərin sorağısan, Tərtərim.

     

    Sahil boyu əsən yaylaq havası…
    Bir aləmdir, bir başqadır səfası,
    Tərtər çayın səsi ana laylası,
    Sən bir ana qucağısan, Tərtərim.

     

  • 24İyn
    Digər COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir üçün şərhlər bağlıdır

    Cənab Prezident İlham Əliyevin cari ilin 21 iyun tarixində “Euronews”a müsahibə verib. Ölkə başçısı müsahibəsində bildirib ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir.

    Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır.

    Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.

    Cənab prezident bildirib ki, “Masdar” ölkəmizin strateji tərəfdaşıdır. Həmçinin “ACWA Power” və BP sərmayədarlarımız sırasındadır. Azərbaycan ilə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var.

    Sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalıyıq. Azərbaycanın özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun.

    Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndə iştirak etmişdir. Tədbir artıq 30 ildir keçirilir. Birinci tədbir hələ 1994-cü ildə təşkil olunmuşdur. Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbirin bütün illəri belə olub və bu, əslində, onun unikal mahiyyətini və gücünü nümayiş etdirir. Konfrans enerji sektorunda ölkəmizin qlobal liderliyini əks etdirir. Daha ətraflı »

  • 21İyn
    Digər 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür üçün şərhlər bağlıdır
    Silahlı qüvvələrimizin inkişafı tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
    Ulu Öndər Heydər Əliyev deyib: “Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik… Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”.
    Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Məhz elə buna görə də deyə bilərik ki, silahlı qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.
    Ulu Öndər Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı.
    Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.

    Daha ətraflı »