Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Okt
    Ədəbiyyat Bu şəhər üçün şərhlər bağlıdır
    Bu şəhər nə qədər doğmadır mənə,
    Sevirəm buranı azı, sən qədər.
    Sən də bu şəhərdə qalırsan deyə
    Kim sevər buranı, görən mən qədər?… 
    Hər gün bu şəhərə sən gələn yerdən,
    Məhəbbət adında qatarlar gəlir.
    Mənimsə bəxtimə bu qatarlarda
    “Bədbəxt”imzasıyla məzarlar gəlir. 
    Şahid ol, ey şəhər, sahid ol, bizə
    Mən nələr etmişəm, o nələr edib…
    Həsrətin çəkdiyim bu şəhər deyil,
    Onunçün gəlmişdim, o isə gedib.
    Küçələr doludur insanlar ilə,
    Gözlərim elə hey axtarır səni.
    Bir gözəl xanımın cazibəsində
    Mənə xəyallarım qaytarır səni.

     

    Bu şəhər kədərli xatirələrin
    Beşiyi, ən isti qucağı imiş.
    Sanki öz evimdə qonaq kimiyəm,
    O da bu şəhərin qonağı imiş.
  • 27Okt
    Digər QARABAĞ AZƏRBAYCANDIR! üçün şərhlər bağlıdır

    TƏRTƏRİN YENİ İNKİŞAF DÖVRÜ BAŞLAYIR!

    Gözünüz aydın, tərtərlilər!

    Üç il əvvəl olduğu kimi, bu iin sentyabr ayı da tariximizə qızıl hərflərlə yazıldı. Heç zaman unudulmayacaq şanlı tariximizə!
    Möhtərəm Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun ildırım sürəti və zərgər dəqiqliyi ilə apardığı lokal antiterror əməliyyatı nəticəsində erməni separatçılarının 30 il ərzində Qarabağda qurduqları və oradan daim Tərtəri və digər rayonlarımızı atəşə tutduqları istehkamlar darmadağın edildi. Dayanmadan torpaqlarımıza daşıyıb yığdıqları ölüm saçan silah və sursatlar müsadirə olundu.
    Bu əməliyyatdan sonra dinc erməni sakinləri illər uzunu nə qədər aldandıqlarını dərk etdilər. Çünki separatçılardan fərqli olaraq, Azərbaycan əsgərlərinin hədəfi dinc əhali deyil, hərbi obyektlər idi.
    Dövlətimiz bir daha humanizm göstərərək, Azərbaycan vətəndaşlığını qəbul edən Qarabağın erməni sakinlərinə ölkənin bərabərhüquqlu vətəndaşları kimi yaşamağı təklif etdi. Ağdam-Xankəndi yolu ilə onlara humanitar yardımlar göndərildi. Daha ətraflı »

  • 27Okt
    Digər Prokurorluq işçiləri peşə bayramlarını qeyd ediblər üçün şərhlər bağlıdır

    Tərtər Rayon Prokurorluğunun kollektivi müasir müstəqil dövlətimizin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin Sərəncamına əsasən, 1998-ci ildən etibarən hər il ok-tyabrın 1-də peşə bayramlarını geniş qeyd edir. Builki bayram milli prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümünə təsadüf edib.
    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri və rayon prokurorluğunun əməkdaşları ilə birlikdə Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, onun abidəsinin önünə gül dəstələri düzüblər.
    Sonra Şəhidlər Abidə Kompleksini ziyarət edən prokurorluğun kollektivi Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, abidə üzərinə gül dəstələri qoyublar. Daha ətraflı »

  • 27Okt
    Təhsil Müəllim əməyinə yüksək diqqət və qayğı üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyəti, Qarabağ Regional Təhsil İdarəsinin Tərtər təhsil sektoru və Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonda yeni istifadəyə verilmiş şəhər 5 nömrəli tam orta məktəbin akt zalında ”Heydər Əliyev İli” çərçivəsində 5 oktyabr –“Beynəlxalq Müəllimlər Günü”ndə “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda konfrans keçirilib. Konfransda Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, ümumtəhsil məktəblərinin direktorları və müəllimlər iştirak ediblər.
    Tədbirdən öncə təhsil işçiləri rayonun mərkəzi meydanında ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə gül-çiçək dəstələri düzüblər.
    Ümummilli Lider Heydər Əliyevin, şəhidlərin və ötən təhsil ili müddətində dünyadan kö-çən müəllimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
    Tədbirdə çıxış edən rayon rəhbəri ümumtəhsil məktəbləri-nin bütün müəllimlərini peşə bayramları münasibəti ilə səmimi qəlbdən təbrik edib, onlara uzun ömür, cansağlığı, şərəfli fəaliyyətlərində uğurlar diləyib. O, öz çıxışında “mən dünyada müəllimdən yüksək ad tanımıram”–deyən Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin bütün dövrlərində milli təhsilə göstərdiyi diqqət və qayğıdan söhbət açib. Daha ətraflı »

  • 27Okt
    Tərtər RİH-də Rayon rəhbəri Vətən müharibəsi şəhidi Elnur Hüseynovun anası Bənövşə xanımı 60 illik yubileyi münasibəti ilə təbrik edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı  Müstəqim  Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Kəbirli kəndində Vətən müharibəsi şəhidi Hüseynov Elnur Əhliman oğlunun anası Bənövşə xanımın 60 illik yubileyi münasibəti ilə onu ziyarət edib. Şəhid anasını təbrik edərək ona səmimi arzularını çatdırıb, gül dəstəsi və rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə verib. Ailənin qayğıları ilə maraqlanıb.
    Rayon rəhbəri bütün şəhid valdeynlərinin baş tacımız olduğunu bildirib. Şəhidin valideynlərinə Elnur kimi igid bir oğul böyütdükləri üçün öz minnətdarlığını bildirib.
    Sonra İcra başçısı Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edildiyini diqqətə çatdırıb.
    Şəhid Elnur Hüseynov 1990-cı ilin aprel ayının 16-da Tərtər rayonunun Kəbirli kəndində anadan olub.
    Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə sa-vaşıb. 2020-ci ilin noyabr ayının 11-də Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Tərtər rayonunun Kəbirli kəndində dəfn olunub. Daha ətraflı »

  • 27Okt
    Şəhidlər Şəhidlərimizin xatirəsi ehtiramla anıldı üçün şərhlər bağlıdır

    Bu günlərdə məktəbimizdə Anım Günü qeyd olunub. Tədbirdə şəhid ailələri və qazilər iştirak ediblər.
    Məktəbin direktoru Kəmalə Əliyeva Azərbaycanın uzun illər ərzində nankor qonşularımızla apardığı mübarizədən, xalqımızın bu yolda şəhid verməsindən danışıb. Bildirib ki, məktəbimiz I Qarabağ müharibəsi şəhidi, igid komandir Aslan Kərimovun adını daşıyır. 3 sinif otağına isə 44 günlük Vətən müharibəsi şəhidlərinin adları verilib.
    Şagirdlər daim böyük ehtiramla şəhidlərimizi anır, onların ailələrində olurlar. Bu, həmçinin uşaqların vətənpərvərlik tərbiyəsində böyük rol oynayır, dərslərindən əla və yaxşı qiymətlər almalarına ruhlandırır.
    Tarix müəllimi Kifayət Kərimova isə Ali Baş Komandan, Ptezident İlham Əliyevin rəhbərliyi altında Ordumuzun əldə etdiyi şanlı Qələbədən danışıb. Qeyd edib ki, igidlərimizin əzmkarlığı sayəsində torpaqlarımızın 30 illik işğalına son qoyuldu. İndi o torpaqlarda bərpa və quruculuq işləri görülür.
    Sonra şəhid atası Qüdrət Aslanov, qazi Amid Paşayev çıxış ediblər, şagirdlər isə Qələbəmizə aid şeirlər söyləyiblər.
    Hamı birlikdə böyük qürur hissi ilə “Qarabağ Azərbaycandır!” şüarını səsləndirib.

    Hüseyn İSAYEV,
    şəhər 3 saylı orta məktəbin
    VII sinif şagirdi

  • 27Okt
    Qazilərimiz Yaralı hərbçilər evlərində ziyarət olunub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə sentyabrın 19-da lokal antiterror əməliyyatları zamanı yaralanan tərtərli hərbi qulluqçuları– şəhərin Nizami küçəsinin sakini Sadiq Məmmədlinin, Cəmilli kənd sakini Səfiyar Məmmədlinin və Qaynaq kənd sakini Şirin Həşimovun evlərində ziyarət edib, onların səhhəti və qayğıları ilə maraqlanıb, yaralılarımıza Allahdan şəfa diləyib.
    İcra başçısı bildirib ki, Azərbaycan Silahlı Qüvvələri cəmi 23 saat 43 dəqiqəyə erməni terrorçularını ağ bayraq qaldırmağa məcbur etdi. Ordumuz  lokal xarakterli antiterror əməliyyatları ilə bağlı qarşısında duran bütün vəzifələri cəmi bir gün ərzində yerinə yetirdi.  Azərbaycan əsgəri daha bir şanlı tarix yazaraq Qarabağda suverenliyimizi tam bərpa etdi.
    Hərbçilər onların müalicəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

  • 27Okt
    Qazilərimiz Vətən müharibəsi veteranı Xəlilli Heydərin toy mərasimi keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid ailələri, Vətən Müharibəsi qaziləri və veteranları ilə birlikdə rayonun Cəmilli kənd sakini, Vətən müharibəsi veteranı Heydər Xəlillinin toy mərasimində iştirak edib.
    Mərasim iştirakçıları əvvəlcə vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy mərasimində çıxış edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb. Sonra icra başçısı Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bizə qələbə sevincini yaşadan Heydər kimi igid oğulların sayəsində torpaqlarımızın işğaldan azad edildiyini bildirib.
    Rayon rəhbəri şəhidlərə Ulu Tanrıdan rəhmət, qazilərə cansağlığı diləyib, vətənpərvər oğul böyütdükləri üçün Heydərin valideynlərinə öz minnətdarlığını bildirib. Daha ətraflı »

  • 27Okt
    Şəhidlər Bu ailədə şəhidimizin adını qürurla daşıyan Arif böyüyür üçün şərhlər bağlıdır

    Sentyabrın 29-da Ağdərə döyüşlərinin iştirakçısı, igid əsgər, ömrünün baharında – 19 yaşında əbədiyyətə qovuşmuş Muxtarov Arif Aqil oğlunun anım günü idi.
    Həmin gün ailəni ziyarət etdik. Atası Aqil kişinin, Sənubər ananın Ariflə bağlı söhbətlərini dinlədik. Qeyd edək ki, Arif yaddaşlarda əbədi olaraq 19 yaşlı gənc kimi yaşayır və indi bu ailədə onun qardaşının övladı – əmisinin adını qürurla daşıyan Arif böyüyür. Ümumiyyətlə, Sənubər ana deyir ki, nəvələrinin hamısı həm məktəbdə, həm də təhsil aldıqları universitetlərdə, kollecdə qazandıqları uğurları, nümunəvi davranışları, ictimai fəallıqları ilə seçilirlər. Onların əmisi bu Vətən üçün canından keçib, indiki gənclərin borcu isə hər zaman xalqa layiqincə xidmət etmək, ölkəmizin şöhrətini daha da artırmaqdır.
    Yaşadığımız tarixi günlərdə, Qarabağın erməni separatçılarından təmizləndiyi bir dövrdə Sənubər ananın da deməyə sözü çoxdur:
    –Erməni cəlladlarının bir-bir tutularaq Azərbaycanın haqq-ədalət məhkəməsinə təhvil verilməsi şəhid ailələri üçün bir təsəllidir. Daha ətraflı »

  • 27Okt
    Digər 1 oktyabr Ahıllar Günü idi üçün şərhlər bağlıdır

    Bir əsrin şahidi olan həmyerlimiz

    Hətəm Əsgərov 1923-cü ildə rayonumuzun Kəngərli kəndində dünyaya gəlib. Yaddaşında bütöv bir əsrin təlatümləri, müharibələri, uğursuzluqları və qələbələri ilə bağlı xatirələr yaşayır. Bu barədə saatlarla danışsa da, yorulmaq bilmir.
    Gəncliyi Böyük Vətən Müharibəsi dövrünə təsadüf edib. Müharibə o dövrün bütün insanları kimi onun da həyatına öz möhürünü vurub. Deyir ki, 1942-ci ilin fevral ayından qardaşı itkin düşüb, çox ağrı-acılar yaşayıblar.
    Müharibədən sonra gənc Hətəm bir müddət müxtəlif yerlərdə çalışıb. Sonra o zamankı Kənd Təsərrüfatı Akademiyasını (indiki Aqrar Universiteti) qiyabi yolla bitirərək, kolxozda briqadir vəzifəsinə təyin olunub. Bu illəri həyatının uğurlu dövrü hesab edir. Komsomolçu gənclər briqadasına rəhbərlik edirdi. Briqada pambıqçılıqda rayon üzrə ən yüksək nəticələr qazanırdı. Hətəm kişi həmin uğurlarına görə Moskvada Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisində iştirakı, buradakı təəs-süratları haqqında elə danışır ki, sanki bunlar 50-60 il bundan əvvəl yox, elə dünən olub. Daha ətraflı »