Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Sen
    Milli-mənəvi dəyərlər Milli-mənəvi islami dəyərlərimizə uca hörmət üçün şərhlər bağlıdır

    Heyder mescidiMəlumdur ki, dinimiz bizim milli-mənəvi dəyərlərimizin ən önəmli ünsürlərindən biridir. Xalqımız 70 il kommunist rejimində ateist təbliğatın aparıldığı bir şəraitdə yaşasa da öz dini dəyərlərini unutmamış, onları gizli də olsa yaşatmışdır. Lakin bununla belə o dövrdə dini dəyərlərimizin zədə aldığı da bir reallıqdır. Təsadüfi deyildir ki, Sovetdən əvvəl Azərbaycanda neçə min məscid, mədrəsə, təkkə olduğu halda müstəqilliyimizi yenidən əldə edəndə cəmi 17 məscidimiz vardı. Bu, Sovet rejiminin dinlə mübarizəsinin nə qədər amansız olduğunu göstərir. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    İqtisadiyyat AZƏRBAYCANIN UĞURLU İNKİŞAFI DAVAM EDİR üçün şərhlər bağlıdır

    GorunusSon dövrlərdə dünyada siyasi gərginlik getdikcə artmaqdadır. İraq və Əf-qanıstanın ardınca Suriya və Liviya kimi bir vaxtlar sabitliyin hökm sürdüyü ölkələr bəzi dövlətin müdaxiləsi nəticəsində indi qan çanağına dönüblər. Bu ölkələrdə sabitlik pozulub, iqtisadiyyat dağılıb, əhali qaçqına çevrilib, milli sərvətlər isə talan edilir. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Digər XALQLA İQTİDARIN BİRLİYİ MÖHKƏMDİR üçün şərhlər bağlıdır

    Dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz yüksəliş dövrünü yaşayır. Çünki ölkədə qeyri-neft sektorunun inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəldilmiş tədbirlər diqqət mərkəzində saxlanılır. Xüsusən də cari ilin “Kənd təsərrüfatı ili” elan edilməsi, fermerlərə ayrılan subsidiyaların, güzəştlərin artırılması bu sahədə işlərin surətlənməsinə səbəb olub. Elə cari ildə kəndimizdə bol taxıl, pambıq, şəkər çuğunduru istehsal edilməsi buna əyani sübutdur. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Digər ÖLKƏMİZİ GÖZDƏN SALMAQ İSTƏYİRLƏR üçün şərhlər bağlıdır

    Avropa Parlamenti I Avropa Oyunları ərəfəsində də antiazərbaycan kampaniyasını gücləndirmiş və ölkəmizi gözdən salmağa çalışmışdır. Bunun nəticəsini hamı gördü. I Avropa Oyunları dünya idman tarixinə qızıl hərflərlə yazıldı.
    Indi də ölkəmizdə keçiriləcək parlament seçkiləri qarşısında bizi istəməyən qüvvələr yenə də fəallaşıblar. Hər kəsə aydındır ki, burada erməni lobbisinin əli var. Məhz onların təsiri ilə dünyanın bəzi ölkələri Azərbaycana ikili standartlar mövqeyindən yanaşırlar. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Milli-mənəvi dəyərlər AZƏRBAYCAN TOLERANTLIQ MƏKANIDIR üçün şərhlər bağlıdır

    Uzun illər Tərtərdə yaşayan qeyri millətin nümayəndəsi kimi deyə bilərəm ki, Azərbaycan bütün dünyaya tolerantlıq nümunəsi göstərir, hansı millətə, dinə mənsub olmasına baxmayaraq, burada hamıya eyni münasibət, hörmət bəslənilir. Bizdən fərqli olaraq Ermənistan vətəndaşları ölkədən qaçıb digər yerlərə, o cümlədən Azərbaycana üz tuturlar. Bunun daha bir təsdiqi Ermənistan ”Milli Azadlıq Hərəkatı”nın lideri Vaqan Martirosyanın Azərbaycandan siyasi sığınacaq istəməsidir. Daha ətraflı »

    Teqlər:

  • 28Sen
    Digər Tərtərlilər Avropa Parlamentinin qərəzli qətnaməsini pisləyirlər üçün şərhlər bağlıdır

    BİRLİYİMİZİ SARSIDA BİLMƏYƏCƏKLƏR

    Azərbaycan günü-gündən inkişaf edir, şəhər və rayonlarımız abadlaşır, gözəlləşir. Dünyanı bürüyən qlobal böhrana baxmayaraq, vətəndaşlarımızın yaşayış səviyyəsi yaxşılaşır. Yəni ölkəmizdə bütün sosial proqramlar həyata keçirilir: pensiyalar, müavinətlər verilir, yoxsulluq səviyyəsinin aşağı düşməsi üçün ardıcıl tədbirlər görülür. Qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması da dövlətimizin daimi diqqət mərkəzindədir. Bu təbəqədən olan insanlar üçün yeni qəsəbələr salınır, güzəştlər edilir. Daha ətraflı »

    Teqlər:

  • 21Sen
    İdman 10 yaşlı tərtərlinin parlaq qələbəsi üçün şərhlər bağlıdır

    DSC_8063Həmyerlimiz, 10 yaşlı Fərid Qəhrəmanov Gürcüstanın Batumi şəhərində kikboksinq üzrə keçirilən beynəlxalq turnirdə iki erməni rəqibinə qalib gələrək, parlaq qələbə qazanıb. Daha ətraflı »

    Teqlər:

  • 21Sen
    Digər Qayğıya görə minnətdarıq üçün şərhlər bağlıdır

    apteka_bolnica_informerMöhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 25 avqust tarixli 6 nömrəli qərarı ilə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin ölkə ərazisində eyni qiymətə satılması hamıdan çox yaşlı adamları sevindirdi. Əvvəllər rayonumuzdakı apteklərdə eyni dərmanların qiymətləri müxtəlif olduğuna görə bir neçə yerə baş çəkir, axtardığımız dərmanları daha ucuz almaq üçün xeyli vaxt itirirdik. Artıq bunlar olmayacaq. Çünki dövlət öz vətəndaşlarını düşünərək lazımi tədbir görüb.
    Bu qayğıya görə dövlət başçımıza öz təşəkkürümü bildirirəm.

    Süleyman SADIQOV,

    Buruc kəndi

    Teqlər:

  • 21Sen
    Digər Razıyıq üçün şərhlər bağlıdır

    derman_vasiteleriRayonumuzda bir neçə aptek fəaliyyət göstərir. Indiyədək bunların hər biri eyni dərmanları müxtəlif qiymətlərlə satırdı. Daha ətraflı »

    Teqlər:

  • 21Sen
    Digər Prezidentimizə təşəkkurümüzü bildiririk üçün şərhlər bağlıdır

    kanonUzun illərdi ki, oğlum xəstəlikdən əziyyət çəkir. Vaxtaşırı onu Bakıya müayinəyə aparıram. Demək olar ki, ailəmizin büdcəsi həkimlərin yazdıqları reseptlər əsasında aldığımız dərmanlara xərclənir.
    Dərman vasitələrinin qiymətlərinin ucuzlaşdırılması, bütün apteklərdə eyni qiymətlərlə satılması bizim kimi insanların ürəyindən xəbər verdi. Bu, xəstə övladı olan ana üçün köməkdir, təsəllidir.
    Prezidentimizə minnətdarlığımı bildirir, ona möhkəm cansağlığı arzulayıram.

    Rəsmiyyə Bağırova,
    Azadqaraqoyunlu kəndi

    Teqlər: