Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Sen
    Tərtər RİH-də İcra başçısı təmas xəttində yerləşən Qapanlı kəndinin sakinləri ilə görüşdü üçün şərhlər bağlıdır

    DSC_7910Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov rayonun rəhbər işçiləri, hüquq mühafizə orqanları, müdafiə və fövqəladə hallar nazirliyinin nümayəndələri ilə birlikdə təmas xəttində yerləşən, mütəmadi olaraq erməni silahlı qüvvələri tərəfindən atəşə məruz qalan Qapanlı kəndində olub, sakinlərlə görüş-qəbul keçirib, onları narahat edən məsələlərlə maraqlanıb. Qəbulda kənd sakinləri tərəfindən olunan müraciətlərin bir qismi yerindəcə həll edilib, digərləri isə icra olunması üçün nəzarətə götürülüb. Daha ətraflı »

    Teqlər:

  • 05Sen
    Ədəbiyyat Dərələyəz üçün şərhlər bağlıdır

    Səndən ayrı düşən gündən istəmirəm bir an güləm,

    Heç olubdu gözlərimdə bütün dünya, bütün aləm.

    Vətən deyib sızlayıram, Ərşə qalxır ahım, naləm.

    Ovundura bilmir məni burda Qoşqar, Şahdağ, Kəpəz,

    Çağır məni, al qoynuna ata yurdum Dərələrəz.

    Daha ətraflı »

    Teqlər:

  • 05Sen
    Ədəbiyyat Kəlbəcər üçün şərhlər bağlıdır

    Görüşünə can atdığım ünvanım,

    İntizarım, həsrətimdi Kəlbəcər.

    Sinəm üstə gövr eləyən yaradır,

    Nisgilimdi, möhnətimdi Kəlbəcər.

    Daha ətraflı »

    Teqlər:

  • 05Sen
    Ədəbiyyat Sağlığında ölən “şair” üçün şərhlər bağlıdır

    Ölü sağlar az idimi,

    Sağlığında ölən “şair” ?

    Yoz xisləti, yoz idimi,

    Sağlığında ölən “şair”.

    Daha ətraflı »

    Teqlər:

  • 05Sen
    Ədəbiyyat POEZİYA GUŞƏSİ üçün şərhlər bağlıdır

    3136Umudlu inləyir dağlar başında

    Sönüb ümidləri, itib güman da,

    Daha ətraflı »

    Teqlər:

  • 05Sen
    Kənd təsərrüfatı Məhsuldarlıq ilbəil artır üçün şərhlər bağlıdır

     

    11419080_1473662326278189_1616009851_nRayonumuzda inkişaf edib, fermerlər üçün gəlir gətirən sahələrdən biri də günəbaxandır. Son 2-3 il ərzində yerlərdə günəbaxan əkini sahələri xeyli genişləndirilib. Əgər rayonun təsərrüfatlarında 2012-ci ildə 654 hektar, 2013-cü ildə 765, 2014-cü ildə 910 hektar sahədə dən üçün günəbaxan becərmişdilərsə, cari “Kənd təsərrüfatı ili”ndə bu sahələr 928 hektara çatdırılıb.

    Daha ətraflı »

    Teqlər:

  • 05Sen
    Digər TERRORÇULUĞA QARŞI MÜBARİZƏ üçün şərhlər bağlıdır

    Prokurorluq (1083 x 1083) (270 x 270)Azərbaycan Respublikası tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən terrorçuluğa qarşı mübarizə sahəsində xarici dövlətlərlə, onların hüquq-mühafizə orqanları ilə, habelə terrorçuluğa qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
    Terrorçuluğa qarşı mübarizə sahəsində istər universal, istərsə də regional təşkilatlar çərçi-vəsində əməkdaşlığı gücləndirməklə Azərbaycan Respublikası indiyədək terrorçuluğa qarşı mühüm beynəlxalq və regional konvensiyalara qoşulmuş, terrorçuluğa, mütəşəkkil cina- yətkarlığın digər növlərinə qarşı mübarizəyə dair çoxsaylı ikitərəfli saziş, protokol və memorandumlar imzalamışdır. Daha ətraflı »

    Teqlər:

  • 04Sen
    Təhsil Tələbə adınız mübarək! üçün şərhlər bağlıdır
    Nəticələr qənaətbəxşdir

    2014-2015 ci tədris ilində rayon üzrə orta məktəbləri 692 nəfər şagird bitirib. Onların 331 nəfəri ali məktəblərə sənəd verib. Həmin şagirdlərin 168 nəfəri qəbul olub.
    Builki qəbulda məzunlardan 6 nəfəri 600-dən çox, 16 nəfəri isə 500-dən çox bal toplayıb. 600-dən çox bal toplayan şagirdlər İsmayılbəyli kənd tam orta məktəbindən Mahmudova Aytac Nofəl qızı (III qrup üzrə) 652 bal, Bəyimsarov kənd tam orta məktəbindən Əsədova Türkan Münasib qızı (I qrup üzrə) 638 bal, şəhər 2 saylı məktəb-liseydən Atayeva Əsmər Seyfulla qızı (III qrup üzrə) 619 bal, Güləbatlı kənd tam orta məktəbindən Şükürlü Əsmər Vüqar qızı (III qrup üzrə) 613 bal, Umudlu kənd tam orta məktəbindən Nəzərov Qoşqar İlham oğlu (III qrup üzrə) 612 bal, Güləbatlı kəbd tam orta məktəbindən Abbaslı Pərvanə Etibar qızı (III qrup üzrə) 600 bal toplamışlar. Bu il 500-dən çox bal toplayan şagirdlərin sayı ötən illə müqayisədə 11 nəfər çoxdur.
    Şəhər 1 saylı tam orta məktəbdən 24 nəfər, şəhər 5 saylı tam orta məktəbdən 13 nəfər, şəhər 2 saylı məktəb–liseydən 10 nəfər, Sarov kənd tam orta məktəbdən 10 nəfər, Hacıqərvənd və Söylən məktəblərinin hər birindən 8 nəfər, Azadqaraqoyunlu məktəbindən 6 nəfər şagird ali məktəblərə qəbul olunmuşlar.
    Ötən illərin məzunları ilə birlikdə bu il ali təhsil müəssisələrinə daxil olanların sayı 180 nəfərdir.
    Əksipara, Köçərli və Mamırlı kənd tam orta məktəblərinin builki məzunlarından ali məktəblərə 1 nəfər də qəbul olmayıb.

    Daha ətraflı »

    Teqlər:

  • 04Sen
    Kəndlərimiz Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır

    Tərtərdə bir kənd var…

    ElesgerliBu kəndin sakinləri sovet hakimiyyəti illərində bağçılığa meyilli olublar. Burada yetişdirilən narın dadı, tamı dillər əzbəri idi. Bir zamanlar narçılıq sovxozu kimi məşhur olan kəndin dolanışığı indi də bağa, bağçaya bağlıdır. Ələsgərli adlanan bu kənddə ağaca qulluq etməyin, ting yetişdirməyin öz qanunları var. Daha ətraflı »

    Teqlər:

  • 04Sen
    Digər AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVA üçün şərhlər bağlıdır

    Mehriban Əliyeca1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək
    N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub.
    1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
    1988-1992 illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib. Daha ətraflı »

    Teqlər: