Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 26Avq
    Kənd təsərrüfatı Rifah halımız yaxşılaşır üçün şərhlər bağlıdır

    1325848350_inekBiz ta ata-babadan maldarlıqla məşğul oluruq. Bu peşəni indi də həvəslə davam etdiririk. Maldarlığı ona görə seçirik ki, ailəmizin bütün dolanışıq xərcləri bu sahənin hesabına formalaşır. Indi mənim qapımda 30 baş mal-qara var. Bunların 20 başdan çoxu sağılandır. Atam Bayram kişinin də 5 baş sağılan inəyi və 30 baş qoyunu var. Daha ətraflı »

    Teqlər:

  • 26Avq
    Kənd təsərrüfatı Təsərrüfatımızı genişləndirəcəyik üçün şərhlər bağlıdır

    cows_200813Bir necə ildir ki, təsərrüfatımda cins iribuynuz- lu heyvanların sax- lanması ilə məşğul oluram. Artıq bunların sayı 200 başa yaxın-dır. Cins malların saxlanması həm heyvan mənşəli məhsulların istehsalının artırılması baxımından, həm də fermerə verdiyi mənfəətə görə sərfəlidir. Satdığımız südün və ondan hazırlanan məhsulların kefiyyətinə də söz ola bilməz. Daha ətraflı »

    Teqlər:

  • 26Avq
    İqtisadiyyat, Sosial Maddi stimul olacaq üçün şərhlər bağlıdır

    20140503_7LKuYJP7g5xsbrMən süni mayalanma texniki işləyirəm. Vəzifəmlə əlaqədar hər gün heyvandarlar arasında oluram, təsərrüfatlarda müşahidələr aparıram. Açığını deyim ki, bəzən yerlərdə elə cırlaşmış mallara rast gəlirəm ki, bunların saxlanılması onun sahibindən ötrü cərimədən başqa heç nə gətirmir. Daha ətraflı »

    Teqlər:

  • 26Avq
    Təhsil Hörmətli müəllim üçün şərhlər bağlıdır

    новый-4Həyatda peşələr çoxdur. Onların hamısı yaxşı, hamısı gərəklidir. Ancaq insanlar arasında sorğu keçirilən zaman əksər çoxluq müəllim adının üstündə dayanır. Ona görə ki, bütün peşələrin ibtidaisi müəllim əməyi ilə başlayır. Hər bir uşaq birinci sinifə gedəndə onun əlindən tutub ana, vətən sözlərini yazdıran müəllimdir. Bu baxımdan hər bir müəllimin uşaqların, onların valideynlərinin ürəyində öz yeri olur. Hər bir insan ilk müəllimini heç vaxt unutmur., yaddan çıxarmır… Daha ətraflı »

    Teqlər:

  • 26Avq
    Digər Ordudan tərxis olunanlar üçün şərhlər bağlıdır

    Həyəcan siqnalı

    dsgdnnzdSabahdan Cavidangilin ordu həyatı başa çatacaqdı. Əsgərlər bir-birinə telefon nömrələrini verir, ünvanlarını cib dəftərçələrinə yazır, baş vermiş bəzi incikliklərə görə üzrxahlıq edirdilər.
    …Həyəcan siqnalı hamını bir nəfər kimi ayağa qaldırdı. Hərbi hissə tam döyüş vəziyyətinə gəti-rildi. Əlində silah yoldaşları ilə birlikdə maşında əyləşən Cavidanın ürəyi quş kumu çırpınırdı: – “Nəhayət ki, verdiyim sözə əməl etmək üçün fürsət yarandı. Torpaqlarımızın azad olunmasında iştirak edəcəyəm”– deyə o, düşünürdü. Daha ətraflı »

    Teqlər:

  • 26Avq
    Digər Bir dostum varıydı… üçün şərhlər bağlıdır

    dfdBir dostum varıydı… Təpədən –dırnağa səmimiyyət idi. Nə etsəydi, hamısı təbii alınardı. Onun gülüşündən tutmuş əsəbinə qədər hər şey özününküydü. Əlavə bir qondarması,” boğazdan yuxarı bir sözü” olmazdı. Nə cür görünürdü, o cür də varıydı, nə cür varıydı, o cür də görünürdü. İncikliyi də dost kimiydi. Dostluğu isə əvəzolunmazdı. Bir sözlə, mən belə təbii adam görməmişdim. Dünyanın bu anlaşılmaz, bu sərsəm vaxtında şükür edirdim ki, nə yaxşı belə insan var! Onun əsəbdən doğan acı sözləri də digərlərindən seçilirdi, sanki bal kimiydi. Elə bil bu istiotdan acı sözləri də ilıq bir istəkdən əmələ gəlirdi. Daha ətraflı »

    Teqlər:

  • 26Avq
    Sosial Sosial proqramların mərkəzində insan amili dayanır üçün şərhlər bağlıdır

    DSC-0515Cəlilabad rayonuna səfəri zamanı Prezident İlham Əliyev demişdir ki, “…bizdə Bakı ilə başqa şəhərlər arasında fərq azalmalıdır. Lakin bu fərq yalnız o hesaba azalmalıdır ki, başqa şəhərlər Bakıya oxşamalıdır.” Dövlət başçısı şəhər və kəndlərin görkəminin dəyişdirilməsi ilə yanaşı əhalinin rifah halının yüksəldilməsini də diqqət mərkəzində saxlayır. Bu məqsədlə ölkədə bir sıra sosial proqramlar həyata keçirilir. Məhz bunun nəticəsidir ki, dünyanı bürüyən böhrana baxmayaraq, son illər ölkəmizdə insanların güzəranı yaxşılaşır. Daha ətraflı »

    Teqlər:

  • 26Avq
    İdman Açıq zona birinciliyi üçün şərhlər bağlıdır

    новый-1Heydər Parkında Tərtər Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsi tərəfindən Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Kik-boksinq idman növü üzrə açıq zona birinciliyi keçirilib.
    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının müavini Elvin Umudov tədbiri açaraq iştirakçıları və qonaqları salamlayıb, qəhrəmanın keçdiyi şərəfli döyüş yolundan bəhs edib, sonra yarış iştirakçılarına uğurlar arzulayıb. Daha ətraflı »

    Teqlər:

  • 26Avq
    Digər Gənclər siyasəti uğurla həyata keçirilir üçün şərhlər bağlıdır

    genclerHeydər Əliyev Azərbaycanın rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı kimi sağlam düşüncəli yeni nəsil yetişdirilməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi hesab edib. İkinci dəfə artıq Azərbaycan müstəqil ölkə olandan sonra hakimiyyətə gələn Ulu Öndər dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni hə-yatında gənclərin iştirakının təmin edilməsini vəcib məsələlərdən biri kimi qarşıya qoyub. Məhz həmin dövrdə gənclər siyasətini tənzimləyən normativ hüquqi baza və onun həyata keçirilməsi üçün cavabdeh olan mərkəzi icra hakimiyyəti orqanı–Gənclər və İdman Nazirliyi yaranıb. Gənclərin problemlərinin həlli üçün müxtəlif dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsinə, beynəlxalq təşkilatlarla əməkdaşlığa başlanılıb. Gənclərin sağlamlığı, təhsili, məşğulluğu, sosial müdafiəsi və digər sahələrdə dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilib. Daha ətraflı »

    Teqlər:

  • 26Avq
    Xəbərlər “Yeni Tərtər”in 10 illik yubileyi üçün şərhlər bağlıdır

    DSC_737020 avqust 2015-ci ildə 7 illik fasilə-dən sonra rayon qəzetinin ilk nüsxəsinin çapdan çıxması təkcə redaksiya kollektivi üçün deyil, rayon sakinlərindən ötrü çox sevincli bir hadisəyə çevrildi. Bu münasibətlə yaxından-uzaqdan hamı bizi təbrik etdi, işimizdə uğurlar arzuladı. Həmin tarixdən 10 il ötüb. Bu günlərdə redaksiyamızda keçirilən yubiley tədbirində ötən illərə bir daha nəzər salındı, uğurlarımızdan və qarşıda duran vəzifələrdən danışıldı. Daha ətraflı »

    Teqlər: