Mənbəyini indi əsarətdə qalan Kəlbəcər dağlarından götürən Tərtər çayı rayonumuzu iki hissəyə bölür. Ta qədimdən Tərtər rayonunun və ona yaxın olan bir sıra rayonların əhalisi bu çayın suyundan həm içməli su kimi, həm də əkin sahələrini suvarmaq üçün istifadə edərdi. Daha ətraflı »
-
10İylDigər SUSUZ HƏYAT YOXDUR üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
10İylKəndlərimiz GÜNÜ-GÜNDƏN GÖZƏLLƏŞƏN KƏNDİMİZ üçün şərhlər bağlıdır
Regionların sosial-iqtisadi inkişafına dair III Dövlət Proqramı kəndlərimizdə də uğurla həyata keçirilir. Bunu bizim Ağkənd kəndinin timsalında aydın görmək olar. Bu kəndin təməli ötən əsrin əvvəllərində qoyulub. Atam deyərdi ki, biz Dərələyəz mahalından köçüb buraya gələndə (1905–1907-ci illər) bu kənd cəmi 18 ev idi. Rəhmətlik Tükaz arvad kiçik çillə girəndə aşağıdan başlayıb hər gün bir evi nəzərdə tutardı ki, görək kimdə hava qarlı-boranlı, kimdə yaxşı olur. 2 ev çatmırdı ki, 20 gün düzəlsin. İndi bu kənddə 1100 nəfər əhali yaşayır. Özü də insanların hamısı dövlətə–dövlətçiliyə sadiq adamlardır. Daha ətraflı »
Teqlər: Kəndlərimiz
-
10İylKənd təsərrüfatı Dövlətin qayğısına əməli işləri ilə cavab verirlər üçün şərhlər bağlıdır
Qəzetin baş redaktorunun müavini Svetlana Bağırova Tərtər Subartezian Quyuları İstismarı İdarəsinin rəisi Əli Əliyevdən müsahibə götürmüşdür. Aşağıda həmin müsahibəni təqdim edirik.
–Məlumdur ki, Azərbaycanda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində başlansa da, onun genişmiqyaslı inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
–Bəli, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə iqtisadiy- yatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında xüsusi yüksəliş dövrü başlandı. Daha ətraflı »Teqlər: Digər
-
10İylDigər SÖZ VƏ MƏTBUAT AZADLIĞI üçün şərhlər bağlıdır
Dünyada söz, fikir və mətbuat azadlığı sivil dövlət və cəmiyyət üçün xüsusi əhəmiyyət kəsb edir. Bəşəriyyətin mövcudluq tarixi söz, fikir və mətbuat azadlıqları uğrunda mübarizə səhifələri ilə zəngindir. Sivil cəmiyyət daim azad fikir, sərbəst düşüncə ifadə etməyə, eyni zamanda dəqiq, obyektiv informasiya almağa ehtiyac duyub. Daha ətraflı »
Teqlər: Digər
-
10İylMədəniyyət Oxucuların sevimlisi üçün şərhlər bağlıdır
Bu dəfəki yazımızda fəal ictimaiyyətçi, işini yaxşı bilən, peşəsini sevən, ona ürəkdən bağlanan bir işçidən–Sarov kənd kitabxanasının müdiri Əfruz Babayevadan söhbət açacağıq. Bilirəm, kənd kitabxanası adını eşidəndə çoxlarınız ağız büzəcəksiniz ki, kənddə kitabxana işləyir ki? Çoxları qapının açarını da itirib. Ancaq bu, heç də hər yerdə belə deyil. Redaksiyanın iş planına əsasən bir kitabxana işçisi haqqında məqalə yazmalı olduğumu rayon mərkəzləşmiş kitabxana sisteminin direktoru Ulduzə Qurbanovaya deyəndə, tərəddüdsüz Əfruz Babayevanın adını çəkdi. Daha ətraflı »
Teqlər: Mədəniyyət
-
10İylDigər ELİNƏ BAĞLI İNSAN üçün şərhlər bağlıdır
Yaxşı ki, varsan!…
Bilirəm, qanınla, canınla bağlandığın elində, obanda sən adi fəhlə də ola bilərsən, müəllim də, həkim də, alim də, şair də… Dünyanın hansı tərəfində yaşasan da elinə bağlılığın özünü göstərəcəkdir.
Sən başqa cür düşünmürsən. Gözəllik, xeyirxahlıq, qayğı, uğurlar, irəliləyişdir sənin amalın. Qurub-yaratmaq istəyirsən, bu gün üçün, sabah üçün, gələcək üşün. Xalqının, vətəninin rifahını, güzaranını düşünürsən, elinə bağlı insan. Daha ətraflı »Teqlər: Digər
-
10İylXəbərlər Azərbaycan milli mətbuatının 140 illiyi ilə əlaqədar Zərdabda regional konfrans keçirilib üçün şərhlər bağlıdır
17 rayondan yerli qəzetlərin redaktorlarının və rayon icra hakimiyyətlərinin məsul işçilərinin də dəvət olun duqları konfransın iştirakçıları əvvəlcə müasir Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoydular.
Sonra milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xatirəsi anıldı, abidəsi önünə gül-çiçək dəstələri düzüldü.
Daha sonra konfrans iştirakçıları Həsən bəy Zərdabi muzeyində oldular. Daha ətraflı » -
10İylXəbərlər Yeni layihənin icrası davam edir üçün şərhlər bağlıdır
Bu yaxınlarda rayonumuzda daha bir qlobal layihənin icrasına başlanıb.
Bu, Tərtər şəhərinin və ətraf 11 kəndin içməli su və kanalizasiya sisteminin qurulması layihəsidir.
Daha ətraflı məlumat almaq məqsədi ilə rayon icra hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri, baş memar Tofiq Kərimovla görüşüb söhbət etdik. O bildirdi ki, nəzərdə tutulan su və kanalizasiya sisteminin hər birinin uzunluğu 110 kilometrdir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
10İylXəbərlər Polis işçilərinin peşə bayramı üçün şərhlər bağlıdır
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydandakı abidəsi önünə gül-çiçək dəstələri düzdülər.
Tədbir Gənclər Mərkəzində davam etdirildi.
Rayon polis şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi, Azərbaycan Polisinin keçdiyi tarixi yola nəzər saldı. Polisə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyini, hazırda bu siyasətin respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədi. Daha ətraflı »Teqlər: Xəbərlər
-
10İylXəbərlər Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun adı verilmiş küçənin açılışı olub üçün şərhlər bağlıdır
Tərtər şəhərindəki küçələrdən birinə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş həmyerlimiz, Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun adı verilib.
Bu münasibətlə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimində iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qəhrəmanın ömür yolundan söhbət açaraq bildirib ki, Vəzir Orucov 1956-cı ildə rayonun Xoruzlu kəndində anadan olub. Daha ətraflı »Teqlər: Xəbərlər
Yeni ismarıclar