Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 06Avq
    Digər İşə məsuliyyətlə yanaşmağı öyrəndim” üçün şərhlər bağlıdır

    Scanİclas salonunda boş yer qalmasa da, tam sakitlik idi. Rəyasət heyətində ən hörmətli adamlar, o cümlədən rayon icra hakimiyyətinin başçısı əyləşmişdilər. Salona daxil olan Loğman bu mənzərəni görüb bir az tutuldu, əlindəki fotoaparatı daha möhkəm sıxaraq irəli addımladı. Burada onun əmək kitabçasına ilk sətirləri yazan insan – “ Yeni Tərtər “ qəzetinin redaktoru əyləş-mişdi. O, gənc fotomüxbiri yanına çağırıb astadan redaksiyada verdiyi tövsiyələri bir daha təkrarladı; “ Sənin vəzifən yalnız şəkil çəkmək deyil , yiğıncağın ən mühüm anlarını oxuculara çatdırmalısan Daha ətraflı »

    Teqlər:

  • 06Avq
    Digər Türkan «Yeni Tərtər» ailəsində birincilərdəndir üçün şərhlər bağlıdır

    Top2005-ci ildə, rayon qəzeti 7 illik fasilədən sonra yenidən fəaliyyətə baş-layanda, rayonumuzda hələ tək-tək gənclər kompüter kurslarını bitirmişdir. Onlardan biri Türkan Ağayeva idi. Orta məktəbdə “əla” və “yaxşı” qiymətlərlə oxumuş Türkan kompüterin sirlərini də az müddətdə mənimsəmişdi. Lakin rayonda münasib iş yeri yox idi. Daha ətraflı »

    Teqlər:

  • 06Avq
    Digər Dövlət qulluğunda fərqlənənlər. üçün şərhlər bağlıdır

    Ucalığa gedən yol

    DSC_64571958-ci il oktyabr ayının 25-də Qaradağlı kəndinin sakini Arıx Müstafayevin ailəsində bir oğul övladı dünyaya gəldi. Körpənin adını Ramiz qoydular. O, böyüdükcə hər şeyə maraq göstərməsi, nadincliyi ilə öz yaşıdlarından fərqlənirdi. Hələ beş yaşı olarkən əlifbanı və vurma cədvəlini öyrənmiş, müəyyən sözlərin yazılışını mənimsəmişdi. Daha ətraflı »

    Teqlər:

  • 06Avq
    Digər Allah Sizi söz dünyamızdan əskik etməsin! üçün şərhlər bağlıdır

     

    “Yeni Tərtər”in 10 yaşı tamam olur

     

    DSC_0934Həyatda elə insanlar var ki, başqa bir sahənin təhsilini alır, o sahədə formalaşır. Elə insanlar da var ki, bir neçə sahədə formalaşaraq kamilləşir, tanınmış bir şəxsiyyətə çevrilir. Bax elə bizim Tofiq müəllim kimi. Əmək veteranı , şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Mətbuat Şurasının üzvü, “Qızıl qələm” və “Məmməd Araz” mükafatları laureatı Tofiq Yusif kimi. Tofiq müəllim bütün bu adlara, hətta yenicə mükafatlandırıldığı “Tərəqqi” medalına məhz yaradıcılığının sayəsində çatmışdır. Mən deyərdim ki, ilahi verginin nəticəsində bütün bunlara nail olubdur. Özü isə ixtisasca tamam başqa sahənin adamıdır. Daha ətraflı »

    Teqlər: ,

  • 06Avq
    Tərtər RİH-də 2015-ci ilin birinci yarısına yekun vuruldu üçün şərhlər bağlıdır

    NAİLİYYƏTLƏRİN RƏHNİ ZƏHMƏTDİR

    DSC_6817Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı geniş nitqi ilə əlaqədar rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə rayon icra hakimiyyəti başçısının hesabatı dinlənilmişdir.
    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmiş, sonra tədbir Gənclər Mərkəzinin iclas zalında davam etdirilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 27İyl
    Xəbərlər TƏBRİK EDİRİK! üçün şərhlər bağlıdır

    DSC_6797Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə təltif olunan media işçiləri arasında “Yeni Tərtər” qəzetinin baş redaktoru Hüseynov Tofiq Yusif oğlu (Tofiq Yusif) də vardır.
    Tofiq Yusifi yüksək dövlət mükafatına–“Tərəqqi” medalına layiq görülməsi və Azərbaycan milli mətbuatı yaranmasının 140 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona cansağlığı, jurnalist fəaliyyətində yeni uğurlar diləyirik. Arzu edirik ki, ömrünün bir hissəsini həsr etdiyi “Yeni Tərtər” qəzeti bundan sonra da region mətbuatı sırasında sayılıb-seçilən mət-bu orqanlarından, onun baş redaktoru isə respublikamızda sevilən və yazıları oxunan jurnalistlərdən olsun.

    “Yeni Tərtər”

    Teqlər:

  • 27İyl
    Xəbərlər TƏŞKİLATIN SIRALARI MÖHKƏMLƏNİR üçün şərhlər bağlıdır

    DSC_6743YAP Tərtər Rayon Təşkilatı yaradılmasının 22-ci ildönümünə həsr olunmuş təntənəli yığımcaq keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə tər qərənfillər düzülüb.
    Yığıncaq Heydər Əliyev Mərkəzinin iclas zalında davam etdirilib. Mərasimdə YAP Tərtər Rayon Təşkilatının Şura üzvləri, Qadınlar Şurasının, Gənclər Birliyinin, Nəzarət-Təftiş Qrupunun üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, fəal YAP üzvləri və mətbuat nümayəndələri iştirak ediblər. Daha ətraflı »

    Teqlər:

  • 25İyl
    Digər Düşmən əlinə keçən nadir kitabxana üçün şərhlər bağlıdır

    Azərbaycanın görkəmli alimi, professor Nazim Axun-dovun uşaqlıq illəri bizim Tərtər rayonunda keçsə də, o, əslən şuşalı idi. Şuşanı həyatından çox sevirdi, ən böyük arzusu burada şəxsi ev tikdirib, zəngin kitabxana yaratmaq və elmi fəaliyyətlə məşğul olmaq idi. Daha ətraflı »

    Teqlər:

  • 25İyl
    Digər Şəhidlərimiz üçün şərhlər bağlıdır

    ghghAlın yazısı

    “Torpaq uğrunda ölən varsa vətəndir.”- deyimini tez-tez işlədirik. Bu da əbəs deyil.Vətən, torpaq uğrunda canlarından keçib, şəhidlik zirvəsinə ucalanlar xalqın yaddaşına əbədi həkk olunur. Belə insanların adları nəsil-dən-nəslə ötürülür, onlar xalq arasında böyük ehtiramla yad edilirlər. Şəhidlik zirvəsinə ucalan insanlardan biri də Qasımov Habil Yusif oğludur. Daha ətraflı »

    Teqlər:

  • 25İyl
    Milli-mənəvi dəyərlər Qarabağ folklor nümunələri üçün şərhlər bağlıdır

    2816Qarabağ folklor nümunələri haqqında yazmaq üçün, əvvəlcə onun əhatə etdiyi sahələri bilməliyik, yəni Qarabağın xəritəsinə nəzər salırıq. Bu xəritəni İbrahim xanın vəziri olmuş Mirzə Camal Cavanşir “Qara-bağ tarixi” əsərində vermişdir!
    Cənubdan Xudafərindən, Sınıq körpüyə qədər, Şərq-dən Kür çayının suqovu-şanına, şimaldan Gəncənin sərhəddi Kürə qədər, Qərb tərəfdən uca Qarabağ dağ-larına qədər əhatə edir. Dağlar diyarı Şuşa xalqı-mızın əzəli-əbədi məskənidir. Daha ətraflı »

    Teqlər: