Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12İyn
    Digər Azərbaycançılığın ali ünvanı: üçün şərhlər bağlıdır

    HEYDƏR ƏLİYEV MƏRKƏZİ

    Müasir Azərbaycan Heydər Əliyevin əsəridir. Biz hamımız, bütün Azərbaycan xalqı gərək bundan sonra onun gördüyü işləri davam etdirək, genişləndirək, onun yolu ilə Azərbaycanı gələcəyə aparaq.                                                   İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

    Heydər Əliyevin adını daşıyan parkdayam. Bura tərtərlilərin sevimli istirahət guşəsidir. Park sovetlər dövründə salınıb. Son illərdə isə insan əlinin zəhməti ilə təbiətin bu gözəl guşəsinə min-bir yaraşıq verilib. Heydər Əliyev Mərkəzi də burada yerləşir.
    2012-ci il oktyabrın 7-də möhtərəm Prezidentimiz İlham Əliyev Tərtərdə olarkən Mərkəzlə tanış olmuş, onun fəaliyyətilə əlaqədar tövsiyələr vermişdir.
    Ürək çırpıntıları ilə bu müqəddəs məkana daxil oluram. Ilk növbədə diqqətimi çəkən foyedə yanan I Avropa Oyunlarının çırağıdır.
    Müqəddəs “Atəşgah məbədi”ndən götürülən bu od dahi şəxsiyyətin qəlbindən Azərbaycanın hər bir guşəsinə səpələnən nura bənzəyir. Onun fiziki yoxluğu bu nuru azalda bilməyib. Əksinə, arzuları gerçəkləşdikcə, Azərbaycan daha da qüdrətlənir və bu gün artıq ölkəmizi bütün dünya tanıyır. Azərbaycan dünyada sülhün, xalqlar arasında dostluğun ünvanına çevrilir. Daha ətraflı »

    Teqlər:

  • 28May
    Digər Ziyalılıq ənənəsi üçün şərhlər bağlıdır

    IMG-20150422-WA0007Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutunda baş mühasib vəzifəsində çalışan Yeganə Süleymanova həmyerlimizdir. Yeganə xanım 1960-cı ildə Tərtərdə anadan olub. 1977-ci ildə rayonumuzdakı 2 saylı orta məktəbi bitirib. 1980-ci ildə Azərbaycan İqtisad Universitetinə daxil olub və 1985-ci ildə universiteti bitirib, həmin ildən Bakı şəhərində yaşayır. 16 ildən çoxdur ki, Mikrobiologiya İnstitutunda işləyir. Daha ətraflı »

    Teqlər:

  • 28May
    Digər Mayor Umud Kərimov üçün şərhlər bağlıdır

    новый-22014-cü ilin sonları idi. Şəhərimizə bir xəbər yayıldı: həmyerlimiz Umud Naxçıvanda qar uçqununa düşüb. Doğmaları ilə bərabər onu tanıyanlar da sarsıldılar. Az bir müddətdən sonra məlumat alındı ki, Umud xilas olunub, Bakı şəhərinə müalicəyə göndərilib. Bir neçə gündən sonra isə dedilər ki, artıq sağalıb evlərinə gəlib. Daha ətraflı »

    Teqlər:

  • 28May
    Digər Qəlbləri sızladan itki üçün şərhlər bağlıdır

    12mmTərtərin Xoruzlu kəndində zəhmətsevər ailələrdən biri də Maqsud kişinin ailəsi idi. Bu ocaqda üç qız, bir oğul böyüyürdü. Həyat yoldaşı Tavad kəndin uşaq bağçasında işləyir, pambıq tarlalarında çalışırdı. Evə gələndə isə ailə qayğıları ilə məşğul olurdu. Beləcə illər-illərə calanırdı. Maqsud kişinin yeganə oğlu tez böyümək, ali təhsil almaq, ailəsinə layiq övlad olaraq valideynlərinin çəkdiyi bütün zəhmətin qarşılığında qürur yerinə çevrilmək istəyirdi. Daha ətraflı »

    Teqlər:

  • 28May
    Milli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlər və müasirlik üçün şərhlər bağlıdır

    5SCWRA-logoXalqımız əsrlərdən bəri öz milli dəyərlərinə sadiq qalmış, adət-ənənələrimizi, dinimizi və dilimizi yaşadaraq bu mənəvi sərvəti gələcək nəsillərə ötürmüşdür. Azərbaycanda Sovet hakimiyyəti qurulduğu illərdə rus imperiyası dinimizi, milli bayramlarımızı, milli varlığımızı təşkil edən folklorumuzu və digər özümüzəməxsus adətlərimizi yasaq etməyə çalışsa da, bunu bacarmamışdır. Daha ətraflı »

    Teqlər:

  • 28May
    Digər Narkomaniya bəşəriyyətin ən ağır problemlərindən biri kimi üçün şərhlər bağlıdır

    41Narkomaniya bəşəriyyətin ən ağır problemlərindən biridir.Hazırda bəşəriyyət qarşısında duran ən mü-hüm məsələlərdən biri narkotiklərin qanunsuz dövriyyəsi kimi təhlükəli cinayətkarlıqla qətiyyətli mübarizə aparmaqdır. Narkobiznes nəticəsində əldə edilən gəlirlər başqa transmilli cinayətlərə, xüsusən də terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəldilir. Bu da öz növbəsində onun təhlükəliliyini daha da artırır. Dünyanın müxtəlif qaynar bölgələrində həyata keçirilən terror aktları, qırğınlar, dağıntılar, günahsız insanların, xüsusən də uşaqların ölümü ilə nəticələnən qorxunc hadisələrin çoxu beynəlxalq narkobiznes hesabına həyata keçirilir və günü bu gün də davam etməkdədir. Daha ətraflı »

    Teqlər:

  • 28May
    Milli-mənəvi dəyərlər Gənclərimizi pis vərdişlərdən çəkindirək üçün şərhlər bağlıdır

    2fcc903849bf
    Ermənilər qondarma soy-qırımını dünyaya zorla sırıyırlar, gecə-gündüz saxta təbliğat maşınlarını işlədərək “zavallı”, “fağır” ermənilərin nəslini-kökünü kəsən, qətliam törədən türklərin necə “qaniçən”, necə “cəllad” olduqlarını bəşəriyyətə pərçim eləyirlər, bu sahədə bütün vasitələrdən televiziyadan, radiodan, mediadan, hətta anahidlərindən, marqolarından, yəni “axçik”lərindən də istifadə edirlər. Daha ətraflı »

    Teqlər:

  • 28May
    Açılışlar Təməlqoyma mərasimi üçün şərhlər bağlıdır

    DSC_3285Tərtər şəhərinin və ona bitişik 11 kəndin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin təməlqoyma mərasimi keçirildi. Tədbir iştirakçıları öncə layihə ilə ətraflı tanış oldular. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əlamətdar gün münasibəti ilə sakinləri təbrik etdi. Bildirdi ki, bu gün ölkəmiz boyük bir tikinti meydançasını xatırladır. Biz bunu öz rayonumuzun timsalında da aydın görürük. Daha ətraflı »

    Teqlər:

  • 28May
    Xəbərlər Çıraq ətrafında tədbir üçün şərhlər bağlıdır

    Recommended Baku 2015 Logo111Heydər Əliyev Mərkəzində “Bakı-2015“ I Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən Tərtər rayonuna saxlanmağa verilmiş çıraq ətrafında “Dəyirmi masa” keçirilmişdir. Tədbirdə 10 məşəldar və digər idmançılar iştirak etmişlər. Daha ətraflı »

    Teqlər:

  • 28May
    Tərtər RİH-də Rayon rəhbərinin növbəti səyyar görüş-qəbulu üçün şərhlər bağlıdır

    DSC_3412Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun növbəti səyyar görüş-qəbulu Təzəkənd kəndində keçirilmişdir.
    Tədbiri icra başçısı Müstəqim Məmmədov açmışdır.
    Sonra Qaradağlı kənd İƏD üzrə nümayəndə Razil Məmmədov kənd haqqında məlumat vermişdir. Bildirmişdi ki, kənd 205 təsərrüfat olmaqla əhalisinin sayı 875 nəfərdir. Daha ətraflı »

    Teqlər: