20İyn
Həyatda bacarıqsız insan olmur. Sadəcə məsələ bundadır ki, hər kəs öz yerini tapa bilə. Yəni məşğul olduğu işi ürəyinin istəyi ilə seçə.
Kəngərli kəndində möcüzəli «yaşıl ada» həyatda bu fikri təsdiqləyən əyani nümunədir. Bura cəmi 0,24 hektar sahəni əhatə edir. Bu kiçik torpaq sahəsində kənd sakini Rəfi Həsənov nələr yaratmayıb?! Daha ətraflı »
Teqlər: Digər
20İyn
KƏND SAKİNLƏRİNİN ƏSAS MƏŞĞULİYYƏTİ
Rayonumuzun iqtisadiyyatı çoxsahəlidir. Kimi taxıl, pambıq əkir, mal-qara bəsləyir, digərləri isə başqa təsərrüfat işləri ilə məşğul olurlar.
Ələsgərli kənd sakinlərinin məşğuliyyəti isə əsasən tingçilik-calaqçılıqdır. Müstəqillik dövründə torpaq islahatı keçiriləndən sonra sahibkarlar və ailə-fermer təsərrüfatlarının üzvləri nəinki həyətyanı sahələrdə, həm də pay torpaqlarında ting əkib becərməklə məşğul olurlar. Kənd sakinlərindən Vahid Allahverdiyevi, Elxan Kazımovu, Mahir Quliyevi, bəzi digər sakinləri hamı usta calaqçı kimi tanıyır. Bu insanların hər biri hər il pay torpaqlarında 15-20 min ting əkib, calayır və satırlar. Ailələrin qazancı əsasən bu sahədən götürülür. Daha ətraflı »
Teqlər: Digər
20İyn
Erməni xisləti
Dünyanın hər yerində erməni məkri, erməni xisləti çayır kimi yayılıb artmaqdadır. Harada erməni varsa, orada qan var, qada var. Bu, tarixin isbatladığı danılmaz gerçəklikdir. Lakin erməni fitnəsinin, erməni vəhşiliyinin ən ağır zərbəsi zaman- zaman Azərbaycana və onun doğma qardaşı Türkiyəyə dəymişdir. Özləri dünyada görünməyən fəlakətlər–müharibələr, terror aktları, soyqırımlar törədir, sonra da utanmadan günahı başlarına ən dəhşətli faciələr gətirdikləri xalqların üstlərinə atırlar və fağır bir millət görkəmi alıb, dünyaya hayhəşir salırlar. Daha ətraflı »
Teqlər: Digər
20İyn
Milli Aviasiya Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi və AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, Aqrar Elm Mərkəzinin, aidiyyəti elmitədqiqat institutlarının, Dövlət Aqrar Universitetinin, regionda fəaliyyət göstərən bitki mühafizəsi idarələrinin, “Azərsun Holdinq” MMC və “Azərtoxum” MMC-nin nümayəndələri, toxum müfəttişləri, taxıl toxumçuluğu ilə məşğul olan qabaqcıl fermerlər iştirak ediblər. Daha ətraflı »
Teqlər: Xəbərlər
20İyn
Tədbir Zəminə Kazımovanın söylədiyi “Xalq Heydər söyləyəcək” şeiri ilə başladı. Sonra Müşviq Qurbanovun, Vəliyəddin Qasımovun, Lalə Əliyevanın, Ülkər Abdullayevanın, İkram Əsgərlinin, İntiqam Qasımovun, Novruz Qorxmazoğlunun, Aytac Süleymanzadənin, Maarif Əsgərovun ifalarında muğam, təsnif və xalq mahnıları və Aşıq Ruhinin sazda çaldığı aşıq havaları ilə davam etdi. Daha ətraflı »
Teqlər: Xəbərlər
20İyn
Tərtər Rayon İcra Hakimiyyəti YAP Tərtər Rayon Təşkilatı ilə birlikdə Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş rayon gənclərinin yığıncağını keçirib
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev Mərkəzindəki büstü önünə gül-çiçək dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov açıb və Qurtuluş Gününün mahiyyətindən danışıb. Daha ətraflı »
Teqlər: Xəbərlər
20İyn
Görüşdə əvvəlcə Ələsgərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Kamran Əhmədov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verdi.
Sonra sakinlərdən Yusif Muradov, Qəzənfər Baxışov, Gilas Əsədova, Əbülfət İbrahimov, Rahiyyə Məmmədova, Əfruz Hüseynova və digərləri çıxış dərək kəndin mavi ya-nacaq və içməli su ilə təmin olunduğundan, hər bir evə telefon xəttinin çəkildiyindən, müasir asfalt yolun salındığından, eləcə də son aylarda rayo-numuzda geniş vüsət alan abadlıq-quruculuq işlərindən razılıqla danışdılar. Daha ətraflı »
Teqlər: Tərtər ŞİH-də
20İyn
Yeniyetmələr tərəfindən törədilmiş cinayətlər ümumi cinayətkarlığın bir hissəsi olub özünəməxsus cəhətləri ilə seçilən xüsusi bir kateqoriyanı təşkil edir. Belə ki, yeniyetmələr tərəfindən törədilmiş cinayətlərdə cinayətin subyekti özünün psixoloji və maddi durumuna görə tam formalaşmamış fiziki şəxsdir. Fərdin yetkinlik yaşında həyat təcrübəsi həm müsbət, həm də mənfi cəhətlərin təsiri altında formalaşa bilər ki, bu da son nəticədə onun həyatının müəyyən hissəsində cinayət törətməyə meylini artıra bilər. Psixoloji durumu zəif olan şəxslər artıq həyatlarının ilk pilləsində bu sınaqdan çıxa bilməyərək cinayət törətmiş olurlar. Bir qədər psixoloji durumu həyat çətinliklərinə uyğunlaşmış şəxslərdə isə kriminal addımlara meyl bir qədər zəif olur. Daha ətraflı »
Teqlər: Digər
20İyn
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tərtər və Bərdə rayonları üzrə 21 saylı Tibbi-Sosial Ekspert Komissiyası yeni avadanlıqlarla təchiz edilmiş və müasir tələblərə uyğun iş şəraiti ilə təmin olunub. Yaradılan şəraitlə tanış olan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov ölkədə tibbi-sosial ekspertiza sisteminin müasir səviyyədə yenidən qurulması işlərinin aparıldığını diqqətə çatdırıb. Bildirib ki, ilk növbədə bu sistemin elektronlaşdırılması üçün vacib tədbirlər görülür. Artıq ƏƏSMN-nin mərkəzləşdirilmiş informasiya sistemi üzərində tibbi-sosial ekspertiza və reabilitasiya alt sistemi fəaliyyət göstərir ki, əlillik müayinələrinin aparılması üçün müvafiq məlumatların, göndəriş formalarının bu sistem vasitəsilə elektron mübadiləsi təmin edilir.
Teqlər: Açılışlar
20İyn
Xalqın nicat yolu
Milli Qurtuluş Gününə həsr olunmuş tədbir Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək qoyulması ilə başladı və Ümummilli Liderin adını daşıyan Mərkəzdə “Dəyirmi masa” ətrafında davam etdirildi.
Tədbiri Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov açaraq məruzə etdi. Bildirdi ki, Azərbaycanın qurtuluşunda, anarxiyadan, parçalanmalardan, xaosdan xilas olmasında Ulu Öndərin mi-silsiz əməyi və xidməti olmuşdur. Daha ətraflı »
Teqlər: Xəbərlər
Yeni ismarıclar