Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Mar
    Təhsil Qayğıkeş ziyalı qadın üçün şərhlər bağlıdır

    Qayğıkeş ziyalı qadın

    новый-11975-ci ildə Gəncə Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirən Məxmər Cəfərovanın həyatında bir iş yeri olub – Qapanlı kənd tam orta məktəbi. Orta təhsilini əla qiymətlərlə başa vuran  Məxmər müəllim uzun illərdir ki, biliyini, bacarığını doğma kəndinin övladlarının maariflənməsinə sərf edir. Məktəbin direktoru Fitat Əliyeva deyir ki, bu müəllimin dərs dediyi şagirdlər riyaziyyatdan daim yüksək bal toplayır və ali məktəblərə qəbul zamanı uğur qazanırlar.

    Məxmər müəllim öz yetirmələri ilə haqlı olaraq fəxr edir. Onlardan Tahirə müəllim hal-hazırda özü ilə çiyin-çiyinə çalışır və vaxtilə müəlliminin ona öyrətdiyi və sevdirdiyi riyaziyyat fənnini şagirdərinə həvəslə tədris edir. Daha ətraflı »

    Teqlər:

  • 10Mar
    Səhiyyə Ümid həmişə bizimlədir üçün şərhlər bağlıdır

    Ümid həmişə bizimlədir

    Tərlan Əliyeva Tərtər Mərkəzi Rayon Xəstəxanasında onkoloq-cərrah işləyir.1986-cı ildə Bakıdakı kimya-biologiya təmayüllü məktəbi, 1994-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. İlk iş yeri Milli Onkologiya Mərkəzidir. Təcrübəsindən bəhrələndiyi ilk həkim onkoginekoloq Svetlana Mirzəyəvadır. 1995-ci ildən təyinatla rayonumuza gəlib.Изображение 089

    Atalar yaxşı deyiblər ki, «Elin gözü tərəzidir». Mən Tərlan həkimi görməmişdim və tanımırdım, ancaq tərtərlilərin ona olan hörməti və inamı haqqında çox eşitmişdim. Onun qəbulunda olan xəstələr həkimin peşəkarlığı ilə yanaşı insanpərvərliyini, xəstənin sağalması üçün nəinki iş vaxtı, işdən sonra da əlindən gələni əsirgəməməsini  yüksək qiymətləndirirlər.

    Beynəlxalq Qadınlar Günü ərəfəsində Tərlan xanımla görüşüb söhbət etdim. İlk sualım belə oldu:

    ­­­– Nə zaman sevinirsiniz?

    – Əsrin bəlası olan onkoloji xəstəlikləri vaxtında, ilkin mərhələdə aşkar edib, insanları  düzgün istiqamətləndirəndə özümü çox rahat hiss edirəm. Buna nail olmaq üçün isə maarifləndirici tədbirləri genişləndirməliyik. Hal-hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən keçirilən əhalinin pulsuz müayinəsini biz həkimlər, xüsusən də onkoloq həkimlər alqışlayırıq. Daha ətraflı »

    Teqlər:

  • 10Mar
    Təhsil Sevimli müəlliməm üçün şərhlər bağlıdır

    5656565656

    Mən anam qədər sevdiyim müəlliməmdən danışmaq istəyirəm. O,1980-ci ildə ilk pedaqoji fəaliyyətinə başlayıb. Se- vinclə əlinə jurnal alıb sinif ota-ğına daxil olan müəllimə gülərüzlə 1-ciləri salamlayıb. Haqqında danışdığım şəxs Umudlu kənd tam orta məktəbinin  müəllimi Kifayət Aslanovadır.

    İlk dəfə sən tutdun körpə əlimdən

    «Ana» kəlməsini dəftərə yazdım. Daha ətraflı »

    Teqlər:

  • 10Mar
    Xəbərlər Cinayət cəzasız qalmamalıdır üçün şərhlər bağlıdır

    Cinayət cəzasız qalmamalıdır
    455
    Rayonumuzun bir sıra idarə, müəssisə və məktəblərində olduğu kimi Aslan Kərimov adına şəhər 3 saylı ümumi orta məktəbində də Xocalı faciəsi ilə bağlı tədbir keçirildi.

    Əvvəlcə Xocalı faciəsinin qurbanları bir dəqiqəlik sükutla yad edildi.

    Aparıcılar–məktəbin VIII sinif şagirdləri Pərişan Həsənzadə və Aytac Muradlı Xocalı faciəsinə həsr olunmuş şeirlər söylədilər. Tarix müəllimi Kifayət Kərimova  o müdhiş gecədə erməni daşnaqları və onların havadarlarının Xocalıda dinc, əliyalın, köməksiz insanların başına gətirdikləri faciədən bəhs etdi.
    Rayon təhsil şöbəsində metokabinetin direktoru İntiqam Nuruyev də Xocalıların başına gətirilən müsi- bətlərdən bəhs etdi. Daha ətraflı »

    Teqlər:

  • 10Mar
    Xəbərlər Xocalı soyqırımı ilə bağlı ümumrayon tədbiri üçün şərhlər bağlıdır

    Xocalı soyqırımı ilə bağlı ümumrayon tədbiri

    sXocalı faciəsinə həsr olunmuş tədbirin iştirakçıları öncə şəhidlərin abidə kompleksini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar. Sonra «Gənclər Mərkəzi»ndə ümumtəhsil məktəbləri şagirdlərinin Xocalı faciəsinə həsr etdikləri rəsm əsərlərinin sərgisinə və mədəniyyət evinin hazırladığı kompozisiyaya baxmışlar.

    Mərasim «Gənclər Mərkəzi»nin iclas zalında davam etdirilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 07Mar
    Tərtər RİH-də Tərtər bizim fəxrimiz və qürurumuzdur üçün şərhlər bağlıdır

    Tərtər bizim fəxrimiz və qürurumuzdur

    DSC_2238     Dövlət müstəqilliyinin əldə olunmasından ötən tarixi baxımdan qısa dövr ərzində Azərbaycan əsrlərə bərabər inkişaf yolu kecmiş, bütün dünyada demokratik və sivil bir dövlət kimi tanınmışdır. Bu, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu  daxili və xarici siyasətin nəticəsidir və bu kursun alternativsizliyinin  sübutudur. Hazırda Azərbaycanın  bütün güşələrində böyük tərəqqi vardır. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görülmüşdür.

    Daha ətraflı »

    Teqlər:

  • 03Mar
    Xəbərlər TƏRTƏR RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI HESABAT VERDİ üçün şərhlər bağlıdır

    TƏRTƏR RAYON İCRA HAKİMİYYƏTİNİN  BAŞÇISI HESABAT VERDİ

    Bütün sahələrdə inkişaf davam etdirilmişdir

    DSC_4273Rayon icra hakimiyyəti başçısı aparatının məsul işçilərinin, inzibati ərazi dairələri üzrə nümayəndələrin rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr müzakirə edilmişdir. Bu barədə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun hesabat məruzəsi dinlənilmişdir .

    Yığıncağa həmçinin şəhər və kənd bələdiyyə sədrləri, YAP rayon təşkilatının aparatı və fəalları, hüquq-mühafizə orqanlarının, ictimai təşkilatların rəhbərləri, qeyri-hökümət təşkilatlarının nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, ağsaqqallar, gənclər, rayonda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin nümayəndələri dəvət olunmuşdular. Daha ətraflı »

    Teqlər: