Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Sen
    Şəhidlər Yarımçıq qalan arzular… üçün şərhlər bağlıdır

    Cavid Səfərov 24 yanvar 2005-ci ildə rayonumuzun Seydimli kəndində dünyaya gəlib. 5-ci sinfə qədər bu kənddə təhsil alıb. Sonra isə təhsilini şəhər 1 saylı tam orta məktəbində davam etdirib.
    Anası Günel xanım deyir ki, məktəbi dəyişməsinin əsas səbəbi rus dilini öyrənmək arzusu olub. Günel xanımın söhbətindən:
    –Cavidin çox arzuları vardı. Rus dilini yaxşı öyrənmək, xaricdə təhsil almaq istəyirdi. Ancaq özündən əvvəl ailəmizi düşünürdü. Gücü çatdığı qədər kömək etməyə çalışırdı. Ona görə vaxtından tez böyümüşdü balam. Uşaqikən kövrək çiyinlərinə o qədər qayğı götürmüşdü ki!
    Şəhər 1 saylı tam orta məktəbin direktor müavini Ziyafət Rüstəmova isə Cavid haqqında belə danışdı:
    –Onun şəhid olması xəbəri müəllim və şagird kollektivini çox sarsıtdı. Axı, onun uşaqlığı, yeniyetməliyi gözlərimiz önündə keçmişdi! Çox qaynar, ey-ni zamanda saf uşaq idi. Anasına, bacısına kömək etmək üçün ən ağır işlərdən yapışırdı. Bundan ötrü bəzən öz istəklərini, arzularını kənara qoyur, deyirdi ki, vaxt gələcək mən imkan verməyəcəm ki, onlar nədənsə korluq çəksinlər.
    O, 2023-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılmışdı. Andiçmə mərasiminə qədər anası bir neçə dəfə yanına gedib, görüşmüşdü. Ancaq Cavid heç cür buna yol vermək istəmirdi:
    – Mən yaxşıyam, burda hər şey qaydasındadır, – deyib onu sakitləşdirirdi.
    Sonradan Laçın, Qubadlı istiqamətində xidmət edib. Qaynarlığı, qorx-mazlığı, dözümlülüyü komandirləri tərəfindən çox bəyənilib və hətta ona, müddətli həqiqi xidmətini başa vurandan sonra da Orduda qalmaq təklif olunub.
    Bacısı Ləman danışır ki, – Cavid məzuniyyətə gələndə elə dəyişmişdi ki! Sevinə-sevinə bildirdi ki, komandoda xidmət edəcəm, ilk maaşımı alanda anamın və sənin arzularınızı yerinə yetirəcəyəm. Daha ətraflı »

  • 19Sen
    Şəhidlər Vətənini canından artıq sevirdi üçün şərhlər bağlıdır

    Abbaszadə Emin Faiq oğlu 15 may 1998-ci ildə rayonumuzun Kəngərli kəndində dünyaya gəlib. Kəngərli kənd tam orta məktəbini bitirdikdən sonra 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və xidmətini uğurla başa vurub. 2019-cu ilin yanvarında evlərinə dönüb.
    44 günlük Vətən müharibəsi başlayanda Emin də haqq savaşına qoşulub. Müharibədən sağ-salamat, qələbə ilə qayıdıb, bu münasibətlə ailədə qurbanlar kəsilib. “Bircə Eminin toyunu da görsəydim”, – deyib Zərifə nənə.
    Ancaq Emin hələlik toy barədə düşünmürdü. Ordu həyatı onu elə cəlb etmişdi ki, Komando Təməl Kurslarına yazılıb, müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətini davam etdirmək istəyirdi.
    Atası Faiq müəllim deyir:
    –2021-ci ilin iyun ayında Emini Komando Təməl Kurslarından keçmək üçün qardaş Türkiyə Respublikasına yola saldıq. İyunun 21-dən həmin ilin avqust ayının 13-dək kursda iştirak etdi. Sanki komando üçün yaranmışdı! Komandirləri ondan o qədər razılıq edirdilər ki!
    Emin özü söyləyirdi ki, heç bir düşmən komando döyüşçülərinin qarşısında tab gətirə bilməz. Bunu 2022-ci ilin 12 sentyabrında Azərbaycan-Ermənistan Dövlət Sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatların qarşısının alınması əməliyyatı da göstərdi. Emin bu döyüşlərdə də Vətənin sadiq əsgəri kimi iştirak etmişdir. Daha ətraflı »

  • 19Sen
    Şəhidlər Böyük oğul üçün şərhlər bağlıdır

    Cəmi iki gün davam edən və çox böyük, illərlə gözlənilən nəticə ilə yekunlaşan lokal antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan gənclərimizdən biri–Evoğlu kəndindən olan Vəlizadə Rəşad Elşən oğlunun ailəsindəyik.
    Rəşadgil ailədə cəmi iki oğlan olublar. O, böyük oğul idi. Ailənin böyüyü kimi hər işdə, hər yerdə qardaşına nümunə olmağa çalışırdı.
    İbtidai sinif müəllimi Zəminə Alıyeva deyir:
    –Rəşadın xüsusi bir xasiyyətə malik olduğu uşaq vaxtından bilinirdi. Dərslərində, ictimai işlərdə həmişə birinciydi. Hadisədən bir gün əvvəl kənddə görüşdük. Çox dəyişmişdi. Hiss olunurdu ki, idmanla məşğul olur. Özü mənə yaxınlaşıb, görüşdü. Gülümsəyib dedi ki, müəllim, siz mənimlə fəxr edəcəksiniz. Yəqin o, qarşıdakı hadisələri nəzərdə tuturdu. İndi həqiqətən məktəbimiz, kəndimiz, bütün xalqımız Rəşadla fəxr edir.
    Anası Bəsti Həşimova söylədi ki, mən heç vaxt Rəşad haqqında keçmiş zamanda danışa bilmərəm. Elə bil dünən idi əlindən tutub birinci sinfə apardığım. Məktəb illəri çox tez keçdi. Sonra Türkiyənin Qars vilayətindəki Qafqaz Universitetini İqtisadi idarəetmə ixtisası üzrə bitirdi.
    Rəşadı müddətli həqiqi hərbi xidmətə 2021-ci ilin yanvar ayında yola salıblar. Xidmətini Beyləqan rayonundakı hərbi hissələrdən birində keçib. Bu müddət ərzində valideynləri onunla bağlı yalnız xoş sözlər eşidiblər. Hərdən ailəsi ilə danışanda kiçik qardaşına öz üzərində çalışmağı, idmanla məşğul olmağı tapşırırdı. Söyləyirdi ki, əsgərlik kişilik məktəbidir. Daha ətraflı »

  • 19Sen
    Şəhidlər Ana yol gözləyir… üçün şərhlər bağlıdır

    Qaradağlı kəndində bir ana var. 15 il ona hərbçi anası, komandir anası deyiblər. İndi şəhid anası kimi çox ağır, ağır olduğu qədər də şərəfli adı var Zümrüd xanımın.
    O isə yenə də özünü hərbçi anası bilir. Hər səhər, əvvəllər olduğu kimi, saat 5-də oyanıb çay qoyur, süfrə hazırlayır, sonra darvazadan yola çıxıb oğlunu gözləyir.
    – Bu 15 ildə sanki Elnur yox, ailəmizin hər bir üzvü orduda xidmət edib. Neçə-neçə döyüşdən çıxıb Elnur, biz də onunla bərabər yuxu bilməmişik, onun telefon zəngləri ilə yaşamışıq, – deyir Zümrüd ana.
    İbrahimov Elnur Səxavət oğlu 1990-cı il 13 noyabr tarixində rayonumuzun Qaradağlı kəndində dünyaya gəlib. Ailədə bir qardaş, bir bacı olublar. Elnur 2008-ci ildə Qaradağlı kənd tam orta məktəbini bitirib. Bibisi, həm də məktəb müəllimi olmuş Bəsti müəllim deyir ki, Elnur orta məktəb illərindən olduqca vətənpərvər idi. Həm də qohumcanlı, mehriban, hamının köməyinə tələsən, xeyirdə-şərdə yaxından iştirak edən bir gənc kimi kənd camaatının hörmətini qazanmışdı.
    Müddətli həqiqi hərbi xidmətini Bakının Xızı rayonunda keçib. Valideynləri deyirlər ki, 2009-cu ildə onu orduya yola salıblar, 2010-cu ilin yayında qayıdıb. Bu müddətdə ailəyə nümunəvi xidməti haqqında yalnız xoş soraqlar gəlib. Atası Səxavət müəllim deyir ki, Elnur heç vaxt bizə əziyyət verməyib. Əksinə, həmişə çətin yolu seçib və özü hər bir çətinliyin öhdəsindən layiqincə gələrək, daim irəliləyib. Nigaran qaldığımızı görüb deyirdi ki, mənim amalım yalnız öz ailəmin deyil, Vətənimin, xalqımın rahat yaşamasıdır.
    Gizirlik kursunu bitirən Elnur İbrahimov Azərbaycan Ordu-sunun həyata keçirdiyi bir çox uğurlu döyüş əməliyyatlarının iştirakçısı olub. O 2016-cı ilin Aprel hadisələrində, 44 günlük Vətən müharibəsində, Qisas əməliyyatında və digərlərində şücaət göstərib, üzərinə düşən vəzifəni böyük dəqiqliklə yerinə yetirib.
    14 il 6 ay onunla birgə xidmət edən Elxan Orucov bu barədə belə deyir: Daha ətraflı »

  • 19Sen
    Şəhidlər Valideynlərinə verdiyi sözə əməl etdi üçün şərhlər bağlıdır

    Ağayev Kənan Vahid oğlu 2022-ci il sentyabr ayının 9-da Oğuz rayonunda dünyaya gəlib. Valideynləriinə 30 il müddətində məcburi köçkün statusu daşımaq qismət olub. Onlar əslən Ağdərə rayonunun İmarət Qərvənd kəndindəndilər.
    Bu kənd uzun müddət erməni quldurlarının mühasirəsində qalaraq, müqavimət göstərsə də, nəhayət, sakinlər kəndi tərk etməyə məcbur olublar. Ağayevlər ailəsinin 4 övladı – 3 oğlan, 1 qız və onlar özləri didərginlik həyatının bütün ağrı-acılarını yaşamışlar. Hal-hazırda Tərtər rayonunun Çardaxlı kəndinin qeydiyyatındadırlar, müvəqqəti olaraq Oğuz rayonunda məskunlaşıblar.
    Vətənə məhəbbət hissi bu ailədə böyüyən övladların qanına halal ata çörəyi ilə birlikdə hopmuşdu. Valideynləri kimi, onlar da doğma kəndlərinin işğal altında qalması ilə barışa bilmirdilər. Kənanın böyük qardaşı Nurlan deyir ki, 44 günlük Vətən müharibəsi başlayanda, ailədə hamı sevindi. Nurlan isə müharibəyə könüllü gedib, torpaqlarımızın azad edilməsi uğrunda şətəflə vuruşdu.
    2020-ci ildə Kənan Öğuzdakı İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbini yenicə bitirmişdi. Elə həmin ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə çağırıldı. 2022-ci ilin aprel ayına qədər ordu sıralarında xidmət etdi. Nurlan deyir ki, bu müddətdə Kənan evlərinə zəng edəndə, böyük sevinc hissi ilə qalib Ordunun əsgəri olmağın nə qədər qürurlu olduğundan danışır və həmişə valideynlərinə bildirirdi ki, darıxmayın, tezliklə bizim kəndimiz də işğaldan azad olunacaq. Valideynlərinə ümid verməklə yanaşı, həm də özünü düşmənlə mübarizəyə hazırlayırdı. Belə ki, 2023-cü ilin fevral ayında Kənan Ağayev komando kurslarına yazıldı. Apreldə kursu müvəffəqiyyətlə bitirdi, may ayından işləməyə başladı. Lakin bununla da kifayətlənmədi. Bir müddət sonra snayperçilər hazırlayan kursa ya-zıldı, lakin bu kursu bitirməyə macal tapmadı. Daha ətraflı »

  • 19Sen
    Şəhidlər ŞƏHİDLƏRİMİZİ DƏRİN EHTİRAMLA YAD EDİRİK üçün şərhlər bağlıdır

    “Mübariz” postunun komandiri

    Deyirlər ki, insan doğulan zaman onun yaşayacağı ömür yolu artıq yazılmış olur. Bəlkə də bu, belədir, düzünü heç kim bilmir. Amma bildiyimiz bir həqiqət var ki, o da hər kəsin həyatına, seçiminə təsir edən, onu müəyyənləşdirən mühüm hadisələrin, məqamların olmasıdır.
    Xəyal Aslanovun taleyini istiqamətləndirən hadisə doğulduğu vaxtdan iki il əvvəl baş vermişdi. 1994-cü il martın 5-də taleyinə gələcəkdə 44 günlük Vətən müharibəsi şəhidliyi yazılmış Xəyal dünyaya gəlib. Bundan 2 il öncə isə, 1992-ci il aprelin 8-də Kəlbəcərin Ağdaban kəndinin müdafiəsi zamanı Xəyalın dayısı, tələbə Natiq Həsənov şəhidliyə qovuşub. Körpə Xəyal dayısının qəhrəmanlığı, vətənpərvərliyi barədə söhbətləri dinləyə-dinləyə böyüyüb. Anasının bu söhbətləri şirin uşaq nağıllarını əvəz edib, səhifə-səhifə yaddaş kitabına yazılıb. Xəyal həm də Ağdərə haqqında söhbətləri çox sevirdi. İmarət-Qərvənd kəndində onların evi vardı. Düzdü, Xəyal bu evi heç zaman görməmişdi, lakin xəyalında hər zaman bir mənzərə canlanırdı: sonuncu dəfə bu evi tərk edən doğmalarının göz yaşları, atasının qara bulud kimi dolmuş siması…
    Anasına deyirdi ki, böyüyüb əsgər olacaq, vətən torpaqlarını, o cümlədən Ağdərəni yağı düşməndən azad edəcək…
    Böyüdü, əsgər oldu, xidmətini layiqincə başa vurub geri döndü.
    Ancaq silahını əlindən yerə qoymaq istəmədi. Uzaqdan görünən dağlar onu özünə elə çəkirdi ki! Hətta Azərbaycanın xəritəsində Ağdərə şəhərinin adını işarələyib anasına demişdi ki, bu şəhəri azad edənlərdən biri olacaq. Daha ətraflı »

  • 19Sen
    Şəhidlər MÜHARİBƏ UŞAĞI üçün şərhlər bağlıdır

    (Sənədli hekayə)

    1990-cı illərin əvvəli idi. Tərtər rayonunda Borsunlu təpələrinin o tərəfində ermənilər, bu tərəfində isə azərbaycanlılar yaşayırdılar. Kənddə əli silah tutan kişilərin hamısı növbə ilə gecə-gündüz burada kəndi qoruyurdular.
    Hər ailə gündə bir dəfə onlara xörək hazırlayıb gətirirdi. 1991-ci il, avqustun 17-si növbə Bəhməngilin idi, ancaq nahar vaxtı çatsa da, gələn olmamışdı. Kəndin ağsaqqalı Surxay kişi vəziyyəti görüb, Bəhmənə dedi:
    – Gecədən başlayan atışma yenicə dayanıb, fürsətdir, indi uşaqlar nahar edib, bir az dincəlməlidirlər. Bəlkə özün kəndə gedib, bir xəbər gətirəsən?
    Elə bu vaxt aşağıdan qaça-qaça gələn bir oğlan uşağı göründü. O, təpədəkilərə çatıb, tövşüyə-tövşüyə, ancaq sevincək bildirdi:
    – Bəhmən əmi, sənin oğlun oldu. Qadınların başı qarışıb, xörəyi bizimkilər hazırlayırlar. Yarım saata kimi gətirəcəklər.
    Uşağın adını Elman qoydular. Bu körpə dünyaya gələndə ilk eşitdiyi “Alazan” raketlərinin gurultusu oldu. Hadisədən bir il sonra, 1992-ci ildə Surxay kişi kolxoz sədri seçildi. Həmin axşam Surxay müəllim kəndin ağsaqqallarını bir yerə yığıb, gecədən xeyli keçənədək söhbət etdi. Qərara aldılar ki, kənddən kənarda yaşayan bütün cavanları geri çağırsınlar. Birinci olaraq bu addımı o, özü atdı. Vol-qoqradda yaşayan oğlu İsmayıla zəng vurub, təcili kəndə qayıtmasını xahiş etdi. Qəmbər müəllimin oğlu Cəmaləddin Mingəçevirdə həkim işləyirdi, o da gəldi. Beləliklə, bütün cavanlar doğma ocağa qayıdaraq, kəndin müdafiəsinə qoşuldular, həm də yerli özünümüdafiə batalyonuna maddi dəstək oldular. Daha ətraflı »

  • 19Sen
    Digər 19-20 sentyabr 2023-cü il tarixli antiterror hadisələri zamanı azad edilən DİLBƏR GUŞƏLƏRİMİZDƏN DAHA BİRİ-BALLIQAYA KƏNDİ üçün şərhlər bağlıdır

    Qədim Alban irsini özündə ehtiva edən, tari-xin cansız şahidlərindən daha biri olan Ballıqaya kəndinin keçmişi və bu günü olduqca maraq doğurur.

    Ballıqaya (əvvəlki adı: Kiçan) oykonimi Xankəndi rayonu ərazisində, Xaçınçayın sol sahilində yerləşən qədim Ballıqaya kurqanlarının adından yaranmışdır. Etimologiyaya görə qayanın adı bal arısı yuvalarının olması ilə bağlıdır. XIX əsrdə Zəngəzurda yaşamış Safulu tayfasının qışlaqlarından birinin adıdır. Sahəsi 674 hektardır. Əsas məşğuliyyət maldarlıq və əkinçilik olmuşdur. Kənddə orta məktəb, klub, yardım stansiyası və s. mövcuddur.
    Daha qədim mənbələrdən biri isə onu deməyə əsas verir ki, ərazi alban ərazisi olduğu üçün Ballıqaya oykonimi burada məskunlaşmış bal tayfasından adını almış etnotoponimdir. Bir qədər tarixə ekskurs edək. Nəzərinizə çatdırım ki, mənbənin bu hissəsi olduqca maraqlıdır:
    Yazılı mənbələrdə ballar ilə Artsax arasında IX əsrdə baş vermiş hərbi toqquşma-lar qeydə alınmışdır. Çox güman ki, bu toqquşmalar ballar öz heyvan sürülərini dədə-babalarına məxsus olan Artsax yaylaqlarına sürdükləri zaman baş verirdi. Belə hərbi münaqişələrin birində Amaras vilayəti çox böyük dağıntılara məruz qalmışdı. Lakin sonralar bal – Artsax münasibətləri diplomatiya yolu ilə nizamlanmışdı. Gəncəsər məbədində 1266-cı ildə həkk edilmiş yazıdan məlum olur ki, Artsaxın alban hökmdarı Həsən Cəlal Bal hökmdarının nəvəsi Mamkan ilə evlənmiş, bu nigahdan onların Atabəy adlı oğulları dünyaya göz aç-mışdı. Həmin Atabəy atasının ölümündən sonra Artsax hökmdarı olmuşdu. Daha ətraflı »

  • 19Sen
    Ədəbiyyat, Xəbərlər OXUCULARIMIZIN YARADICILIĞI üçün şərhlər bağlıdır

    UŞAQLIQ İLLƏRİ

     

    O ötən illərdə biz də, ay ata,
    Gedərdik məktəbə çiynində çanta,
    Yığışıb məktəbin çölündə-orda,
    Uşaqlar birlikdə idman edərdi,
    Ah necə də qayğısız, xoşbəxt günlərdi!
    Evə çatıb hazır yemək tapardıq,
    O yeməyə min cürə naz satardıq,
    Evi dağıdardıq, sonra yığardıq,
    Anamızı incidib, söylədərdik,
    Ah necə də qayğısız, xoşbəxt günlərdi!
    O zamanlar gözəl anam var idi,
    Hər işimdə mənə dəstək, yar idi,
    Maaşım məqaləmə qonorar idi,
    Nübar müəllimlə şeirləşərdik,
    Ah necə də qayğısız, xoşbəxt günlərdi!
                                                   Vəfa Quliyeva
    Dərs qurtaranda qanad açardıq,
    Qəfəsdən quş kimi çölə uçardıq,
    Fantaldan bir ovuc sudan içərdik,
    Susuz olmasaq da, adətkər idik,
    Ah necə də qayğısız, xoşbəxt günlərdi!
    Dirrikdə, sahədə, evdə işlərdik,
    Bir-birimizin paylarını dişlərdik,
    Dostluq qurub ikilərdik, üçlərdik,
    Kitab oxuyub mübahisə edərdik.
    Ah necə də qayğısız, xoşbəxt günlərdi!
     

    Özümüzə məsafələr qoyardıq,
    Təpənin başına əvvəl çatardıq,
    Sarı darvazaya kimi qaçardıq,
    Yol qırağı meyvələrdən dərərdik,
    Ah necə də qayğısız, xoşbəxt günlərdi!

     

    Yalnız böyüməkdi böyük dərdimiz,
    Gündəlik “5”lərə qəpik şərtimiz,
    Şahmatı oynardıq evdə dördümüz,
    Atamızdan tərəfkeşlik istərdik,
    Ah necə də qayğısız, xoşbəxt günlərdi!

  • 19Sen
    Səhiyyə Təşəkkür üçün şərhlər bağlıdır

    Nəvəm sağlamlığına qovuşdu

    3 yaşlı nəvəm ağır xəstələnmişdi. Onu təcili olaraq Mərkəzi Rayon Xəstəxanasının uşaq şöbəsinə apardıq.
    Burada bizi mehriban və qayğıkeş tibb personalı qarşıladı. Şöbə müdiri Rüxsarə Mustafayeva, baş tibb bacısı, xadimələr, bir sözlə burada çalışan hər kəs uşağın tezliklə sağalıb evimizə qayıtması üçün əlindən gələni etdi. Nəvəm günbəgün yaxşılaşdı və sağlamlığına qovuşdu.
    Bir baba kimi xəstəxananın uşaq şöbəsinin kollektivinə ailəmizin dərin təşəkkürünü bildirirəm.

    Zaməddin İmanov
    Seydimli kəndi,
    əmək veteranı, YAP-ın üzvü