Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyn
    Xəbərlər Vətəndaş müraciəti həllini tapıb üçün şərhlər bağlıdır

    Su arxı təmizlənib

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulunda Cəmilli kənd sakini Qasımov Vilayət İsgəndər oğlu müraciət edərək evinin yaxınlığından keçən “Qaramanlı” arxının daşaraq evinə və həyətyanı sahəsinə ziyan vurduğunu bildirərək, su arxının təmizlənməsinə köməklik göstərilməsini xahiş etmişdir.
    Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin xüsusi texnikası va-sitəsilə vətəndaşın evinin yaxınlığından keçən su arxı 300 metr məsafədə təmizlənmişdir.
    Son zamanlar vətəndaşların onlarla belə müraciəti öz həllini tapıb.

  • 20İyn
    Digər Ekoklubun fəaliyyəti nazirlik tərəfindən dəstəklənir üçün şərhlər bağlıdır

    Rayonun Mamırlı kənd Həbib Hüseynov adına tam orta məktəbində fəaliyyət göstərən “Təbiətə qayğı” dərnəyinin uğurları artıq nəinki bu məktəbdə, respublika səviyyəsində tanınır və alqışlanır.
    9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ekoklub şagirdlərinə hər zaman xüsusi diqqət göstərilir, onlarla mütəmadi görüşlər keçirilir, ağacəkmə aksiyası təşkil olunur, ətraf mühit sahəsində kitablar və dəstəkləyici vasitələr təqdim edilir, eyni zamanda şagirdləri maraqlandıran suallar cavablandırılır.
    Bu günlərdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məktəbin müəllimi Səbuhi Kərimovun adına məktub gəlib. Məktubda deyilir: ”Regionlarda yaşayan əhalinin ətraf mühitin mühafizəsi sahəsində məlumatlılığını artırmaq və bu sahədə məsuliyyət hissini aşılamaq məqsədilə maarifləndirici tədbirlərin keçirilməsi böyük önəm daşıyır.
    Bu məqsədlə tərəfimizdən kənd məktəbində yaradılmış “Təbiətə qayğı” adlı ekoklubun fəaliyyətini dəstəklədiyinizi bildirir, ekoloji məsuliyyətli gənc nəslin yetişməsinə töhfə verdiyiniz üçün təşəkkür edirik.
    Ətraf mühitə qarşı duyarlı gənclərin yetişməsi, onların bu sahədə daha çox maariflənməsi işində sizə uğurlar arzu edir, şagirdlərə bol nailiyyətlər diləyirik”.

    “Yeni Tərtər”

  • 20İyn
    Digər Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür üçün şərhlər bağlıdır

    1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını alındı. 1993-cü il iyunun 15-də Azərbaycan xalqının istəyi Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ölkə tarixinə Milli Qurtuluş Günü kimi qızıl hərflərlə yazıldı. Beləliklə, Azərbaycan ağır fəlakətlərdən, təhlükələrdən qurtuldu. Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə siyasi sabitlik bərqərar oldu, cəbhədə atəşkəs əldə edildi, iqtisadi inkişaf istiqamətində islahatlara başlanıldı. Ən vacib hadisələrdən biri 1994-cü ildə Azərbaycanın dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalaması oldu. Bununla, ölkəmizdə enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Eyni zamanda, Heydər Əliyev 1994-cü ildə bazar iqtisadiyyatına keçidi təmin edən mükəmməl qanunvericilik yaratdı. Ölkədə azad biznes mühitinin təmin edilməsi, yerli və xarici sərmayəçilərin hüquqlarının etibarlı şəkildə qorunması, onların fəaliyyətini tənzimləyən hüquqi normativ sənədlərin qəbul olunması islahatların əsas məqamlarından biri sayılır. Ulu öndər Heydər Әliyevin layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə 2003-cü ildən etibarən Azərbaycanın inkişafında yeni mərhələnin bünövrəsi qoyuldu. Ölkəmiz ötən dövürdə uğurlu inkişaf yolu keçib, beynəlxalq miqyasda mövqelərimiz daha da möhkəmlənib. Daha ətraflı »

  • 20İyn
    Digər Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır üçün şərhlər bağlıdır

    2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlib. 15 iyun 2022-ci il tarixində Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan- Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirilib.

    Möhtərəm Prezidentimiz cənab İlham Əliyev beynəlxalq konfrans iştirakşılarına məktubla müraciət edib. Dövlət başçısı qeyd edib ki, Şuşa Bəyannaməsinin Azərbaycan xalqı və dövləti üçün əlamətdar bir tarix olan 15 İyun- Milli Qurtuluş Günündə imzalanmasının və bir il sonra bununla bağlı beynəlxalq konfransın təşkil olunmasının rəmzi xarakteri, mənəvi önəmi var.

    2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Ptezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” Qardaşlığın yeni tarixi mərhələsi olan bir Bəyannamədir. Müttəfiqlik haqqında imzalanmış bu Bəyannamə iki qardaş ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırır və Bəyannamədə göstərilən bütün müddəalar keyfuyyətcə daha yüksək səviyyəli əməkdaşlığın təminatıdır. Imzalanmış Bəyannamə tarixə əsaslanır və möhkəm təməllərə malikdir. Bəyannamədə xalqlarımızın böyük Liderləri, Öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. Daha ətraflı »

  • 11İyn
    Şəhidlər Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayoru Baxışlı Baxışla doğulduğu Tərtər rayonunun İsmayılbəyli kəndində vida mərasimi keçirildi üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    İyunun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu  dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində şəhid olub.

    Bu gün Baxışlı Baxış Elşən oğlu ilə doğulub boya-başa çatdığı Tərtər rayonunun İsmayılbəyli kəndində vida mərasimi keçirilib.

    Mərasimdə şəhidin doğmaları ilə yanaşı  Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Dövlət Sərhəd Xidmətinin general-mayoru, Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının rəhbəri, Vətən Müharibəsi Qəhrəmanı Babək Qurbanov, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının sədri Eldar Əsədov, Dövlət Sərhəd Xidmətinin əsgər və zabitləri, şəhid ailələri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilat kollektivləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, kənd sakinləri, rayon ictimaiyyətinin və KİV nümayəndələri iştirak ediblər. Daha ətraflı »

  • 11İyn
    Digər Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

    İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qahirəyə səfər edib. Səfər çərçivəsində Prezident Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.

    Bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Səfər çərçivəsində imzalan sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirəcək.

    Misir İslam coğrafiyası, ərəb və bütövlükdə Şərq dünyasında, habelə Afrika qitəsində ciddi nüfuz sahibi olan beynəlxalq subyekt kimi qlobal siyasətdə ciddi çəkiyə malikdir: “Eyni zamanda yaratdığı və diktə etdiyi geosiyasi reallıqla Azərbaycan bütövlükdə regionda yeni parlayan hərbi-siyasi kimi güc mərkəzi kimi özünü təsdiq edib. Bu mənada, Azərbaycan Respublikası və Misir Ərəb Respublikasının əlaqələrinin müsbət dinamikası qlobal sülh və təhlükəsizliyə müsbət təsir effekti perspektivinə malikdir”. Azərbaycan-Misir əlaqələri bu gün sürətlə inkişaf edir. Bu əməkdaşlığın qədim tarixi kökləri var.

    Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Ümummilli Lider Heydər Əliyev ilə Misir Prezidenti Hüsnü Mübarək arasında dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün yaxşı zəmin yaradıb. Bu gün bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Afrika qitəsinin şimal-şərqində, Yaxın Şərq bölgəsində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb. Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib. Daha ətraflı »

  • 08İyn
    Digər Azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

    6 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib. Dövlətimizin başçısı görüşdə çıxış edərək bildirib: “TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin təzahürü olur. Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”. Sözügedən fikir ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir. Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. İldə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur”. Daha ətraflı »

  • 07İyn
    Xəbərlər Rayonun İrəvanlı kəndinin tarixindən bəhs edən “95 illik tarixi yaşadan kəndimiz” kitabının təqdimat mərasimi keçirilib üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Tərtərdə Rayon İcra Hakimiyyətinin, Qərbi Azərbaycan İcmasının, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin və Keşişkənd rayon icmasının təşkilatçılığı ilə əslən rayonun İrəvanlı kəndindən olan Vaqif İsaoğlunun “95 illik tarixi yaşadan kəndimiz” kitabının təqdimat mərasimi keçirilib.
    Təqdimat mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan dili kafedrası-nın idarə heyətinin üzvü, Keşişkənd icmasının rəhbəri Mahirə xanım Hüseynova, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının sədri Eldar Əsədov, ADPU-nun Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Səmədova, Tarix üzrə fəlsəfə doktoru, ADPU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Calalova, Keşişkənd icmasının sədr müavini Məhəmməd Nəcəfov, ADPU-də Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin mütəxəssisi Möhübbət Məmmədov, ADPU-nun əməkdaşı Gülər Süleymanova, Keşişkənd rayonunun Çivə kənd icmasının üzvü, həkim oftalmoloq Mehparə Cəlalova, Qərbi Azərbaycan icmasının üzvləri, rayon ziyalıları və ağsaqqallar iştirak ediblər. Daha ətraflı »

  • 07İyn
    Xəbərlər Ağsaqqallar rayonumuzun ictimai həyatında fəaldırlar üçün şərhlər bağlıdır

    Ağsaqqallar Şurasının hesabat iclasında Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev, aparat rəhbəri Ramin Həsənli, rayon Ağsaqqallar Şurası idarə heyətinin üzvləri, ziyalılar iştirak ediblər.
    Tədbir iştirakçıları əv-vəlcə Ümummilli Liderimiz Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, abidənin önünə gül-çiçək dəstələri düzüblər.
    Sonra tədbir Tərtər Rayon İcra Hakimiyyətinin inzibati binasında davam etdirilib.
    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov iştirakçıları salamlayaraq ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli vərdişlərdən uzaq, sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.
    Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev çıxışında Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi həyatında ağsaqqalların rolunun və fəallığının artdığını söyləyib. Daha ətraflı »

  • 07İyn
    Xəbərlər Meliorasiya və Su Təsərrüfatı işçilərinin peşə bayramı qeyd olunub üçün şərhlər bağlıdır

    Tərtərdə Meliorasiya və Su Təsərrüfatı İşçilərinin Peşə bayramı münasibəti ilə tədbir keçirilib.
    Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin Mərkəzi Meydanda ucalan abidəsini ziyarət edib, abidənin önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz ehtiramlarını bildiriblər.
    Tədbirdə çıxış edən rayon rəhbəri Meliorasiya və Su Təsərrüfatı İşçilərini peşə bayramları münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
    Qeyd olunub ki, “Meliorasiya və Su Təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik,” – söyləyən Ulu Öndər Heydər Əliyev Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı kompleksinin yaradıcısı, müəllifi və təşkilatçısıdır.
    Ümummilli Liderin yolunu şərəflə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində son illər bu sahənin inkişafı daha da sürətlənmişdir. Hazırda meliorasiya sahəsinə elmi yeniliklərin tətbiqi nəticəsində kənd təsərrüfatının inkişafında artım müşahidə olunur.