Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07İyn
    Kənd Təsərufatı “YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ” üçün şərhlər bağlıdır

    Tarla seminarı

     

     

     

     

     

    Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər Bölgə Təcrübə Stansiyasında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Suvarma şəraitində taxılçılığın elmi əsaslarla inkişaf etdirilməsi: problemlər və perspektivlər” mövzusunda Tarla seminarı keçirilib.
    Seminarda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri İmran Cümşüdov, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev, Tərtər DAİM-in, Tərtər Bölgə Təcrübə Stansiyasının əməkdaşları, fermerlər, taxılçılıq şirkətlərinin nümayəndələri, mütəxəssislər iştirak ediblər.
    Seminarı Tərtər Rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyi qeyd olunur. Daha ətraflı »

  • 07İyn
    Xəbərlər Su ehtiyatlarından səmərəli istifadə ilə bağlı işlər mütəmadi olaraq davam etdirilir üçün şərhlər bağlıdır

    “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə əlaqədar qurumlar tərəfindən su ehtiyatlarından səmərəli istifadə ilə bağlı müvafiq işlər görülür.
    Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi tətbiqi üzrə may ayı ərzində Tərtər Suvarma Sistemləri idarəsinin balansında olan təsərrüfatlararası və təsərrüfatlardaxili arxlarda 19,6 min kubmetr lildən və kol-kosdan təmizlənmə işləri görülüb, Tərtərçay Hidroqovşağı İstismarı İdarəsi tərəfindən isə kanallarda və torpaq arxlarda 8,8 km lildən təmizlənmə işləri aparılıb.
    Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar rayon ərazisində görülən işlər mütəmadi olaraq davam etdirilir.

     

  • 07İyn
    Xəbərlər Tərtər çayının ətrafında növbəti təmizlik aksiyası keçirilib üçün şərhlər bağlıdır

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Tərtər çayının sahilində təmizlik aksiyası keçirilib.
    Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların və Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin kollektivləri aktiv iştirak ediblər.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı İsrafil Paşayev çıxış edərək bildiriblər ki, əsas məqsəd ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınmasıdır. Bunun üçün əhalinin tullantıların düz-gün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi vacibdir. O cümlədən diqqət insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunun artırılmasına və bu sahədə ictima-iyyətlə əməkdaşlığın gücləndirilməsinə yönəldilməlidir.
    Qeyd olunub ki, bu cür aksiyalar rayon ərazisində mütəmadi olaraq davam etdiriləcək.

    “Yeni Tərtər”

     

  • 07İyn
    Xəbərlər Uşaqlar gələcəyimizdir üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyətinin və Təhsil sektorunun birgə təşkilatçılığı ilə Şıxarx qəsəbəsində yerləşən Klub İcma Mərkəzində şəhər 5 saylı körpələr evi-uşaq bağçası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müs-təqim Məmmədov, YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov, Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev, 5 saylı körpələr evi-uşaq bağçasının kollektivi, şəhid və qazi övladları iştirak ediblər.
    Rayon rəhbəri bayram tədbirinə toplaşan uşaqları salamlayaraq, onları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib.
    Bildirib ki, uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir. Uşaqlarımızın normal yaşaması, onların təhsilini, sağlamlığını, əyləncəsini təşkil etmək üçün müxtəlif tədbirlər həyata keçirilir, uşaq bağçaları əsaslı təmir olunur, maddi-texniki bazası gücləndirilir. Təkçə rayonumuzda son dövrlər müasir tipli 3 körpələr evi-uşaq bağ-çası tikilərək istifadəyə verilib. Daha ətraflı »

  • 07İyn
    Xəbərlər “YAŞAT” Fondunun növbəti “Hədiyyə Karvanı” layihəsi çərçivəsində Tərtərdən olan şəhid övladlarına hədiyyələr çatdırılıb üçün şərhlər bağlıdır

    “YAŞAT” Fondunun təşkilatçılığı, “Nar”ın dəstəyi ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Hədiyyə Karvanı” layihəsi həyata keçirilib.
    4-cü ildir reallaşdırılan layihə çərçivəsində şəhidlərimizin 14 yaşınadək olan övladlarına hədiyyə qutusu çatdırılıb.
    Ümumilikdə layihə ölkəmizin müxtəlif regionlarındakı 1700-dən çox uşağı əhatə edib.
    Məqsəd uşaqlara sevinc bəxş etmək, eləcə də onların hərtərəfli inkişafına dəstək olmaqdır.
    Qeyd edək ki, layihə çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin və “YAŞAT” Fondunun əməkdaşları tərəfindən Tərtərdən olan 17 şəhid ailəsinin 28 övladına hədiyyələr çatdırılıb.

     

  • 07İyn
    Xəbərlər SUQOVUŞAN KƏNDİ- HƏR QARIŞI ŞƏHİD QANINA BOYANMIŞ TORPAQ üçün şərhlər bağlıdır

    Suqovuşanın adı çəkiləndə hər birmiz həm sonsuz qürur hissi keçirir, həm də bu torpaq uğrunda qan tökən, şəhid olan oğullarımızı xatırlayırıq. Hər qarışı igidlərimizin qanına boyanan Suqovuşan kəndi 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk ərazilərimizdəndir.
    3 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən tarixi adı bərpa edilərək Suqovuşan adlandırılmışdır.
    Bu gün Suqovuşana yeni həyat qayıdıb. Öz doğma sakinlərinə qucaq açan kənd yenidən tikilib, abadlaşıb. Burada idman yarışları keçirilir, həmçinin Suqovuşan Su Anbarının suyundan ətraf rayonların kənd təsərrüfatı əkinlərinin suvarılmasında istifadə olunur.

    Suqovuşan (işğal dövründə Madagiz) Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsində yerləşən kənddir. Etimologiyaya görə Tərtər və Torağayçay çaylarının birləşdiyi ərazi olduğu üçün adı Suqovuşandır.
    1943-cü ildə Suqovuşan kəndinə şəhər tipli qəsəbə statusu verilmişdir. 1949-cu ildə qəsəbə ərazisində mebel fabriki, əhəng istehsalı sexi fəaliyyət göstərirdi. 1953-cü ildə orta məktəb açılmışdır. 1970-ci ildə şəhər tipli qəsəbədə 271 nəfər yaşayırdı.
    Sözügedən ərazidə Qarı körpüsü deyilən qədim körpü var. Ermənilər isə bu körpüləri Paravi (tərcümədə qoca qarı) adlandırırdılar. Nəzərinizə çatdırım ki, Ağdərə rayonunda 3 Qarı körpüsü mövcud olmuşdur (Cavid Bağırzadə. Ağdərə IV-XIII əsrlərdə. Bakı 2014. 126 s. s.46). Birinci Qarı körpüsü Sərsəng dərəsində indiki su bəndinin qurulduğu yerdə qalıb. Maraqlı burasındadır ki, əsatir və əfsanələrdə varlı qarının öz şəxsi hesabına inşa etdirdiyi və bəndin altında qalmış o körpü elə etibarlı yerdə tikilib ki, 70-ci illərdə bənd tikilərkən məhz Qarı körpüsünün yerində inşa olunması planlaşdırılıb. Çünki həmin hissədə və ərazidə Tərtər çayının sağ və sol sahili sərt qayalardan və gələcəkdə yol çəkilə biləcək əlverişli coğrafi mühitdən ibarətdir. Daha ətraflı »

  • 07İyn
    Digər Övladlarımızın həyatının məhv olmasına yol verməyək! üçün şərhlər bağlıdır

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Tərtər Qadın Resurs Mərkəzinində erkən nikah və onun törətdiyi fəsadlara həsr olunmuş tədbir keçirdi. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin eksperti, Bakı şəhər 5 saylı qadın məsləhətxanasının həkimi, mama-ginekoloq və uşaq ginekologiyası sahəsi üzrə mütəxəssis Leyla Məmmədova, Tərtər Qadın Resurs Mərkəzinin koordinatoru Qumru Şəmilova, Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Rəqsanə Məmmədli, Tərtər Təhsil Sektorunun psixoloqu Gülxar Abbasova, “Yeni Tərtər” qəzetinin baş redaktoru Svetlana Bağırova və Mərkəzin üzvləri – sahibkar və evdar qadınlar, psixoloqlar, müxtəlif peşə sahibləri iştirak ediblər. “Dəyirmi masa” ətrafında açıq diskussiya şəraitində keçən söhbət za-manı qadınlarımız reproduktiv sağlamlıq, ailə planlaşdırılması, erkən nikahın törətdiyi fəsadlar, bununla bağlı qanunvericiliyin tələbləri və digər məsələlərlə bağlı bilgilər əldə ediblər. Rayon qadınlarının fəallığı ekspertlər tərəfindən bəyənilib. Qeyd olunub ki, Tərtər uzun illər boyu düşmənlə üz-üzə dayanan qəhrəman şəhərdir. Elə tərtərli qadınlar, analar da qəhrəmandırlar. Məlumdur ki, ailədə uşaqlarla, xüsusən də qız övladları ilə bağlı məsuliyyətin böyük bir hissəsi anaların üzərinə düşür. Bəzən qadınlar lazımınca məlumatlı olmadıqlarından səhv addımlar atır, erkən nikahlara razılıq verir ki, bu da gələcəkdə övladlarının həyatında problemlər yaradır. Daha ətraflı »

  • 07İyn
    Xəbərlər Peşəyönümü ilə bağlı təlim keçirilib üçün şərhlər bağlıdır

    Tərtər şəhər Rafiq Nuriyev adına 6 nömrəli tam orta məktəbdə Tərtər Rayon İcra Hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyinin Tərtər Rayon Xidmət şöbəsinin və Tərtər Təhsil sektorunun təşkilatçılığı ilə peşəyönümü ilə bağlı təlim keçirilib.
    Təlimdə 84 nəfər yuxarı sinif şagirdləri iştirak edib.
    Tədbiri giriş sözü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Məşğulluq Agentliyinin Tərtər Rayon Xidmət şöbəsinin müdiri Ağamoğlan İsma-yılov açaraq, şagirdlərə düzgün peşə seçmək üçün nələrə diqqət edilməsi, işəgötürənlər tərəfindən tələb olunan peşə və ixtisaslar barədə məlumatlar verib.
    Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Svetlana Əzizova, Təhsil sektorunun nümayəndəsi Müsaməddin Qurbanov, təlim-tərbiyə işləri üzrə direktor müavini Zülfiyyə Abdullayeva peşə seçimi ilə bağlı şagirdlərə tövsiyələr veriblər. Qeyd olunub ki, texnologiyanın inkişafı ilə birlikdə peşə növlərinin sürətlə artması və ixtisaslaşmanın inki-şafı peşəyönümü işinə xüsusi diqqət ayrılmasını müasir dövrdə məcburiyyət kimi qarşıya qoyur. Daha ətraflı »

  • 07İyn
    Milli-mənəvi dəyərlər AİLƏDƏ HÜZUR VARSA, HƏYAT XOŞBƏXT, ÖMÜR UZUN OLACAQ üçün şərhlər bağlıdır

    Tərtər üzrə boşanmalarla bağlı statistika həyəcan təbili çalmağa məcbur edir. Rayonda boşanmaların sayı evlənənlərin sayını üstələyir. Bu isə o deməkdir ki, hər ay yarımçıq ailələrdə böyüyən, ata, yaxud ana nəvazişindən məhrum olan uşaqların sayı artır.
    Bunlar niyə baş verir? Ömürlərinin sonuna kimi birgə yaşamağa bəzi cavanlara mane olan nədir?
    Suallarımıza cavab tapmaq üçün ömrün ahıl çağını hüzur, xoşbəxtlik içində keçirən bir ailənin qonağı olduq və onların ömür yoluna, həyat tərzinə qısaca bir nəzər saldıq.
    Xəlil Həsənov 1938-ci ildə Hacıqərvənd kəndində doğulub. Həyat yoldaşı Əzimə Həsənova da elə bu kənddə 1950-ci ildə anadan olub. 1971-ci ildə ailə qurublar. 5 oğul, 2 qız, 19 nəvə, 5 nəticə sahibidirlər. 53 ildir ki, bu həyatda sözün əsl məna-sında qoşa addımlayırlar. Həyətdə-bacada, xeyirdə-şərdə, bazarlıq edəndə hamı onları bir yerdə görməyə adət edib.
    Bu gün Xəlil kişinin də, onun ömür-gün yoldaşının da üzündə elə bir nur var ki, buna yalnız yaxşı mənada həsəd aparmaq olar. Daha ətraflı »

  • 07İyn
    Təhsil Məktəb həyatı üçün şərhlər bağlıdır

    İmtahan nəticələri sevindiricidir

    Son illər rayonumuzda tam və orta təhsil səviyyəsi üzrə şagirdlərin imtahan nəticələri sevindiricidir. Ötən sayımızda qəzetimizdə şəhər 6 saylı tam orta məktəbin şagirdi Xumar Həsənlinin uğuru haqqında söhbət açmışdıq.
    2023-2024 tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə daha 11 şagirdimiz 250 baldan yuxarı nəticə toplayıb. Onlardan şəhər 2 saylı məktəb-liseyin şagirdi Zümrüd Səfərova 286 bal, Umudlu kənd tam orta məktəbin şagirdi Zəhra Nəsimli 282 bal, 1 nömrəli tam orta məktəbin şagirdi Kəklikxanım İbrahimli 281 bal, 5 nömrəli tam orta məktəbin şagirdi Hüseyn Haqverdiyev 276 bal toplayaraq, valideynlərini, məktəb kollektivlərini, eləcə də savadlı, tərbiyəli gəncliyin yetişməsindən qürur duyan hər kəsi sevindirmişlər.
    Onu da qeyd edək ki, bu şagirdlər yaxşı oxumaqla yanaşı, ictimai işlərdə də fəaldırlar. Biz onları məktəb və rayon tədbirlərində görür, çıxışlarını maraqla dinləyirik.
    Bu gün qazanılan yüksək nəticələr gələcəyə aparan uğurlu yoldur. Hər bir şagirdə bu yolda inamla addımlamağı arzulayırıq.

    “EYNİ TƏRTƏR”