Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,316
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 13İyn
    Xəbərlər XALÇA İSTEHSALI EMALATXANASI üçün şərhlər bağlıdır

    Rayonumuzun Nizami küçəsində xalça istehsalı ema-latxanasının tikintisinə başlanıb. Emalatxananın tikintisi üçün 0,42 hektar torpaq sahəsi ayrılıb. Burada 180 nəfər xalça toxuyan qadın işlə təmin olunacaq.
    Emalatxananın tikintisi “Azərxalça” ASC tərəfindən aparılır. İnşaatçılar cari ilin sonunadək işi başa çatdırmağı nəzərdə tutmuşlar.

    “Yeni Tərtər”

    Teqlər:

  • 29May
    Xəbərlər TƏRTƏRİN QONAQLARI üçün şərhlər bağlıdır

    BOLQARISTANLI JURNALİSTLƏR TƏRTƏRDƏ

    Müharibənin cəbhə bölgəsində yaşayan insanlara vurduğu ziyan və məcburi köçkünlərin həyat şəraiti ilə bağlı film çəkmək məqsədi ilə Tərtər rayonuna səfər etmiş Bolqarıstanın BTV televiziyasının muxbiri İvan Serafimov Georgiev və operatoru Boris Lyubenov Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. İcra başçısı qonaqlara rayon haqqında ətraflı məlumat verib. Bildirib ki, Tərtər rayonu düşmənlə 48 kilometrlik təmas xəttində yerləşir. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin mütəmadi pozulması nəticəsində rayonun gündəlik fəaliyyətinə, inzibati və yaşayış binalarına, əkin sahələrinə, mal-qaraya, əhalinin məişətinə və digər sahələrə ciddi ziyan dəyir. Dinc sakinlər xəsarət alır, mülki əhali şəhid olur.
    Düşmən yay aylarında işğal altında olan ərazilərdə yanğınlar törətməklə ətraf mühitə ciddi ziyan vurur.
    Ermənilər tərəfindən işğal altında saxlanılan Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısı suvarma dövründə kəsilir ki, nəticədə kənd təsərrüfatı işlərində çətinliklər yaranır. Daha ətraflı »

    Teqlər:

  • 29May
    Xəbərlər “ƏL-CƏZİRƏ” TELEKANALININ TƏMSİLÇİLƏRİ RAYONUMUZA SƏFƏR EDİB üçün şərhlər bağlıdır

    Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə “Əl-Cəzirə” telekanalının baş prodüsseri Şhafik Mandhai müharibənin cəbhə bölgəsində yaşayan insanlara vurduğu ziyan barədə reportaj hazırlamaq məqsədi ilə Tərtər rayonuna səfər edib.
    Səfər çərçivəsində qonaq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. İcra başçısı qonağa rayon haqqında ətraflı məlumat verib.
    Görüşdə media nümayəndəsi Şhafik Mandhainini maraqlandıran suallar cavablandırılıb. Qonaq səmimi qəbula və ətraflı məlumata görə rayon rəhbərinə öz minnətdarlığını bildirib.
    “Əl-Cəzirə” telekanalının nümayəndəsi rayonun təmas xəttində yerləşən Qapanlı, Şıxarx, Həsənqaya kəndlərində sakinlərlə görüşüb, məcburi köçkünlər üçün inşa edilən yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində özləri tərəfindən tikilmiş “Marağa– 150” abidəsinin qalıqlarına baxıbdır.

    “Yeni Tərtər”

    Teqlər:

  • 29May
    Xəbərlər “NARKOMANİYAYA YOX DEYƏK” MÖVZUSUNDA TƏDBİR üçün şərhlər bağlıdır

    Rayonda məcburi köçkünlər üçün inşa edilən yeni yaşayış kompleksində Tərtər Rayon İcra Hakimiyyəti rayon polis şöbəsi və təhsil şöbəsi ilə birlikdə narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirib.
    Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin direktor və müəllimləri, yuxarı sinif şagirdləri və mətbuat işçiləri iştirak ediblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirin əhəmiyyəti haqqında danışıb və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd edib. O bildirib ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca məsələlərdəndir. Daha ətraflı »

    Teqlər:

  • 29May
    Xəbərlər REDAKSİYADA YENİ KİTABLARIN TƏQDİMATI üçün şərhlər bağlıdır

    Həmyerlimiz, texnika elmləri doktoru, professor Rasim Axundovun tərtib etdiyi iki yeni kitab çapdan çıxıb – “Müdrik kəlamlar, hikmətli sözlər, nəsihət və aforizmlər” və “Bilirsinizmi? Nələr olmur bu dünyada…” Hər iki kitabın redaktorlarından biri qəzetimizin baş redaktoru Tofiq Yusifdir. “Bilirsinizmi? Nələr olmur bu dünyada…” kitabına ön sözü də Tofiq Yusif yazıb.
    Tədbirdə çıxış edən Tofiq Yusif kitabların mənəvi, psixoloji və tərbiyəvi mahiyyətindən danışıb.
    Professor Rasim Axundov bu kitabların uzun illərin zəhməti hesabına başa gəldiyini, hər kəlamda bir hikmətli, fəlsəfi fikir olduğunu, xüsusən gənc nəsil üçün daha gərəkli məzmun daşıdığını bildirmiş və demişdir ki, qısa, lakin dərin mənalı aforizmlərdə onlarla mütəfəkkirin zəka işığı şölələnir.
    Sonda professor tərtib etdiyi yeni kitabları qəzetimizin əməkdaşlarına hədiyyə vermişdir.

    “Yeni Tərtər”

    Teqlər:

  • 18May
    Xəbərlər AĞACƏKMƏ AKSİYASI KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.
    Magistral avtomobil yollarının ətrafında, Heydər Əliyev prospektində, Mərkəzi Meydanda, ulu öndərin adını daşıyan parkda, məcburi köçkünlər üçün yeni inşa edilmiş qəsəbədə keçirilən ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin, rayonun bütün idarə, müəssisə və təşkilatlarının kollektivləri, eləcə də ictimaiyyətin nümayəndələri fəal iştirak ediblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun və hüquq-mühafizə orqanlarının rəhbərlərinin də iştirak etdiyi tədbirdə 1000-dən çox Eldar şamı, 2000 gül və təkgöz kolu, 3000-dən çox müxtəlif növ dekorativ çiçəklər əkilib.
    Aksiya zamanı ərazidəki yaşıllıq sahələrində təmizlik işləri aparılıb.

    Teqlər:

  • 18May
    Xəbərlər QƏLƏBƏ GÜNÜ QEYD OLUNDU üçün şərhlər bağlıdır

    Alman faşizmi üzərində qələbənin 73-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri Böyük Vətən müharibəsində həlak olan həmyerlilərimizin xatirəsinə ucaldılmış abidənin önündə qeyd olundu. Əvvəlcə tədbir iştirakçıları abidənin önünə gül-çiçək dəstələri qoyaraq Böyük Vətən müharibəsində və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsini yad etdilər. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etdi, onlara ən xoş arzularını çatdırdı.
    Rayon rəhbəri bildirdi ki, Böyük Vətən müharibəsi illərində doğma Tərtərimizdən 2417 nəfər alman faşizminə qarşı igidliklə döyüşmüşdür. Onlardan 1079 nəfəri müharibədə həlak olaraq əbədiyyətə qovuşmuşdur. Müharibə zamanı həmyerlilərimizdən İdris İbadov, Həbib Abbasov, Xalid Səfərov, Xosrov Əhmədov, İlyas Abdullayev, Musa Qaraşov, Həbib Qarayev, Kiçikağa Abbasov, İsmayıl Yunusov, Firudin Vəliyev və başqaları şərəfli döyüş yolu keçmişlər. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Xəbərlər MUZEYDƏ TƏDBİR üçün şərhlər bağlıdır

    Tərtər Tarix-Diyarşünaslıq Muzeyində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Xalqın xilaskarı” adlı tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə muzeyin direktor əvəzi Aybəniz Məmmədova açıb. Muzeyin işçisi Aybəniz Şahbazi ümummilli liderin həyatına həsr olunmuş məruzə söyləyib. Rayon ziyalılarından Kifayət Kərimova, Zülfiyyə Əliyeva, Səbuhi Kərimov, Samirə Səfərova, Könül Niftəliyeva tədbirdə çıxış ediblər. Sonda Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş sərgiyə baxış keçirilib.

    “Yeni Tərtər”

    Teqlər:

  • 18May
    Xəbərlər İŞƏGÖTÜRƏNLƏRİN MƏLUMATLANDIRILMASI üçün şərhlər bağlıdır

    Gənclər Mərkəzində “İşsizlikdən Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrlə əlaqədar “İşəgötürənlərin məlumatlandırılması” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə rayon ərazisində fəaliyyət göstərən 30 idarə, müəssisə və təşkilatın nümayəndələri, rayon icra hakimiyyəti aparatının, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Tərtər Rayon Komitəsinin və medianın nümayəndələri iştirak ediblər.
    Tədbiri giriş sözü ilə Tərtər rayon Məşğulluq Mərkəzinin direktoru Azər Ağayev açıb və müzakirə edilən mövzu barədə iştirakçılara məlumat verib.
    Sonra mərkəzin işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun müdiri Tağı Məmmədov “İşsizlikdən sığorta haqqında” Qanunun maddələri, əsas anlayışları, işsizlikdən sığortanın prinsipləri, hüquq və vəzifələri, sığorta haqqının hesablanması barədə danışıb. Daha ətraflı »

    Teqlər:

  • 18May
    Xəbərlər ŞUŞANIN İŞĞALI GÜNÜ YAD EDİLDİ üçün şərhlər bağlıdır

    Tarix-diyarşünaslıq muzeyində “Şuşasız şuşalılar” adlı tədbir keçirilib. Tədbirdə yeni qəsəbədə yerləşən məktəbin müəllim və şagird kollektivi, Qarabağ müharibəsi veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbiri giriş sözü ilə muzeyin direktor əvəzi Aybəniz Məmmədova açaraq məruzə edib.
    Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Qarabağ savaşının döyüşçüsü Əkbər Mirzəzadə, muzeyin işçisi Aybəniz Şahbazi, Umudlu folklor evinin direktoru Könül Niftalıyeva çıxış ediblər.
    Sonda iştirakçılar muzeyi ziyarət edib və xatirə şəkli çəkdiriblər.

    Teqlər: