Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,316
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20Sen
    Xəbərlər “ƏMƏK YARMARKASI” üçün şərhlər bağlıdır

    DSC_5669Tərtər Rayon Məşğulluq Mərkəzi “Əmək yarmarkası” keçirib.
    Tədbiri rayon məşğulluq mərkəzinin direktoru Azər Ağayev açıb. O, keçirilən əmək yarmarkasının mahiyyətindən danışaraq bildirib ki, məqsəd işaxtaran və işsiz vətəndaşlarla işə götürənlərin birbaşa əlaqəsini təmin etməkdir.
    Həmin gün tədbirdə rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və işaxtaranlarla birlikdə 250 nəfər iştirak edib.
    Əmək yarmarkasına rayonun ərazisində fəaliyyət göstərən 23 idarə, müəsissə və təşkilatdan 168 boş iş yeri çıxarılıb. Boş iş yerlərindən 65-i fəhlə, 103-ü qulluqçu kateqoriyasına daxildir ki, bunlardan da 55 nəfərə işə göndəriş verilib. Daha ətraflı »

    Teqlər:

  • 20Sen
    Xəbərlər QARABAĞ MÜHARİBƏSİ VETERANLARI FƏXRİ DÖYÜŞ NÖVBƏSİNDƏ üçün şərhlər bağlıdır

    hhИзображение 100Qurban bayramı münasibətilə Silahlı Qüvvələrdə keçirilən “Açıq qapı günü” tədbirlərindən birində Qarabağ müharibəsi veteranlarından bir qrupu Müdafiə Nazirliyinin rəhbərliyinə ön səngərə-döyüş mövqeyinə gedərək, şəxsi heyətlə görüşmək, gənc əsgərlərlə birlikdə döyüş növbəsinə çıxmaq arzularını bildiriblər.
    Razılıq almış keçmiş döyüşçülərdən bir qrupu düşmənlə üzbəüz döyüş mövqelərinə yola salınıblar.
    Yolasalma mərasimində rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    İcra başçısı bildirib ki, Azərbaycan Prezidentinin və Müdafiə Nazirliyi rəhbərliyinin mütəmadi olaraq cəbhəboyu zonaya gəlişləri, hərbi qulluqçularla yanaşı rayon sakinləri ilə görüşləri həm ordunun şəxsi heyətinin, həm də yerli əhalinin işğal altında olan torpaqların tezliklə azad ediləcəyinə inamlarını daha da artırır. Ordu ilə xalqın birliyi daha da möhkəmlənir. Daha ətraflı »

    Teqlər:

  • 20Sen
    Xəbərlər YAŞAYIŞ BİNALARI TƏMİR OLUNUR üçün şərhlər bağlıdır

    Cəbhə bölgəsi olan Tərtərimizdə quruculuq, abadlıq işləri mütəmadi şəkildə davam etdirilir.
    Hazırda şəhərimizin Nəriman Nərimanov, Mehdi Hüseynzadə, Ədalət Paşayev, Elman Hüseynov, Vüqar Həsənov, Nizami küçələrindəki 48 ədəd çoxmənzilli yaşayış binaları əsaslı təmir olunur. Həmin binaların 30-unda təmir-bərpa işləri artıq başa çatıb, qalanlarında isə işlər davam etdirilir.

    “Yeni Tərtər”

    Teqlər:

  • 08Sen
    Xəbərlər SAHİBKARLIĞIN GÜZƏŞTLİ KREDİTLƏŞDİRİLMƏSİNƏ DAİR İŞGÜZAR FORUM üçün şərhlər bağlıdır

    DSC_8021 (Копировать)İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Tərtər rayonunda sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi sahəsində işgüzar forum keçirilib.
    Tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Tərtər rayonunun iqtisadi potensialına uyğun olaraq, intensiv bağçılıq, üzümçülük, cins heyvandarlıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin, 3 ulduzlu otelin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodik materiallar sahibkarlara təqdim olunub.
    Forumda qeyd olunub ki, indiyədək Tərtər rayonunda 264 sahibkara 5,1 milyon manat güzəştli kredit verilib. Bu kreditlər 500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Daha ətraflı »

    Teqlər:

  • 08Sen
    Xəbərlər Tərtərdə Qurban bayramı üçün şərhlər bağlıdır

    MÜDAFİƏ NAZİRİ CƏBHƏ BÖLGƏSİNDƏ  “AÇIQ QAPI” GÜNÜNDƏ İŞTİRAK EDİB

    Изображение 323Qurban bayramı münasibəti ilə rayon ərazisində yerləşən hərbi hissələrdə keçirilən “Açıq qapı” günündə Müdafiə Nazirliyinin rəhbər heyəti və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirak edib.
    Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi hissələrdə əsgər valideynləri, müharibə və əmək veteranları, şəhid ailələri və ictimayyət nümayəndələri ilə görüşərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən Silahlı Qüvvələrdə həyata keçirilən tədbirlər, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər, yeni inşa edilən hərbi şəhərciklər haqqında məlumatları və digər məsələləri onların diqqətinə çatdırıb, verilən suallarla bağlı fikirlərini bölüşüb. Daha ətraflı »

    Teqlər:

  • 08Sen
    Xəbərlər TƏNTƏNƏLİ BAYRAM üçün şərhlər bağlıdır

    Изображение 102DSC_8303 (Копировать)Müqəddəs Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi Tərtər rayonunda da böyük təntənə ilə qeyd edildi. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon əhalisini müqəddəs Qurban bayramı münasibətilə təbrik etdi, onlara cansağlığı, uzun ömür, firavan həyat, bol ruzi arzuladı. Sonra Tərtər “Cümə” məscidinin axundu Sadiq Cəfərov dua oxudu, dini ənənələrə uyğun olaraq qurban mərasimi başladı.
    Tədbirdə şəhid ailələrinə, əlillərə, ağsaqqallara, Böyük Vətən Müharibəsi veteranlarına, Çernobıl əlillərinə, tənha və kimsəsizlərə, maddi imkanları zəif ailələrə, təmas xəttinə yaxın yerləşən kəndlərin sakinlərinə, ümumilikdə 7500 ailəyə qurban payı verildi. Rayon ərazisində yerləşən hərbi hissələrə də qurban payı göndərildi.
    Qurban bayramı mərasimində iştirak edən sakinlər onlara göstərilən maddi və mənəvi dəstəyə görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.

    Teqlər:

  • 08Sen
    Xəbərlər HƏRBİ HİSSƏLƏRƏ QURBAN PAYI GÖNDƏRİLDİ üçün şərhlər bağlıdır

    Qurban Bayramı münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yerləşən hərbi hissələrə də pay göndərilib, onlara rayon rəhbərinin təbrikləri çatdırılıb.
    Əsgər və zabit heyətinə göstərilən diqqət və qayğıya görə hərbçilər respublika Prezidentinə minnətdarlıqlarını bildiriblər.

    Teqlər:

  • 08Sen
    Xəbərlər HƏRBİ HİSSƏDƏ QURBAN BAYRAMI üçün şərhlər bağlıdır

    Изображение 205Tərtər Rayon İcra Hakimiyyətinin başçısı, rayonun rəhbər işçiləri “Qarabağ Seyid Ocaqları” Birliyinin sədri, ilahiyyatçı-alim Seyid Camal Əzimbəyli və “Yeni Üfiq” İctimai Birliyinin sədri Sevinc Əzimbəyli ilə birlikdə “N” saylı hərbi hissədə olub, onlara bayram sovqatı verdilər.
    Hərbçiləri Qurban bayramı münasibəti ilə təbrik edən rayon rəhbəri Müstəqim Məmmədov Ali Baş Komandan tərəfindən Milli orduya, cəbhə bölgəsi olan Tərtər rayonuna göstərilən diqqət və qayğıdan söhbət açdı, ölkə rəhbərinə qəhrəman tərtərlilər adından minnətdarlıq bildirdi.
    Sonra “Qarabağ Seyid Ocaqları” Birliyinin sədri Camal Əzimbəyli, “N” saylı hərbi hissənin komandiri çıxış edərək əsgər və zabitləri müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edib, gənclərə öz tövsiyələrini verdilər.

    “Yeni Tərtər”

    Teqlər:

  • 31Avq
    Xəbərlər AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİNİN MÜAVİNİ ƏLİ HƏSƏNOV TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    T-9 (Копировать)feedf8c2f46fbf802fd583c2a547c139Baş nazirin müavini Tərtər, Ağdam, Laçın və Kəlbəcər Rayon İcra hakimiyyətlərinin başçıları və yaşayış məhəlləsinin tikintisində çalışan şirkətlərin rəhbərləri ilə birlikdə tikinti sahəsinə baxış keçirib, işlərin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.
    Bildirilib ki, 1176 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məq-sədilə bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan yaşayış məhəlləsinin tikintisində son tamamlama işləri görülür. Layihəyə əsasən yaşayış məhəlləsində hər biri dördmərtəbəli olmaqla, 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa edilib. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-i dördotaqlı olacaq. Məhəllədə inşaat işlərinin bu ilin sentyabr ayında başa çatdırılması nəzərdə tutulur. Daha ətraflı »

    Teqlər:

  • 31Avq
    Xəbərlər “AÇIQ ƏYLƏNCƏVİ FUTBOL MƏKTƏBLƏRİ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ TƏDBİR üçün şərhlər bağlıdır

    DSC_7260 (Копировать)(1)DSC_7199 (Копировать)“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu günlərdə cəbhə bölgəsi olan Tərtər rayonunda keçirilib. Tədbirdə Tərtər Rayon İcra Haki-miyyətinin başçısı Müstəqim Məmmədov, millət vəkili, AFFA-nın Birinci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Tərtər rayonundan seçilmiş deputat Sahib Alıyev, millət vəkili İlham Məmmədov, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov, Tərtər rayon Cənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, layihənin koordinatoru Kərim Ağayev, Şimal-Qərb Reqional Futbol Federasiyasının prezidenti Rövşən Əhmədov, rayon uşaq-gənclər və idman məktəbinin direktoru Emin Quliyev iştirak ediblər. Daha ətraflı »

    Teqlər: