Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Yan
    Digər “Heydər Əliyev İli-2023”:Tərtər rayonunda silsilə tədbirlər davam edir üçün şərhlər bağlıdır

    Tərtər İlk Peşə İxtisas məktəbində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib.

    “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon icra hakimiyyətinin və Tərtər rayon Ilk Peşə  Ixtisas Məktəbinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda “dəyirmi masa” keçirilib.

    Tədbir iştirakçıları əvvəlcə Umummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti Aparatında İştimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev  çıxışına  Ulu Öndərin gənclərin ikinci forumunda söylədiyi sözləri ilə başlayıb:”Siz Azərbaycanın bu günü və gələcəyisiniz.Sizin üzərinizə böyük vəzifələr düşür,gələcəkdə bu vəzifələr daha da  böyük olacaqdır…Biz  müstəqil Azərbaycanın  taleyini gələcəkdə Sizə etibar edəcəyik.”Ulu Öndər bu sözləri ilə gəncliyə olan etimadını,sonsuz diqqətini ifadə edərək Azərbaycan gənclərinin qarşısında böyük vəzifələr durduğunu bildirib.Çıxışda Ulu Öndərin Azərbaycan təhsilinin inkişafına,onun maddi texniki bazasının möhkəmləndirilməsinə göstərilən diqqət və qaygıdan,Azərbaycan müəllimlərinə verdiyi yüksək dəyərdən də söhbət açıb. Daha ətraflı »

  • 24Yan
    Digər Tərtər Rayon İcra Hakimiyyətində vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır üçün şərhlər bağlıdır

     Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşlar qəbul edilir, onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır. Qəbullarda Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri ilə yanaşı YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov da iştirak edir.

    Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapır. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilir. Keçirilən bütün qəbullarda Azərbaycan Respublikasınım Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğu təmin edilir.

    Məlumat üçün bildiririk ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, habelə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq və tikinti,  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri üzrə qəbul günləri barədə məlumatı öyrənə, həmçinin Tərtər rayon icra hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı vasitəsi ilə də müraciət edə bilərlər.

     

  • 23Yan
    Digər Mehriban qonşuluq əlaqələri nəhəng layihələrin icrasına kömək edir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev 2023-cü il 19 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxış edib. Dövlət başçısı bildirib ki,  Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq.

    Qeyd olunub ki, Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur.

    Bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq. Bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur.

    Prezident İlham Əliyev diqqətə çatdırıb ki,  “Vahid pəncərə” sistemini tətbiq etmək məqsədilə gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək üçün bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır.

    Bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır. Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik.

    Nəqliyyat sahəsi ixracımızı şaxələndirməyə imkan verəcək. Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq.

    Biznes mühitinin təkmilləşdirilməsi uğurun əsas amillərindən biridir. Bütün ölkələrin, hətta ən inkişaf etmiş ölkələrin də əlavə investisiyalara ehtiyacı var. Daha ətraflı »

  • 23Yan
    Digər Azərbaycan-Çin münasibətləri genişlənir. üçün şərhlər bağlıdır

     2023-cü ilin yanvar ayının 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri olmuşdur. Bu ilki forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak edir. Bu da forumun beynəlxalq aləmdə bu toplantının nüfuzunun göstəricisidir.

    Səfər çərçivəsində Möhtərəm Prezidentimiz cənab İlham Əliyev  Çinin CGTN (China Global Television Network) televiziya kanalına geniş məzmunlu müsahibə verib. Müahibəsində Azərbaycan-Çin əlaqələrindən ətraflı və geniş şəkildə danışan cənab Prezident bu əlaqələrin iqtisadi, siyasi, mədəni və tarixi əhəmiyyyətindən və gələcək prespektivlərinin genişliyini vurğulamışdır. Azərbaycan-Çin münasibətlərinin möhkəm siyasi və beynəlxalq hüquqi əsasları mövcuddur. Azərbaycan-Çin münasibətləri möhkəm təməllər üzərində qurulub. Bu əməkdaşlığı dostluq, tərəfdaşlıq kimi xarakterizə edilir.

    Özünün iqtisadi və sosial inkişafı ilə dünyada öncül dövlətlərdən olan, uğurlarını müvəffəqiyyətlə davam etdirən Çinlə əlaqələrin yaxşılaşdırılması sözsüz ki, Azərbaycanın milli maraqlarına xidmət edir və dövlətimizin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsinə yönəldilibdir.

    Prezident cənab İlham Əliyev onu da vurğuladı ki, mən hər il regionlara təxminən 30-40 səfər edirəm və insanları hansı problemlərin narahat etdiyi, nələrin həll edilməli olması ilə, nə etməli olduğumuzla maraqlanıram. Bu, enerji təhlükəsizliyi, nəqliyyat kimi qlobal layihələrin bir hissəsidir, insanların gündəlik həyatıdır . İlk növbədə, siz xalqınızla dürüst davranmalısınız və onda onlar sizi dəstəkləyəcəklər, sizə etibar edəcəklər. Başladığımız bütün proqramlarımıza gəlincə, onların hamısı icra olunub. Azərbaycanda heç kim deyə və sonra da sübut edə bilməz ki, nə vaxtsa proqram qəbul olunub, sonra isə icra olunmayıb. Daha ətraflı »

  • 21Yan
    Digər Heydər Əliyev ili: “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda “dəyirmi masa” keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər Rayon Təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən rayonda silsilə tədbirlər keçirilir. Həmin tədbirlər çərçivəsində yanvarın 20-də “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda  “dəyirmi masa” keçirilib.

    Tədbir iştirakçıları əvvəlcə Umummilli Liderin xatirəsinə  hörmət və ehtiram əlaməti olaraq onun adını daşıyan meydanda yerləşən abidəsi önünə gül-çiçək dəstələri qoyublar.

    Tədbir  “Dəyirmi masa” ətrafında Heydər Əliyev Mərkəzində davam etdirilib,  Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, 1990-cı il yanvar ayının 20-si xalqımızın tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. O zamankı ictimai-siyasi proseslərin inkişafı nəticə etibarilə bir çox xalqların tarixinə faciəli səhifələr bəxş etdi. Ancaq ən ağır fəlakət Azərbaycan xalqının bəxtinə düşdü.

    İcra başçısı o vaxtkı içtimai- siyasi hadisələrdən, həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Ə.Vəzirovun fəaliyyətsizliyindən,  faciənin baş verəcəyi haqqında əvvəlcədən məlumatı olan xəyanətkar rəhbərlərin xalqı xəbərdar etməməsindən  də  danışıb. Qeyd olunub ki, yanvar ayının 19-dan 20-nə keçən gecə rus-erməni ordu birləşmələri imperiya hərb maşınının ən yüksək texnika ilə təchiz olunmuş halda Bakıya daxil oldular və amansız qırğın törətdilər. Artıq faciə ilə üzbəüz dayandığını başa düşən Azərbaycan xalqı geri çəkilmədi. Bu da bəşər tarixində yeni bir qəhrəmanlıq nümunəsi oldu. Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Bu, sözün əsl mənasında, öz hüquqları və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini sıradan çıxarmaq və Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi. Daha ətraflı »

  • 21Yan
    Digər Tərtərdə 20 Yanvar- Ümumxalq Hüzn günündə şəhidlərin xatirəsi ehtiramla anılıb üçün şərhlər bağlıdır

    Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 yanvar faciəsindən 33 il keçir. Keçən bu illər ərzində xalqımız hər il 20 Yanvar- Ümumxalq Hüzn gününü kədər və böyük qürur hissi ilə qeyd edir. Çünki 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayət olsa da, həm də Azərbaycan xalqının qəhrəmanlıq manifesti, azadlıq mücadiləsidir.

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri ilə birlikdə  Azərbaycan tarixinin faciəli, eyni zamanda şərəfli səhifəsi olan 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Tərtər şəhərində Şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksini  ziyarət edib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunub, abidənin önünə gül dəstələri qoyulub.

    Mərasim iştirakçıları burada ümumtəhsil məktəblilərinin 20 Yanvar faciəsinə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgiyə də baxıblar.

    Saat 12:00-da rayon ərazisində 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

     

  • 21Yan
    Digər Tərtərdə “20 Yanvar faciəsi”nin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər Abidə Kompleksinin ətrafında abadlıq-təmizlik işləri aparılıb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən “20 Yanvar faciəsi”nin 33-cü ildönümü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, Gənclər və İdman İdarəsinin əməkdaşları və könüllülərin, N saylı hərbi hissənin əsgərlərinin iştirakı ilə şəhər ərazisində yerləşən Şəhidlər Abidə Kompleksində abadlıq-təmizlik işləri aparıb.

    Həmçinin abidənin ətrafında olan yaşıllıq zolaqlarının və gül kollarının ətrafı təmizlənərək dibləri bellənib, qurumuş ağaclar yenisi ilə əvəzlənib.

     

  • 21Yan
    Digər Azərbaycan və Çin öz imkanlarını birləşdirməklə, dünyaya böyük fayda verəcək üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev 2023-cü il 17 yanvar tarixində Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib.

    Qeyd olunub ki,  Çin və Azərbaycan yaxşı dostlardır. Hər iki ölkənin dövlət başçıları arasında görüşlər təşkil olunur.

    Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdır.

    Prezident ilham Əliyev deyib ki,  30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik.

    İqtisadi əməkdaşlıq əlaqələri durmadan artır. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir. Azərbaycanda biz artıq öz ev tapşırığımızı yerinə yetirmişik. Biz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq.

    Azərbaycan enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir.

    Bildirilib ki,  Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir. Daha ətraflı »

  • 20Yan
    Digər Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərib üçün şərhlər bağlıdır

        

    Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.

     Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdir. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilib. Daha ətraflı »

  • 19Yan
    Digər Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında yeni imkanlar yaranıb. üçün şərhlər bağlıdır

    Son illərdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır, ölkəmiz etibarlı tərəfdaşa çevrilməkdədir. Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub.  Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var.   Ərəb ölkələri, həmçinin mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzv dövlətləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) da üzvləridir. Azərbaycan bu təşkilat çərçivəsində də ərəb dövlətləri ilə geniş əməkdaşlıq imkanlarına malikdir.

    Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxış edərkən qeyd edib ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Ölkəmizdə  neft və qaz sektorunaun inkişaf etrdirilməsi üçün böyük  investisiyalar qoyulub ki,bununda nəticəsində ölkəmiz özünün enerji təhlükəsizliyini tamamilə təmin edib. Ölkəmiz öz enerji tələbatini ödəməklə yanaşı xaricə neft və neft məhsulları ixrac edir.Bu da onun nəticəsidir ki,Azərbaycanda aparılan iqtisadi siyasət düzgün aparılır..

    Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi kimi meqa enerji layihəsini Azərbaycan hələ iki il əvvəl  tərəfdaşları ilə başa çatdırmış və ölkəmizdən Cənubi Avropaya gedən  boru kəmərləri sistemi yaratmışdır. Yaradılan bu və digər müasir enerji infrastrukturu sayəsində  ölkəmizin təbii qaz ixracı 2021-ci ildə 19 milyard kubmetr idisə,  növbəti  ildə bu rəqəm 24 milyard kubmetrə çatacaq. Daha ətraflı »