Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 24Fev
    Kənd Təsərufatı KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ ÜMUMİ HƏCMİ 28,5 FAİZ ARTIB üçün şərhlər bağlıdır

    2019-cu ilin birinci yarısında Tərtər rayonu üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 44 milyon 892,3 min manat təşkil etmişdir. Onun 26 milyon 594,1 min manatı və ya 59,2 faizi bitkiçilik məhsullarının, 18 milyon 298,7 min manatı və ya 40,8 faizi heyvandarlıq məhsullarının hesabına formalaşmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı üzrə ümumi məhsul buraxılışının həcmi 28,5 faiz artmışdır.

                                                 HEYVANDARLIQ İNKİŞAF EDİB

    Tərtər rayonunun iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.
    2020-ci il yanvar ayının 1-nə Tərtər rayonunda 29 min 667 baş qaramal, 52 min 283 baş qoyun və keçi olub. İribuynuzlu heyvanların sayı 2018-ci ilə nisbətən 4 faiz və ya 1147 baş artıb. 2019-cu ildə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə diri çəkidə 3110,8 ton ət, 22 min 440,9 ton süd, 14 milyon 840 min ədəd yumurta və 106,5 ton yun istehsal edilib. 2018-ci illə müqayisədə diri çəkidə ət istehsalı 1,3 faiz, süd istehsalı 1,4 faiz, yumurta istehsalı 0,7 faiz artmışdır. Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artması ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Daha ətraflı »

  • 10Fev
    Kənd Təsərufatı 2019-cu İLDƏ TƏRTƏR RAYONUNDA KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİ MƏHSULLARININ TOPLANIŞI HAQQINDA üçün şərhlər bağlıdır

    Tərtər rayonu üzrə 2019-cu ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 26853,3 hektar olmuşdur. Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2018-ci ilə nisbətən 744 hektar və ya 2,8 faiz artmışdır. Əkin sahəsinin 11171,4 hektarını və yaxud 41,6 faizini dənli və dənli paxlalı bitkilər, 6579,3 hektarını və yaxud 24,5 faizini texniki bitkilər, 1561,8 hektarını və yaxud 5,8 faizini kartof, bostan və tərəvəz bitkiləri, 7540,8 hektarını və yaxud 28,1 faizini yem bitkiləri təşkil etmişdir.
    2019-cu ildə dənli və dənli paxlalı bitkilərin əkini əvvəlki ilə nisbətən 554,5 hektar və yaxud 4,7 faiz, o cümlədən buğda əkini 451,7 hektar və yaxud 6 faiz, arpa əkini 196,2 hektar və yaxud 4,9 faiz azalmış, digər dənli və dənli paxlalılar əkini 93,4 hektar və yaxud 55,1 faiz artmışdır. Nəticədə 2019-cu ildə qarğıdalı nəzərə alınmaqla ilkin çəkidə 43757,3 ton dənli və dənli paxlalı bitkilərin məhsulu toplanmışdır. Daha ətraflı »

  • 30Yan
    Kənd Təsərufatı TAXIL SƏPİNİ BAŞA ÇATIB üçün şərhlər bağlıdır

    Rayonumuzda fermer və torpaq mülkiyyətçiləri 2020-ci ilin məhsulu üçün taxıl səpinini başa çatdırıblar. Rayon üzrə 10 min
    655,8 hektarda taxıl səpini aparılıb. Taxıl əkinlərinin 6056,9 hektarı buğda, 4442,9 hektarı dən üçün arpa, 156 hektarı xəsil arpadır. Taxıl əkinlərinin 10 min 200 hektarında bitiş suvarılması aparılıb.
    2019-cu ilin məhsulu üçün Tərtər rayonunda 7093,9 hektarı buğda, 3814,5 hektarı arpa olmaqla, 10 min 908,4 hektar sahədə taxıl becərilmiş, zəmilərdən 42 min 352,3 ton məhsul götürülmüşdür.
                                                                                                                                                    “Yeni Tərtər”

  • 17Yan
    Kənd Təsərufatı QIŞ AYLARINDA KƏND TƏSƏRRÜFATI İŞLƏRİ üçün şərhlər bağlıdır

    Hazırda rayonumuzda qış mövsümündə kənd təsərrüfatı sahəsində aparılan işlər günü-gündən sürətlənir. Payız mövsümündə görülən işlər başa çatmaq üzrədir. Bu günlərə qədər rayonumuzun təsərrüfatlarında 10499,8 hektar payızlıq əkinin səpin işləri aparılıb. Ondan 5981, 9 hektar buğda, 4381, 9 hektar arpa, 156 hektarı xəsil təşkil edir. Bununla yanaşı, fermerlərimiz öz təsərrüfatlarında payız mövsümündə 1013,5 hektar yonca səpini aparmışlar. Rayonda taxıl əkinlərinin səpini oktyabrın 10-dan başlayan kimi təsərrüfatlarda dərhal səp-suvar işləri görülmüşdür. Havaların əlverişli keçməsindən istifadə edilərək təsərrüfat sahibləri ərazilərdə olan artezianların köməyi ilə və həm də Tərtər çayından gələn su ilə 10150 hektar ərazidə taxıl əkinlərinin səp-suvarma işlərini aparıblar. Daha ətraflı »

  • 19Dek
    Kənd Təsərufatı TƏRTƏR MƏHSULU RUSİYAYA İXRAC OLUNACAQ üçün şərhlər bağlıdır

    Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda kənd təsərrüfatı məhsullarının ixracını artırmaq, xarici bazarlara rəqabətqabiliyyətli məhsul çıxarmaq istiqamətində məqsədyönlü iş aparılır, müasir istehsal sahələri yara-dılır.
    Belə təsərrüfatlardan biri rayonun Soyulan kəndi ərazisində yaradılan istixana kompleksidir. “Azaqrokənd” Məhdud Məsuliyyətli Cəmiyyəti tərə-findən yaradılan kompleksin tikintisinə keçən ilin aprel ayında başlanılıb. Ümumi ərazisi 2 hektar olan komplek-sin 1 hektarında istixana təsərrüfatı təşkil olunub.
    Kompleksdə qazanxana, su anbarı, inzibati bina, anbarlar, inşa edilib. İstixanada müasir avadanlıqlar, damla suvarma sistemi quraşdırılıb. Suvarma, isitmə, havalandırma sistemlə-ri tam avtomatlaşdırılmış şəkildə ida-rə olunur. Kompleksin fəaliyyətə başlaması ilə ilkin mərhələdə rayondan olan 15 nəfər daimi işlə təmin edilib. İllik istehsal gücü 200 ton olan istixana kompleksində yüksək standartlara cavab verən pomidor istehsal ediləcək. Artıq oktyabr ayında pomidor şitilləri əkilib. Bitkilərin inkişafı qənaətbəxşdir. İlk məhsul yığımına 2020-ci il yanvarın əvvəllərində başlanacaq. İstehsal edilən məhsul daxili bazara çıxarılmaqla yanaşı, Rusiyaya da ixrac olunacaq.

  • 08Noy
    Kənd Təsərufatı RAYONUMUZ PAMBIQ YIĞIMINDA ÖN CƏRGƏDƏ YER TUTUR üçün şərhlər bağlıdır

    Pambıq universal texniki bitkidir və onun ölkə üçün böyük əhəmiyyəti vardır. Pambığın xalq təsərrüfatı əhəmiyyəti onun lifveren bitkilər içərisində əsas yer tutmasıdı. Uzun illər ərzində dünyanın toxuculuq sənayesinin işlətdiyi lifin 70-
    80 faizi yalnız pambıqdan alınırdı. Son illərdə sellüza və sintetik liflərdən toxuculuq sənayesində geniş miqyasda isdifadə edilsə də pambıq lifi yenə də toxuculuq sənayesində əsas xammal sayılır. Beləliklə məlum olur ki, pambıq lifi toxuculuq sənayesinin əsasını təşkil etməklə, təyyarəqayırma, kimya, aftomobilqayırma və s. sənaye sahələrində geniş tətbiq olunur. Daha ətraflı »

  • 18Okt
    Kənd Təsərufatı Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır

    TƏRTƏRDƏ PAMBIQÇILIQ APARICI SAHƏYƏ ÇEVRİLİR

    Prezident İlham Əliyevin ölkədə ənənəvi kənd təsərrüfatı sahələrini inkişaf etdirmək, bu sahədə əvvəlki şöhrəti qaytarmaq barədə göstərişləri tərtərlilərin də fəaliyyətinə yeni istiqamət verdi. O cümlədən, unudulub arxa plana keçirilmiş pambıqçılığa münasibət kökündən dəyişdi.
    Həyata keçirilən təşkilat-təsərrüfat tədbirləri sayəsində rayonda həm məhsul istehsalı artır, həm də təcrübəli pambıqçıların sayı. Adı qabaqcıllar sırasında çəkilənlərdən biri Köçərli kəndinin fermeri Əvəz Mirzəyevdir. Onun ucubucağı görünməyən tarlası bu il də başdan-başa ağ örpəyə bürünmüşdür.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və MKT İK Tərtər filialının direktoru Feruz Hacıyevlə də Əvəz kişinin tarlasında rastlaşdıq. Hal-əhval tutandan sonra söhbətə M.Məmmədov başladı. Dedi ki, ölkə rəhbərinin təşəbbüsü ilə pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün qəbul olunan Dövlət Proqramının icrası bizim rayonda da bu sahəyə böyük təkan verdi. Daha ətraflı »

  • 10Okt
    Kənd Təsərufatı PAMBIQ YIĞIMININ GEDİŞİ İLƏ TANIŞLIQ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məhsul yığımı ilə bağlı yerlərdə pambıqçılarla görüşüb, kənd təsərrüfatının gəlirli sahəsi olan pambıqçılığın əvvəlki şöhrətinin özünə qaytarılması üçün dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb.
    Rayon rəhbəri bildirib ki, Tərtər torpağı pambıqçılıq üçün məhsuldar və əlverişlidir. Vaxtilə tərtərlilər dövlətə 43 min tondan çox “ağ qızıl” təhvil veriblər. Ötən il rayonda 3300 hektar sahədə pambıq əkilib, hər hektardan 24,8 sentner olmaqla, ümumilikdə, 8196,5 ton məhsual istehsal edilib. Pambıqçılığın gəlirli sahə olduğunu görən fermerlərimiz bu il həmin sahəni daha da genişləndirərək, 3427 hektar sahədə pambıq əkiblər. Hazırda tarlalarda məhsul boldur, qarşımıza qoyduğumuz hədəflərə çataraq, yüksək göstərici əldə edəcəyimizə inanırıq. Bu günə qədər 1546,4 ton məhsul toplanıb.
    Rayon rəhbəri “MKT İK” MMC-nin Tərtər filialında olub, kollektivlə səmimi söhbət edib. Daha ətraflı »

  • 27Sen
    Kənd Təsərufatı HƏDƏF YÜKSƏK GÖSTƏRİCİLƏR ƏLDƏ ETMƏKDİR üçün şərhlər bağlıdır

    Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımına başlayıblar. Ötən il hektarın orta məhsuldarlığına görə yüksək nəticəyə nail olan Tərtər pambıqçıları bu ili də uğurla başa vurmağı qarşıya məqsəd qoyublar.
    Bu il rayon ərazisində 3427 hektarda pambıq becərilib. “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq” MMC və “P-Aqro” MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları becərmə zamanı lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin olunublar. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlər-kultivasiya, seyrəltmə, gübrələmə, suvarma işlərinin, sofkaya, mənənəyə və digər zərərvericilərə qarşı dərmanlama tədbirlərinin vaxtlı-vaxtında həyata keçirilməsi nəticəsində bu il də tarlalarda bol məhsul yetişib.
    “MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialının direktoru Feruz Hacıyev tarlalarda məhsulun ötən ildəkindən də çox olduğunu bildirib: “Bu il 830 fermerlə 2017 hektar sahədə pambıq becərilməsi üçün müqavilə bağlanılıb. Becərmə işləri bütün aqrotexniki qaydalara əsasən aparılıb. Tarlaların vəziyyəti qənaətbəxşdir. Barlı kollar yetişib. Ötən il hər hektardan orta hesabla 32,8 sentner məhsul götürmüşdük. Bu il isə məhsuldarlığın daha yüksək olacağını gözləyirik. 9 ədəd pambıqyığan kombayn, 20 traktor, 44 qoşqu, 3 yükləyici hazır vəziyyətə gətirilib. Sentyabrın əvvəlindən tarlalarda defolyasiya işlərinə başlanılıb. Hazırda pambığın həm əl əməyi, həm də pambıqyığan kombaynlar vasitəsilə yığımı həyata keçirilir”. Daha ətraflı »

  • 16Sen
    Kənd Təsərufatı GÜNƏBAXAN YIĞIMI BAŞA ÇATIB üçün şərhlər bağlıdır

    Rayon Statistika İdarəsindən verilən məlumata görə bu il Tərtərdə 2481,6 hektarda günəbaxan yetişdirilib, sahələrdən 6471,9 ton məhsul istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 26,1 sentnerdir. 2018-ci ilə nisbətən cari ildə günəbaxanın əkin sahəsi 71,7 faiz, məhsul istehsalı 75,5 faiz, hər hektardan orta məhsuldarlıq isə 3,2 faiz və ya 0,8 sentner artıb.
    Qeyd edək ki, son illər Tərtər rayonunda günəbaxan bitkisinin becərilməsinə maraq çoxalıb. Günəbaxan becərməyin sərfəli olduğunu deyən sakinlər bildiriblər ki, onun dənindən tum və yağ emalında istifadə edilir. Məhsulun yığımı əl əməyi vasitəsilə həyata keçirilir. Günəbaxanın döyülməsi, təmizlənməsi, çeşidlənməsində isə texnikadan istifadə olunur. Təmizlənən və çeşidlənən məhsul müvafiq olaraq günəbaxan tumları və yağ emalı müəssisələrinə verilir.