Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Fev

    Tərtər rayonu üzrə 2019-cu ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 26853,3 hektar olmuşdur. Kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 2018-ci ilə nisbətən 744 hektar və ya 2,8 faiz artmışdır. Əkin sahəsinin 11171,4 hektarını və yaxud 41,6 faizini dənli və dənli paxlalı bitkilər, 6579,3 hektarını və yaxud 24,5 faizini texniki bitkilər, 1561,8 hektarını və yaxud 5,8 faizini kartof, bostan və tərəvəz bitkiləri, 7540,8 hektarını və yaxud 28,1 faizini yem bitkiləri təşkil etmişdir.
    2019-cu ildə dənli və dənli paxlalı bitkilərin əkini əvvəlki ilə nisbətən 554,5 hektar və yaxud 4,7 faiz, o cümlədən buğda əkini 451,7 hektar və yaxud 6 faiz, arpa əkini 196,2 hektar və yaxud 4,9 faiz azalmış, digər dənli və dənli paxlalılar əkini 93,4 hektar və yaxud 55,1 faiz artmışdır. Nəticədə 2019-cu ildə qarğıdalı nəzərə alınmaqla ilkin çəkidə 43757,3 ton dənli və dənli paxlalı bitkilərin məhsulu toplanmışdır.
    Dənli və dənli paxlalıların tərkibində payızlıq buğda əsas yer tutur. Belə ki, istehsal olunmuş taxıl məhsulunun 67,4 faizini və ya 29481,9 tonunu buğda təşkil etmişdir. Taxılın 29,4 faizi və ya 12870,4 tonu arpa, 2,4 faizi və ya 1062,9 tonu qarğıdalının, 0,8 faizi və ya 342,1 tonu digər taxıl məhsullarının payına düşür. Əvvəlki ilə nisbətən 2019-cu ildə dən üçün qarğıdalı istehsalı 57,1 faiz, noxud istehsalı 59,2 faiz, darı istehsalı 4,6 dəfə, lobya istehsalı 3 dəfə artmışdır. 2019-cu ildə dənli və dənli paxlalı bitkilərin hər hektarının orta hesabla məhsuldarlığı 38,9 sentner, o cümlədən buğdanın məhsuldarlığı 41,6 sentner, arpanın məhsuldarlığı 33,7 sentner, qarğıdalının məhsuldarlığı 50,5 sentner, darının məhsuldarlığı 10 sentner, noxudun məhsuldarlığı 25,1 sentner, lobyanın məhsuldarlığı 50,7 sentner, soyanın məhsuldarlığı 7,5 sentner olmuşdur. 2019-cu ildə təkrar əkindən 258,1 ton dənli və dənli paxlalılar istehsal olunmuşdur.
    2019-cu ildə ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsi, pambığın keçmiş şöhrətinin qaytarılması istiqamətində görülən tədbirlər Tərtər rayonunda da öz bəhrəsini vermişdir. Hesabat ilində 3427,2 hektar sahədə pambıq əkilmişdir. 2018-ci ilə nisbətən pambıq əkini 3,9 faiz artmışdır. İl ərzində 11936,2 ton pambıq tədarük edilmişdir. Hər hektar pambıq sahəsində orta məhsuldarlıq 34,8 sentner olmuşdur. Tərtər rayonu pambığın məhsuldarlığına görə ölkə üzrə birinci yerdə olmuşdur.
    2019-cu ildə rayonda 670,5 hektar sahədən kondinsiya çəkidə 18692,7 ton şəkər çuğunduru istehsal edilmişdir. Hər hektardan orta məhsuldarlıq 278,8 sentner olmuşdur.
    Kartof kənd təsərrüfatı məhsullarının istehsalında mühüm yer tutur. 2019-cu ildə 400,5 hektar kartof sahəsindən 4515,1 ton kartof istehsal edilmişdir. Hər hektar kartof sahəsindən orta məhsuldarlıq 2018-ci ilə nisbətən 0,6 sentner artaraq 112,7 sentnerə çatmışdır.
    2019-cu ildə rayonun təsərrüfatlarında 15741 ton müxtəlif növ tərəvəz istehsal edilmişdir. Hər hektar tə-rəvəz sahəsindən orta məhsuldarlıq 126,1 sentner olmuşdur.
    2019-cu ildə 112 hektar yeni salınmış meyvə bağları və giləmeyvə əkmələri də nəzərə alınmaqla 1509,8 hektar, o cümlədən bar verən yaşda 1119 hektar meyvə bağları və giləmeyvə əkmələri mövcud olmuşdur ki, həmin meyvə bağlarından 10530,1 ton meyvə və giləmeyvə toplanmışdır. Yeni salınmış meyvə bağlarının 86 hektarı intensiv meyvə bağlarıdır.
    Hesabat ilində rayonda 11,6 hektar üzümlük mövcud olmuşdur ki, onun 11,1 hektarı bar verən yaşdadır. Həmin sahələrdən (talvar üzümü də daxil olmaqla) 1051,5 ton üzüm yığılmışdır.
    Rayonda heyvandarlığın inkişafını təmin etmək üçün təsərrüfatlarda 7540,8 hektar yem bitkiləri əkilmişdir. Cari ildə 89018,3 ton quru ot və 813,7 ton yaşıl kütlə tədarük edilmişdir. Çoxillik otların hər hektardan orta məhsuldarlıq əvvəlki ilə nisbətən 0,5 sentner artaraq 119 sentner olmuşdur.
    Bundan başqa 2019-cu ildə rayonun təsərrüfatlarında 1678510 ədəd meyvə və 225800 ədəd dekarativ bitki tingləri yetişdirilmişdir.
    2019-cu ildə rayonda 268,9 hektar sahədə təkrar əkin aparılmışdır. Həmin təkrar əkin sahələrindən 258,1 ton dənli və dənli paxlalılar, 112,1 ton texniki bitkilər, 1099,4 ton kartof və müxtəlif növ tərəvəz, 480,1 ton qu-ru ot və 404 ton yaşıl kütlə istehsal edilmişdir.

                                                                                                                                                                   Tərtər Rayon Statistika İdarəsi

    Müəllif: Redaktor, 11:20

İsmarıclar bağlıdır.