Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Okt
    Hərbi vətənpərvərlik Tərtərdə Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Sərəncamı ilə təstiq edilmiş “Vətən müharibəsi iştirakçısı” medallarının ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə, vicdanla və döyüş tapşırıqlarını uğurla yerinə yetirərən Vətən müharibəsi iştirakçılarına təqdimetmə mərasimi keçirilib.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, qazilər, Qarabağ Müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Tərtər rayon icra hakimiyyətində keçirilən tədbirdə öncə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Rayon rəhbəri Müstəqim Məmmədov tədbirdə çıxış edərək tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. O, Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib və 12-13 sentyabr tarixindən başlayaraq ermənilərin dövlət sərhəddində törətdikləri genişmiqyaslı təxribatdan da danışıb. Bildirilib ki, öz qanları, canları bahasına tarixə şanlı zəfər gününü yazan Vətən oğulları heç zaman unudulmayacaq. Daha ətraflı »

  • 30Sen
    Hərbi vətənpərvərlik SENTYABR BİZƏ KƏDƏRLƏ YANAŞI, QÜRUR GƏTİRDİ üçün şərhlər bağlıdır

    Yenə gəldi sentyabr, qüssə gəldi, kədər gəldi. 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə başlamışdır. 44 günlük bu savaş tariximizə Vətən müharibəsi kimi yazıldı. Vətənimizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik göstərərək, düşmənə sarsıdıcı və unudulmaz zərbələr endirmişlər.
    Azərbaycan Ordusunun Zəfər yürüşünə dözə bilməyən düşmən yenə də qəddarlıqla mülki insanları hədəfə almağa başladı. Gəncə şəhərinin 5 dəfə ayrı-ayrı zamanlarda bombalanması, əhalinin, o cümlədən uşaqların, qocaların ölümünə və yaralanmasına səbəb oldu. Nəinki Gəncə, Bərdə, Tərtər, digər rayon və şəhərlərdə də təxribatlar törədildi. Sanki düşmənlər günahsız insanları öldürməkdən zövq alırdılar. Lakin bütün bu təxribatlar Azərbaycan Ordusunun və xalqının gücünü, əzmkarlığını əlindən ala bilmədi. Düşmənə qəhrəmancasına müqavimət göstərən rayonlar sırasında mənim qürur duyduğum doğma Tərtərim də vardı.
    Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3000-ə yaxın hərbi qulluqçusu şəhid olmuş, on bir min nəfərdən artıq hərbçimiz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız 44 gün ərzində qəhrəman şəhidlərimizin qanı və canı bahasına azad olunmuşdur.
    Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını azad edilmiş torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin qarşısında baş əyirik. Azərbaycan Ordusunun və şəhidlərimizin qəhrəmanlığı heç zaman unudulmayacaq.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Səbinə Elxanqızı,
    Naxçıvan Dövlət Universiteti 

    Jurnalistika fakültəsinin
    I kurs tələbəsi

     

  • 28Sen
    Hərbi vətənpərvərlik Tərtərin Ələsgərli kəndində şəhidlərin xatirəsinə inşa edilmiş abidə kompleksinin açılışı olub üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Ələsgərli kəndində şəhidlik zirvəsinə ucalan kənd sakinlərinin xatirəsinə inşa edilən xatirə abidə kompleksinin açılışı olub.

    Bu münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin Deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhidlərin ailə üzvləri, qazilər, müharibə veteranları, ictimaiyyət və KİV nümayəndələri, kənd sakinləri iştirak ediblər.

    Tədbir iştirakçıları əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini ehtiramla anıblar. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Ələsgərli kəndinin şəhidlərindən söhbət açıb. Qeyd olunub ki, Ələsgərli kəndi Birinci Qarabağ müharibəsində 6, Vətən müharibəsində isə 2 nəfər şəhid verib. Onların doğulub boya-başa çatdıqları kənddə xatirələrinə ucaldılmış bu abidə kompleksi şəhidlərimizə göstərilən böyük ehtiramın təcəssümüdür. Məhz onların sayəsində torpaqlarımız işğaldan azad olunub. Bu gün mən rayon rəhbəri kimi belə igid oğullar dünyaya gətirdikləri üçün bütün şəhid valideyinləri qarşısında baş əyirəm, qazilərimizə can sağlığı diləyirəm. Daha ətraflı »

  • 27Sen
    Hərbi vətənpərvərlik Dəmir yumuruq düşmənə öz yerini tanıtdı üçün şərhlər bağlıdır

    Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.

    Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 minə yaxın azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Daha ətraflı »

  • 20Sen
    Hərbi vətənpərvərlik Ölümdən dönənlər üçün şərhlər bağlıdır

    İGİD DÖYÜŞÇÜ

    Mehdi Sabirzadə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib.
    Onunla redaksiyamızda görüşdük. Sağlam düşüncəli, arzuları xoşbəxt gələcəklə bağlı bir gəncdir. İlk söhbətimizdən onun haqqında xeyli məlumat əldə etdim. Bildirdi ki, Səhlabad kəndindəndir. 2 saylı məktəb-liseyin 2015-ci il məzunu olub. Universitetdə sevdiyi ixtisasa yiyələnib. Vətənə xidməti borcunu Bakı şəhərində xüsusi təyinatlı qüvvələrdə çəkib. Hərbi xidmətini başa vurmağa 3 gün qalmış 44 günlük Vətən müharibəsi başlayıb. Hərbidə xidmət edən başqa oğullarımız kimi, o da odun-alovun içinə atılıb. 2020-ci il sentyabrın 21-dən gücləndirilmiş təlimlərə başlayıb. O zaman sanki hamının qəlbində ermənilərin cinayətlərinin qarşısının alınmasının vaxtı çatdığı, cavablarının verilməsi hissi vardı. Sentyabrın 27-də döyüşlər başlayanda Mehdi Goranboyda hərbi xidmətdəydi. Füzuli rayonundan Vətənin müdafiəsinə qoşuldu. Döyüş yolu Füzuli, Cəbrayıl, Hadrut, Topxana, Daşaltı və mədəniyyətimizin baş tacı olan Şuşamızdan keçib. Söhbətimizin əsasını da elə döyüş günləri təşkil etdi. Daha ətraflı »

  • 20Sen
    Hərbi vətənpərvərlik Döyüşən müəllimlərimiz üçün şərhlər bağlıdır

    YAXINLIĞINA 4 RAKET MƏRMİSİ DÜŞDÜ…

    Elcan Nadirli 2020-ci il sentyabrın 21-də hərbi təlimlərə çağırılıb. Müharibənin ilk günündən son gününədək cəbhə yollarında inamla addımlayıb. Əlində silah düşmən hücumlarının qarşısını alıb. Azərbaycan Ordusunun irəliləməsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Müharibə bitsə də, bir əsgər kimi Orduda xidmətini davam etdirib. Dekabrın 1-də doğma Laçın torpağına ilk dəfə ayaq basanlardan biri olub. Bu barədə Elcan müəllim belə danışır:
    – 44 günlük Vətən müharibəsi bütün xüsusiyyətlərinə görə tarixdə görünməyən bir savaş idi. İlk olaraq bu, Ordumuzun yüksək vətənpərvərlik əhval-ruhiyyəsi ilə bağlıydı. Biz torpaqlarımızı işğaldan azad edirdik və hər bir qələbəmiz sevinc hissi doğururdu. Daha ətraflı »

  • 09Sen
    Hərbi vətənpərvərlik Gözün aydın, Azərbaycan xalqı! Gözünüz aydın, laçınlılar! üçün şərhlər bağlıdır

    Dövlət Qaçqınkomun Tərtər rayonu üzrə baş məsləhətçisi Möhlət Nəzərovun verdiyi məlumata görə, hal-hazırda rayonumuzda Laçından olan 416 ailə, 1570 nəfər məskunlaşıb. Bunlardan 5 ailə, 20 nəfər Zabuxdan, 24 ailə, 78 nəfər Laçın şəhərinin özündəndir.

    Növbəti ad gününü Zabuxda qeyd edəcəklər

    Zabuxdan olan Əlövsət Əliyevin ailəsindəyik. Laçından didərgin düşəndən sonra onlar çox ünvan dəyişiblər. Əvvəl Cəbrayılda, sonra Bakıda, rayonumuzun Çaylı kəndində məskunlaşıblar. Nəhayət, yaşamaq üçün Evoğlu kəndini seçiblər. Bu kənddə xoş münasibət görüblər, dolanışıqları da pis olmayıb. Ancaq uzun illər ərzində heç vaxt buranı daimi yaşayış yeri hesab etməyiblər. Fikirləri, arzuları daim qoyub gəldikləri yerlərdə olub.
    Bu barədə bizə ailənin ağsaqqalı Əlövsət kişi danışdı.
    Dağ kimi vüqarlı, həyatın bütün çətinliklərinə səbrlə dözən, böyük bir ailənin qayğısını çəkən Əlövsət kişi Zabuxdan danışanda, göz yaşlarını saxlaya bilmədi. Ayağa qalxıb, bir az aralaşdı. Sonra yenidən qayıdıb, söhbətini davam etdirdi:
    – Zabuxdan çıxanda 35 yaşım vardı. Üç övlad atasıydım. Özümüzə təzə ev tikdirmişdik. Gələndə, ata-anamla gəlmişdik.Yaşlı adamlara yurd həsrətinə dözmək daha çətindir. Onlar da dözə bilmədilər. Vətəni görməyib dünyalarını dəyişdilər. Bərdə rayonunda dəfn eləmişik. Daha ətraflı »

  • 09Sen
    Hərbi vətənpərvərlik Kənddən 22 yaşında çıxmışdı üçün şərhlər bağlıdır

    İlkin Paşayev Laçının Zabux kəndindən gənc yaşlarından çıxıb. Deyir ki, atasının məzarı Laçındadır, anasını isə Bakıda dəfn ediblər. Dövlətimiz tərəfindən qayğı görsələr də, 30 ildə yurd nisgili onlara rahatlıq vermirdi.
    – Sevincimizin həddi-hüdudu yoxdur, – deyir İlkin Paşayev. – Sağ olsun cənab İlham Əliyevi, bizə bu günləri görmək nəsib oldu. Kəndimizdən 30 il əvvəl çıxsam da, gözü bağlı gedib öz evimizin yerini taparam.
    O, Tərtərdə ailə qurub. Həyat yoldaşı Laləzar rayonumuzun Evoğlu kəndindəndir. 4 övladları var, 3 oğlan, 1 qız.
    İlkin Paşayev deyir ki, Zabuxa böyük ailəsi ilə, baba kimi qayıdacaq. Övladlarına, nəvələrinə doğma yurdun gözəlliklərini göstərməyə çox tələsir.
    Sağlıq olsun, artıq həmin gün uzaqda deyil.

  • 09Sen
    Hərbi vətənpərvərlik Laçın bizi gözləyir üçün şərhlər bağlıdır

    Laçın şəhərinin ermənilərdən təmizlənməsi təkcə laçınlıları deyil, bütün Azərbaycan xalqını ürəkdən sevindirdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu münasibətlə xalqımızı təbrik etməsi hər bir ailədə toy-bayram kimi qarşılandı.
    Belə ailələrdən biri də Laçın şəhərinin sakini Ayaz Həsənovun ailəsidir. Onlar Laçından çıxanda iki körpə uşaqları vardı. Biri 8 aylığında, biri iki yaşında. Ev tikdirib payızda köçmüşdülər. Evin xanımı yeni ocaqlarını minbir həvəslə, zövqlə bəzəmişdi. Ayaz müəllim özü Şuşada Kənd Təsərrüfatı texnikumunu bitirmişdi, yaxşı iş-gücü vardı. Həyat yoldaşı Gülgəz xanım isə xalçaçılıq sexində işləyirdi, toxuduğu xalçalar təkcə laçınlıları deyil, Bakıdan gələn qonaqları da heyran edirdi.
    Payızda evlərinə köçmüşdülər, yazda illərlə halal zəhmətlərilə qurub-yaratdıqları hər şeyi qoyub, hərəsi uşağın birini qucağına alıb, qapıdan çıxdılar.
    Düz 30 il gözləri yolda, qulaqları səsdə qaldı. Nəhayət, bu il avqust ayının 26-da yuxuları çin oldu, Vətənə qayıdacaqları barədə xəbəri eşitdilər. Daha ətraflı »

  • 09Sen
    Hərbi vətənpərvərlik Döyüşən müəllimlərimiz üçün şərhlər bağlıdır

    Zirehli tank xidmətinin rəisi

    İlkin Abbasov 44 günlük Vətən müharibəsinin ilk günündən Qələbə gününədək cəbhədə döyüşən müəllimlərimizdəndir. O, Köçərli kənd tam orta məktəbində riyaziyyat və informatika fənlərini tədris edir.
    Bu günlərdə İlkin müəllimi redaksiyamıza dəvət etdik. O, hər günü tariximizə qızıl hərflərlə yazılan müharibə barədə söhbət etdi.
    İlk növbədə bildirdi ki, müharibəni heç kim istəməsə də, həmyaşıdları, eləcə də o özü bu savaşın başlamasını ruh yüksəkliyi ilə qarşılamışdı. Çünki 30 ildən artıq bir müddətdə erməni qonşularımızdan daimi olaraq zərbələr alınmışdı.
    Odur ki, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışı ilə bütün xalq “dəmir yumruq” ətrafında birləşərək, düşmənlə mübarizəyə atıldı.
    İlkin müəllim deyir: Daha ətraflı »