Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 02Avq
    Xəbərlər Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşların müraciətləri dinlənilir üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşlar qəbul edilir, onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır. Qəbullarda Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri ilə yanaşı YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov da iştirak edir.

    Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapır. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilir. Keçirilən bütün qəbullarda Azərbaycan Respublikasınım Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğu təmin edilir.

    Məlumat üçün bildiririk ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, habelə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq və tikinti,  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri üzrə qəbul günləri barədə məlumatı öyrənə, həmçinin Tərtər rayon icra hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı vasitəsi ilə də müraciət edə bilərlər.

     

  • 01Avq
    Milli-mənəvi dəyərlər Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir üçün şərhlər bağlıdır

    Müstəqilliymizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu mənada Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli 552 nömrəli Fərmanı tarixi hadisədir.

    Ulu Öndər Heydər Əliyev deyib: “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”.

    Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Dil hər bir xalqın varlığının əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.

    70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-ci illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, məhz elə 70-ci illərdə Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir. Daha ətraflı »

  • 01Avq
    Xəbərlər Tərtər Rayon İcra Hakimiyyəti başçısının 2022-ci ilin avqust ayında kəndlərdə keçiriləcək səyyar qəbullarının qrafiki üçün şərhlər bağlıdır

    Bildiririk ki, rayon icra hakimiyyəti başçısının 2022-ci ilin avqust ayında aşağıda adları göstərilən yaşayış məntəqələrində səyyar qəbulları keçiriləcəkdir.

     

    S/№ Yaşayış məntəqəsinin adı Ayın tarixi Saat Görüşün keçiriləcəyi yer
     

    1

     

    Seydimli kəndi

     

    04.08.2022

     

    11:00

     

    Seydimli kənd tam orta məktəbinin ərazisi

     

    2

     

    Əskipara kəndi

     

    11.08.2022

     

    11:00

     

    Əskipara kənd tam orta məktəbinin ərazisi

     

    3

     

    Buruc kəndi

     

    18.08.2022

     

    11:00

     

    Buruc kənd tam orta məktəbinin ərazisi

     

    4

     

    Səhlabad kəndi

     

    25.08.22

     

    11:00

     

    Səhlabad kənd ümumi orta məktəbinin ərazisi

     

  • 01Avq
    Xəbərlər Tərtərdə 1 Avqust – Azərbaycan dili və Əlifbası gününə həsr olunmuş tədbir keçirilib üçün şərhlər bağlıdır

    Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkisaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin əməkdaşlıği ilə 1 Avqust – Azərbaycan dili və Azərbaycan əlifbası günü ilə əlaqədar olaraq  “ Doğma dilim” adlı görüş təşkil edilib.

    Tədbirdə  Tərtər rayon Mədəniyyət müəssisəsinə tabe olan təşkilatların əməkdaşları , Gənclərin İnkişaf və Daha ətraflı »