Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,442
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 17May

    SƏN BİZİMSƏN, QARABAĞ!

    Mayın 10-da, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə, Şuşaya qayıdan ilk şuşalılara evlərinin açarları təqdim olundu.
    Bir gün sonra isə Cıdır düzündə “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışını izlədik. Musiqi Festivalındakı çıxışı zamanı Prezident İlham Əliyev deyib: “ Arzum budur, əminəm, bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç bir vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra ancaq musiqi sədaları səslənsin”.
    Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hazırlanmış konsert proqramını mən də televizya vasitəsilə izlədim, ancaq, açığını deyim ki, televiziya qarşısında olduğumu unutmuşdum, özümü o tamaşaçıların arasında, Cıdır düzündə hiss edirdim. Xüsusən də Zeynəb Xanlarovanın, Arif Babayevin səhnəyə çıxması, yəqin ki, hər birimizi heyrətləndirdi və sevindirdi.
    İSESKO-nun qərarı ilə İslam dünyasının mədəniyyət paytaxtı elan edilən Şuşadan müxtəlif xalqların musiqisi ətrafa yayılır və qayalarda əks-səda verirdi. O qayalarda ki, igid oğullarımız buranı Şuşa sevgisi və bu günün arzusu ilə fəth edə bilmişlər. Bu yolda şəhid olanlara, Şuşamızın paklığını bizə qaytaranlara Allah rəhmət eləsin, Allah qazilərimizi qorusun!
    Verdiyi bütün vədlərə əməl edən, adı tariximizə qızıl hərflərlə yazılan sərkərdə, möhtərəm Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya cansağlığı arzulayırıq.
    “Xarıbülbül” festivalı xalqımızı sevənlərə sevinc bəxş etdi. Sevməyənlərin nə keçirdiyini isə qoy özləri bilsin.

    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 11:20

İsmarıclar bağlıdır.