Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 25İyl

    Azərbaycanın görkəmli alimi, professor Nazim Axun-dovun uşaqlıq illəri bizim Tərtər rayonunda keçsə də, o, əslən şuşalı idi. Şuşanı həyatından çox sevirdi, ən böyük arzusu burada şəxsi ev tikdirib, zəngin kitabxana yaratmaq və elmi fəaliyyətlə məşğul olmaq idi.
    O, bu arzusuna çatmışdır. Son illərdə Şuşadakı evində yerləşən kitabxanasında ən nadir kitabları, qiymətli əlyazmalarını, bir sözlə, Azərbaycan elminin keçmişi və gələcəyi baxımından çox gərəkli hesab etdiyi nəşrləri, əşyaları bir yerə toplayıb sax-layırdı.Nazim müəllimin geniş planları vardı, bunlardan ən əhəmiyyətlisi nankor ermənilərə Qarabağın həqiqətən kimə məxsus olduğunu əsaslı dəlillərlə sübut etmək, onlara öz yerini göstərmək idi. Elə məşhur “Qarabağnamələr” də bu məqsədlə yazılmışdı.
    Məhz buna görə də Bakıdakı evindən, Tərtərdən, gəzib dolaşdığı şəhərlərdən Şuşaya kitablar, lazımi materiallar gətirir, bu məsələ ilə bağlı qeydlərini bir yerə toplayırdı.
    Hər bir şuşalı kimi, o da bu alınmaz qalanın düşmən əlinə keçəcəyinə heç zaman inanmırdı. Hadisə baş verəndə isə, dözə bilmədi. Azərbaycan radiosunun qızıl fondunda Nazim Axundovun Şuşanın alınması ilə bağlı həyəcan dolu çıxışı saxlanılır…
    Vətənpərvər alim Şuşa itkisinə dözmədi və kim bilir, ermənilər onun zərrə- zərrə topladığı o zəngin xəzinəni indi nə hala qoyublar? Yəqin ki, faktları dəyişdirib, özlərinə uyğun şəkildə dünyaya car çəkməklə məşğuldurlar.
    Biz inanırıq ki, Nazim müəllimin və bütün şuşalıların, xalqımızın Şuşa ilə bağlı arzuları gerçəkləşəcək.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 08:38

    Teqlər:

İsmarıclar bağlıdır.