Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyl

    Müqəddəs tellər
    Üzeyir Hacıbəyovla Müslüm Maqomayevin talelərində, sənət yollarında qəribə oxşarlıqlar var. Onlar nəinki bir ildə, hətta bir gündə anadan olmuş, Qori Müəllimlər Seminariyasında təhsil almış, sonradan həyatlarını musiqiyə həsr etmək qərarına gəlmişlər. Hər ikisi Azərbaycan musiqisinin tərəqqisi naminə var gücləri ilə çalışmışlar. Üzeyir Hacıbəyovu Müslüm Maqomayevlə sıx yaradıcılıq əməkdaşlığından başqa, səmimi dostluq münasibətləri də bağlamışdır. Nəhayət, tale onları qohumluq telləri ilə də birləşdirmişdir. Hər iki bəstəkar Terequlova bacıları ilə–Üzeyir bəy Məleykə xanımla, Müslüm bəy isə Bağdagülcamal xanımla ailə həyatı qurmuşlar.
    * * *
    Məhkəmənin qərarı ilə toy şənliyi (1810-1856)
    Görkəmli alman bəstəkarı Robert Şuman uzun müddət sevgilisi Klaranın atasından evlənmələrinə razılıq ala bilmirmiş. Artıq ümidini itirmiş Şuman məhkəməyə müraciət edir. Leypsikdəki Kral Appelyasiya Məhkəməsi bu məsələni artıq həddi-buluğa çatmış Klaranın özü tərəfindən həll edilməsi barədə qərar verir və iki gənc tezliklə xoşbəxt ailə qurur. Bu, nikahın ləğvi deyil, əksinə, bağlanması haqqında tarixdə verilmiş yeganə məhkəmə qərarıdır.
    * * *
    Günəş alışmalarından sonra liderlər doğulur
    Günəş fəallığının düşdüyü illərdə insanlar sülhə meyl edirlər. Onların enerjisi təzyiqsiz və zorakılıqsız qurub-yaratmaq işlərinə sərf olunur.
    Günəş fəallığı illərində isə bir tərəfdən üsyanlar, inqilablar, müharibələr baş verirsə, başqa tərəfdən rəhbərlər və mənəvi liderlər doğulur. Onlardan Hannibalı, Sezarı, Atillanı, Teymuru, Spartakı, Janna Darkı, Lenini və s. göstərmək olar.
    “Maqnit qasırğası” nə deməkdir?
    Günəş fəallığında xromosfer alışmaları xüsusi yer tutur. Bunlar yerin atmosferinə, biosferinə və maqnitosferinə təsir göstərir. Alışma nəticəsində planetimizə çox güclü maqnit impulsu gəlir. Bunun təsiri altında maqnit sahəsi düzənsiz halda dəyişməyə başlayır. Bunlar “qıcolmalara” və “tutmalara” bənzəyir.
    Ürək-damar xəstəlikləri və infarkt keçirmiş adamlar buna xüsusən həssasdırlar.
    Aydın olub ki, maqnit impulsunun gücündən daha artıq onun dəyişmə sürəti orqanizmə təsir edir.
    Adi su maqnit sahəsinin təsiri altında qeyri-adi özəlliklər qazanır: dielektrik keçiriciliyi dəyişir, qaynadanda ərpi az olur, işığı başqa cür udur, bitkilərin boy atmasına yaxşı təsir edir.
    İnsan orqanizminin maye mühiti də maqnit sahəsinə cavab verir: məsələn, bu zaman qanın tərkibi dəyişir. Endokrin və əsəb sistemləri də maqnit sahəsində dəyişikliyə uğrayır.

    Təqdim edəni
    professor Rasim AXUNDOV

    Müəllif: Redaktor, 09:30

    Teqlər:

İsmarıclar bağlıdır.