Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Avq

    DONDURMA:ONUN XEYİRLİ VƏ ZƏRƏRLİ TƏRƏFLƏRİ

    Dondurma dünyanın ən sevimli desertlərindəndir. Bu desert haqqında çoxlu müxtəlif fikirlər var. Müəyyən olunmuşdur ki, dondurmanı ilk dəfə Avropada hazırlamışlar və bunun xususi sirləri vardır. Bu sirlər pillə-pillə bütün dövlətlərə yayılmış və geniş şəkildə istifadə olunmağa başlamışdır. Get-gedə desertin hazırlanması təkmilləşdirilmiş və daha dadlı olan yağlı dondurmalı “plombir” adı ilə hazırlanmağa başlanmış və hal-hazırda da çox ləzzətlə yeyilir.
    Dondurma isti havaların bir nömrəli qidası hesab olunur. Bu dondurmaların hazırlanması üçün vacib olan süd və süd məhsullarından istifadə olunur. Sərinləmək üçün yeyilən dondurmanın insan sağlamlığında əhəmiyyətli rolu vardır. Belə ki, dondurmanın tərkibində A, D, E və B qrupu vitaminləri, həmçinin maqnezium, fosfor, sodium, dəmir və sink kimi minerallar vardır. Bu minerallar və vitaminlər əsasən uşaqlar üçün çox yararlıdır. Dondurmanın yalnız isti havada deyil, müntəzəm olaraq istifadəsi uşaqlarda bəzi vitaminlərin çatışmazlığını da aradan qaldıra bilər.
    Bununla yanaşı dondurmanın ziyanlı tərəfləri də vardır. Belə ki, dondurma alarkən mütləq onun satıldığı yerin sanitar qaydalara nə dərəcədə əməl edildiyinə diqqət etmək vacibdir. Çünki dondurmanın hazırlanması üçün istifadə olunan əsas tərkib süd olduğu üçün orada bakteriya və virusların əmələ gəlməsi tez bir zamanda baş verir. Belə ki, süd bakteriya və virusların çoxalması üçün ideal qidalı mühitdir. Buna görə də lazımi şəraitdə isteh-sal edilməmiş dondurmalar həyat üçün təhlükə mənbəyi ola bilər.
    Dondurma asta-asta yeyilməlidir. Çünki dişləyə-dişləyə yeyilən dondurma həm dişlər, həm, də boğaz üçün ziyanlıdır. Normal miqdarda qəbul edilmiş dondurma xüsusilə meyvəli, giləmeyvəli növləri kökəlməyə səbəb olmur. Əksinə, dondurma çox tez toxluq hissi yaradır ki, bu da arıqlamağa kömək edə bilər. Bununla yanaşı dondurmanın qəbulu insan orqanizmində “serotonin” hormonunun yaranmasını stimullaşdırır. Kalsium elementi ilə zəngin olan dondurma bu elementin defisitindən əziyyət çəkən insanlar üçün olduqca xeyirlidir. Yaxşı dondurma ağappaq olmamalıdır. Çünki belə olarsa, demək dondurma təbii süddən yox, soyadan hazırlanıb. Dondurma aldıqda fikir vermək lazımdır ki, onun qablaşması əzik olmasın. Bu o deməkdir ki, dondurma əriyib, sonra isə təkrar dondurulub. Bu zaman həm məhsulun dadı dəyişir, həm də zəhərlənmə təhlükəsi artır. Yaxşı dondurma gec əriyir, dərhal suya dönmür. Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, dondurmanı elə istifadə etmək lazımdır ki, onun zərərli tərəfləri ortaya çıxmasın, xüsusilə uşaqlara alınan dondurmalara diqqət etmək, onun saxlanma qaydasına, yararlılıq müddətinə və keyfiyyətinə fikir vermək vacibdir. Eyni zamanda uşaqlara dondurmanı tərləmiş vəziyyətdə yemək olmaz!
    Zəhra HƏSƏNƏLİ qızı,
    Tərtər Rayon Uşaq Poliklinikasının müdiri, rayonun
    baş pediatrı

    Müəllif: Redaktor, 09:31

    Teqlər:

İsmarıclar bağlıdır.