Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Avq

    MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR

    Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan dövlətçilyinin bərpası yolunda ən böyük tarixi hadisə idi.
    Bu hökumət az müddətdə çox işlər gördü. Ən əsası, xalqımızın savadlanması üçün müəllim kurslarının açılması və Azərbaycan dilində tədris aparılması üçün qərarlar qəbul edildi. Buna misal olaraq deyim ki, mənim babam Məhi Kərimovun, atası Səlim Kərimov və əmisi oğlu Zülfiqar Kərimov Azərbaycan Xalq Cümhuriyyəti dövründə xaricə
    oxumağa göndəriliblər. Təhsillərini başa vurub Tərtərə qayıdıblar. Tərtərdə “Şekayım” adlı, yəni fəhlə gənclər məktəbi açıblar. Məktəbin bütün xərcini öz vəsaitləri hesabına ödəyiblər. Burada oxuyan imkansız uşaqlar yataqxana ilə təmin olunublar. Onlara 15 manat təqaüd verilirdi. Məktəb 1935-ci ilə kimi fəaliyyət göstərmişdi.
    Azərbaycan xalqı 1991-ci ildə yenidən müstəqillik qazandı. Heydər Əliyevin müstəqillik haqqında gözəl kəlamı var: “Müstəqilliyi qazanmaq asan, əldə saxlamaq isə çətindir. Azərbaycan xalqının müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır”.
    Səbuhi KƏRİMOV,
    Mamırlı kənd tam orta məktəbinin müəllimi

    Müəllif: Redaktor, 10:20

    Teqlər:

İsmarıclar bağlıdır.