Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Avq

    Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur.
    23 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13928 milyard ABŞ dolları məbləğində ziyan dəyib.
    Cəbrayıllı məcburi köçkünlər ilk vaxtlar respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdırlar. Rayon ərazisində 1 şəhər, 4 qəsəbə və 92 kənd olmaqla 97 yaşayış məntəqəsi yerləşirdi. Onlar 1 şəhər, 22 kənd izibati ərazi dairəsi olmaqla 23 inzibati ərazi dairəsinə daxildirlər. Birinci Qarabağ müharibəsi gedişində Cəbrayıl əhalisi uzun zaman ərzində erməni işğalçılarına qarşı rəşadətlə vuruşmuşdur. İşğala qədər rayon ərazisi tam mühafizə olunmuş, bəzi hallarda qonşu Xocavənd rayonunun erməni işğalında olan bir sıra kəndləri rayon polis işçilərinin və yerli əhalinin iştirakı ilə Azərbaycan ordusu tərəfindən azad olunmuşdur. Ümumilikdə Xocavənd rayonunun Cəbrayıl rayonu ilə qonşu olan 15 kəndi düşmən işğalından azad edilmiş, onların bəzilərinə Ermənistan ərazisindən etnik mənsubiyyətinə görə deportasiya edilmiş soydaşlarımız yerləşdirilmişdi. 1994-cü il Horadiz əməliyyatı zamanı şəhər mərkəzinə və Xudafərin körpüsü istiqamətində milli ordu irəliləsə də, Cəbrayılın yalnız Cocuq Mərcanlı kəndi azad olundu. 2016-cı ilin 2 aprelində Cocuq Mərcanlı kəndində yerləşən Lələtəpə yüksəkliyi dördgünlük müharibə zamanı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Cəbrayıl rayonunun əhalisinin sayı 70 min 270 nəfər, ərazisi 104 min 980 hektar idi. Müharibədə 351 şəhid vermişdir.

    Müəllif: Redaktor, 10:32

    Teqlər:

İsmarıclar bağlıdır.