Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Avq

    Bir il əvvəl bütün dünyanın sülhsevər ictimaiyyəti alınan dəhşətli xəbərdən hiddətə gəldi–erməni vandalları Füzuli rayonunun Alxanlı kəndində balaca Zəhranı və onun nənəsini qətlə yetirmişlər.
    Həyat Zəhra üçün yenicə başlayırdı. Sevimli nənəsinin qucağında o, dünyanın ən bəxtəvər balasıydı. Boyunu sevirdilər, təzə-təzə söylədiyi hər kəlməsinə min yol “can” deyirdilər.
    Lakin əsrlər boyu özlərinin alçaq niyyətlərindən əl çəkməyən ermənilər azərbaycanlı övladının bu xoşbəxtliyinə son qoymaq üçün heç nəyə baxmadılar–nə Cenevrə Konvensiyasına, nə də müharibənin qayda-qanunlarına. Balaca Zəhra nənəsi ilə birlikdə qanına qəltan edildi.
    Həmin günlərdə dünyanın hər yerindən bu vəhşiliyi pisləyən etiraz səsləri eşidildi. Lakin zaman keçdi, günahkarlar isə yenə də cəzasız qaldılar. Körpə Zəhra isə erməni faşistləri tərəfindən qətlə yetirilən uşaqların cərgəsində növbəti qurban kimi yer aldı.
    Bu qətllərə son qoyulmasının yalnız bir çıxış yolu var ki, o da Azərbaycan torpaqlarının erməni işğalından tamamilə azad edilməsidir. Lələ Təpəyə Azərbaycan bayrağının sancılması bu yolun başlanğıcı idi. Bu günlərdə Naxçıvanda 11 min hektardan çox ərazinin erməni işğalından azad olunması uğurlu başlanğıcın davamıdır. Bu yolun Böyük Qələbə ilə nəticələnən sonu da olacaq.
    Svetlana BAĞIROVA

    Müəllif: Redaktor, 10:41

    Teqlər:

İsmarıclar bağlıdır.