Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30Avq

    Qərib

    ÖMÜRLƏRİN FƏRQİ

    Elə bil dünənmiş əlli il qabaq,
    Ayaqyalın, başıaçıq qaçardıq.
    Nə dünya bilirdi onda biz varıq,
    Nə də biz dünyadan söhbət açardıq.

    Ürək istəyəni söz deyə bilmir,
    İsti də, soyuq da keçir ömürdən.
    Zaman yaddaşında saxlamaq üçün
    Ən gözəl illəri seçir ömürdən.

    Nağıl kimi şirin olur hər anı
    Andıqca arxada qalan illəri.
    Bəzən təəssüflə yad eliyirəm
    Saçıma ağ ləpir salan illəri.

    Həyatın qədrini indi bilmişəm,
    Ömür naxışlanır yaxşı olduğun.
    Dünyada nə çoxmuş qəribəliklər,
    İnsan dərk edirmiş yaşa dolduqca.

    Amma nə faydası, sonu ki, birmiş,
    İstəsən alim ol, istəsən çoban.
    Ancaq bir fərqi var bu iki ömrün–
    O alim anılır, bu isə çoban.

    GÖZƏLLİYƏ SƏCDƏ

    Dodağında gülüş, gözündə kədər,
    Ürəyində eşqin ocağı isti.
    Fikrindən nə keçir deyə bilmərəm,
    Mənim duyduqlarım özümə bəsdi.

    İstədim gözündən oxuyum səni,
    Neynəyim, axıra çıxa bilmədim.
    İlmə-ilmə söküm, toxuyum səni,
    Qəmli gözlərinə baxa bilmədim.

    Sən elə gözəlsən işıq saçırsan,
    Heyif ki, bu ulduz məndən aralı!
    Yüz il ömür yaşa xoşbəxt, bəxtiyar,
    Kədərdən aralı, qəmdən aralı.

    Gözəllik nə gözəl şeymiş, ay allah!
    Kədər də gözələ yaraşıq verir.
    Gözəlliyə səcdə edirəm, vallah!
    Dünyaya günəş yox, o işıq verir.

    Sən özgə qərinə, mən ayrı əsr,
    Bizim zamanımız başqa-başqadır.
    Ancaq bir qərib var hüsnünə əsir,
    Onda məhəbbət də, eşq qə başqadır.

    Müəllif: Redaktor, 09:56

    Teqlər:

İsmarıclar bağlıdır.